Milli Məclisdə 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər təsdiqlənib » Absheron.info.az
Son Xəbərlər
15:04  Abşeron rayon İcra Hakimiyyəti başçısı BMU-da keçirilən Bilik günündə iştirak edib  19:46  Bu gün Xırdalan şəhər 5 saylı tam orta məktəbində "Bilik Günü" qeyd olundu.  13:57  Prezident İlham Əliyev “Şimal-2” elektrik stansiyasının istismara verilməsi mərasimində iştirak edib  15:20  Nazirlikdən tədris ilinin başlama tarixi ilə bağlı AÇIQLAMA  13:04  Abşeronda“Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib  09:18  Abşeronda 6 ayın hesabat yığıncağı keçirilib  07:13  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Bizim həyət” layihəsi çərçivəsində Bakıda abadlaşdırılan növbəti həyətin açılışında iştirak edib  11:54  Xırdalan şəhərinin müfəssəl planı ictimaiyyətin müzakirəsinə təqdim olunub  07:00  1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günüdür  06:58  Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib  10:01  Bakı və Abşeron çimərliklərində dəhşət - 6 nəfər boğlub  14:57  22 iyul Milli mətbuat və Jurnalistika günüdür  14:37  Abşeron rayonunda sahibkarlarla görüş keçirildi  11:39  Rayon rəhbəri vətəndaşların fərdi qaydada növbəti qəbulunu keçirdi  11:36  Abşeronda polis işçilərinin peşə bayramı qeyd edilib  09:04  Abşeronlu gənclər həqiqi hərbi xidmətə yollanıblar  14:35  Hacı Əliyev II Avropa Oyunlarına qələbə ilə başladı - ermənini 6:0 məğlub etdi  14:21  Prezident İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub  15:51  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya BMT-nin xüsusi mükafatı təqdim edilib  14:40  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub 
Dünən, 15:04
Abşeron rayon İcra Hakimiyyəti başçısı BMU-da keçirilən Bilik günündə iştirak edib
16-09-2019, 19:46
Bu gün Xırdalan şəhər 5 saylı tam orta məktəbində "Bilik Günü" qeyd olundu.
5-09-2019, 13:57
Prezident İlham Əliyev “Şimal-2” elektrik stansiyasının istismara verilməsi mərasimində iştirak edib
3-09-2019, 15:20
Nazirlikdən tədris ilinin başlama tarixi ilə bağlı AÇIQLAMA
28-08-2019, 13:04
Abşeronda“Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib
16-08-2019, 09:18
Abşeronda 6 ayın hesabat yığıncağı keçirilib
7-08-2019, 07:13
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Bizim həyət” layihəsi çərçivəsində Bakıda abadlaşdırılan növbəti həyətin açılışında iştirak edib
5-08-2019, 11:54
Xırdalan şəhərinin müfəssəl planı ictimaiyyətin müzakirəsinə təqdim olunub
1-08-2019, 07:00
1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günüdür
1-08-2019, 06:58
Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib
29-07-2019, 10:01
Bakı və Abşeron çimərliklərində dəhşət - 6 nəfər boğlub
21-07-2019, 14:57
22 iyul Milli mətbuat və Jurnalistika günüdür
18-07-2019, 14:37
Abşeron rayonunda sahibkarlarla görüş keçirildi
8-07-2019, 11:39
Rayon rəhbəri vətəndaşların fərdi qaydada növbəti qəbulunu keçirdi
8-07-2019, 11:36
Abşeronda polis işçilərinin peşə bayramı qeyd edilib
2-07-2019, 09:04
Abşeronlu gənclər həqiqi hərbi xidmətə yollanıblar
26-06-2019, 14:35
Hacı Əliyev II Avropa Oyunlarına qələbə ilə başladı - ermənini 6:0 məğlub etdi
26-06-2019, 14:21
Prezident İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
24-06-2019, 15:51
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya BMT-nin xüsusi mükafatı təqdim edilib
20-06-2019, 14:40
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub
20-06-2019, 14:27
Milli Kitabxanada Gənc yazar Sevindik Nəsiboğlunun kitablarının təqdimatı olub
20-06-2019, 13:24
ABŞERON RAYONUNDA SƏHIYYƏ IŞÇILƏRININ PEŞƏ BAYRAMI QEYD OLUNDU
18-06-2019, 14:33
Abşeron rayonunda təcrübə keçən könüllərə sertifikatlar təqdim edilib
14-06-2019, 08:51
Bu gün məktəblərdə "Son zəng" çalınır
13-06-2019, 14:56
Prezident 4 sərəncam, 3 fərman imzaladı
12-06-2019, 17:29
Prezident İlham Əliyev əsaslı şəkildə təmir və bərpa olunan “Yanardağ” qoruğunun açılışında iştirak edib
11-06-2019, 15:11
Abşeronda “Lider qadınlarının şəbəkəsi” yaradılıb
Tarix:23 fev 22:31 Bölmə:gundem, iqtisadiyyat

Milli Məclisdə 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər təsdiqlənib

Milli Məclisdə 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər təsdiqlənib

Fevralın 23-də Milli Məclisin növbəti plenar iclası keçirilib.

Absheron.edu.az xəbər verir ki, iclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi elan edib.

Əvvəlcə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə çıxış edərək bildirib ki, Azərbaycan son on ildə sosial-iqtisadi həyatın bütün sahələrində böyük nailiyyətlər qazanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mühüm tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatı öz potensialını bir neçə dəfə artırıb, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində böyük işlər görülüb. Bütün bu işlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Lakin son bir ildə dünyada neftin qiymətinin dörd dəfə aşağı düşməsi Azərbaycan iqtisadiyyatından da yan keçməyib. Qlobal iqtisadi proseslər Azərbaycanın iqtisadi inkişafına da təsirsiz ötüşmür. Baş verən proseslər də ölkənin valyuta daxilolmalarının kəskin azalmasına və tədiyyə balansında mənfi saldonun yaranmasına səbəb olur. Dünya bazarında neftin qiymətinin dəfələrlə aşağı düşməsi, eləcə də bir çox ölkələrdə baş verən hadisələr Azərbaycan iqtisadiyyatına da bu və ya digər şəkildə təsir edir. Bununla belə, Azərbaycan hökuməti müxtəlif tədbirlər görür ki, mövcud iqtisadi çətinlikdən maksimum az itki ilə çıxsın. Belə tədbirlərdən biri də Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən 2016-cı ilin dövlət büdcəsi haqqında Qanuna dəyişikliklər edilməsi barədə sənəddir.

Sonra maliyyə naziri Samir Şərifov qanun layihəsini təqdim edib. Nazir 2016-cı il dövlət büdcəsinə edilən dəyişikliklərin səbəblərindən söz açıb. Bildirilib ki, son 18 ay ərzində dünya bazarında xam neftin və neft məhsullarının qiymətinin dörd dəfədən çox ucuzlaşması dövlət və icmal büdcələrinin gəlirlərini əhəmiyyətli dərəcədə azaldıb. Təsdiq olunmuş dövlət büdcəsi üçün neftin bir barreli üzrə qiyməti 50 ABŞ dolları götürülüb. Mövcud neft qiyməti ilə təsdiq olunmuş büdcədəki qiymət arasındakı əhəmiyyətli fərq dövlət və icmal büdcələrinin gəlirlərinin yenidən hesablanması zərurətini qaçılmaz edib. 2015-ci il dekabrın 21-də Mərkəzi Bankın “üzən məzənnə” siyasətinə keçid qərarı cari il üçün təsdiq olunmuş dövlət və icmal büdcələrinin xarici valyutada olan xərclərinin manatla təminatında qeyri-tarazlıq yaradıb. Eyni zamanda, manatın digər valyutalara nisbətən ucuzlaşması ölkə iqtisadiyyatında inflyasiya təzyiqlərini artırıb, idxal olunan bir çox məhsulların, o cümlədən bəzi gündəlik tələbat mallarının və ərzaq məhsullarının qiymətlərinin artmasını şərtləndirib.

Mövcud vəziyyəti nəzərə alaraq Prezident İlham Əliyev dövlət və icmal büdcələrinə yenidən baxılaraq düzəlişlərin edilməsi ilə bağlı hökumətə müvafiq tapşırıqlar verib. Manatın məzənnəsinin enməsi ilə bağlı Prezidentin tapşırığına əsasən əhalinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi, pensiya və sosial müavinətlərin, ünvanlı sosial yardımın, məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin, təqaüdlərin, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması və digər sosial tədbirlərin maliyyə təminatı, həmçinin dövlət büdcəsi xərclərində xarici valyutada ödənilməli olan öhdəliklərin yerinə yetirilməsi 2016-cı ilin dövlət büdcəsinin xərclərinin də dəqiqləşdirilməsini zəruri edib. Qeyd olunan sosial tədbirlərin maliyyə təminatı üçün dəqiqləşdirilmiş dövlət büdcəsinin xərclərində əlavə olaraq 1290 milyon manat vəsait nəzərdə tutulub. Bununla da dövlət büdcəsində sosialyönümlü xərclərin xüsusi çəkisi 1,7 faiz-bənd artaraq 37,8 faiz təşkil edəcək.

Ölkə iqtisadiyyatında mühüm əhəmiyyət kəsb edən qeyri-neft sektorunun şaxələndirilməsi, bu kontekstdə sahibkarlığa, xüsusilə kiçik və orta sahibkarlara əlavə maliyyə dəstəyinin verilməsi, ərzaq və digər gündəlik tələbat mallarına olan ehtiyacın əsasən yerli istehsal hesabına daha da artırılması, ixracyönümlü malların istehsalına təkan verilməsi, əlavə iş yerlərinin yaradılması və bir sıra digər dövlət tədbirlərinin tənzimlənməsi üçün yaradılmış maliyyə təminatı təqdim olunmuş qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, 2016-cı il üçün dövlət büdcəsinin dəqiqləşdirilmiş gəlirləri 16 milyard 822 milyon manat proqnozlaşdırılır və bu da cari ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 2 milyard 256 milyon manat və ya 15,5 faiz çoxdur. 2016-cı il üçün dəqiqləşdirilmiş dövlət və icmal büdcələrin hesablanmaları zamanı xam neftin satış qiymətinin bir barreli üçün 25 ABŞ dolları götürülməsi müvafiq olaraq dövlət büdcəsinin gəlirlərində neft sektorundan daxilolmaların azalması ilə nəticələnib. 2016-cı il dövlət büdcəsi gəlirlərinin 7 milyard 615 milyon və ya 45,3 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 7 milyard 10 milyon manatı və ya 41,7 faizi Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 1 milyard 810 milyon manatı və ya 10,7 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 387 milyon manatı və ya 2,3 faizi digər daxilolmaların hesabına düşür. Dövlət büdcəsinin daxilolmalarının tərkibində qeyri-neft sektoru üzrə büdcə gəlirləri 7 milyard 597 milyon manat və ya 45,2 faiz nəzərdə tutulur ki, bu da 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 821 milyon manat və ya 12,1 faiz çoxdur.

Qeyd edilib ki, 2016-cı ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 10 milyon manat daxilolma nəzərdə tutulur. Bu da 2016-cı il üzrə təsdiq olunmuş proqnozdan 408 milyon manat və ya 6,2 faiz çoxdur. Artım bütövlükdə qeyri-neft sektorundan daxilolmaların payına düşür.

Qanun layihəsində 2016-cı il dövlət büdcəsinin xərcləri 2 milyard 231 milyon manat və ya 13,7 faiz artırılaraq 18 milyard 495 milyon manata çatdırılması öz əksini tapıb.

2016-cı il dəqiqləşdirilmiş dövlət büdcəsinin xərclərinin 12 milyard 106 milyon manatını və ya 65,5 faizini cari xərclər (təsdiq olunmuş göstərici ilə müqayisədə bu, 1 milyard 922 milyon manat çox deməkdir), 24,9 faizini və ya 4 milyard 614 milyon manatını əsaslı xərclər (bu, təsdiq edilmiş göstərici ilə müqayisədə 4,5 faiz az deməkdir), 9,6 faizini və ya 1 milyard 775 milyon manatını dövlət borclarına xidmətlə bağlı xərclər təşkil edəcək. Dövlət büdcəsində sosialyönümlü xərclərin xüsusi çəkisi 1,7 faiz-bənd artaraq 37,8 faiz olacaq.

Bütövlükdə 3 milyard 922 milyon manat artımın 1 milyard 290 milyon manat artımı sosialyönümlü xərclərin payına, 1 milyard 23 milyon manatı və ya 26,1 faizi investisiya və xarici kreditlər üzrə həyata keçirilən layihələrdə pay iştirakına, 845 milyon manatı və ya 21,5 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə, 330 milyon manatı və ya 8,4 faizi müdafiə və təhlükəsizlik xərclərinə, 171 milyon manatı və ya 4,4 faizi Azərbaycanın xaricdə olan diplomatik orqanlarının nümayəndəliklərinin saxlanılması, beynəlxalq təşkilatlarda üzvlük haqları, beynəlxalq tədbirlərin keçirilməsi xərclərinə, 134 milyon manatı və ya 3,4 faizi ölkədə sahibkarlığın inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi xərclərinə yönəldiləcək. 3,3 faizi və ya 129 milyon manatı isə bir sıra digər zəruri dövlət xərclərinin tənzimlənməsinə sərf ediləcək.

2016-cı il üçün dəqiqləşdirilmiş xarici borca xidmətlə bağlı xərclərin artması da manatın məzənnəsinin ucuzlaşması ilə əlaqədardır. Dəqiqləşdirilmiş dövlət büdcəsi kəsirinin yuxarı həddi 1 milyard 673 milyon manat təşkil edəcək.

2015-ci ildə büdcəyə edilən qənaətə əsasən ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında təxminən 1,4 milyard manata yaxın xəzinə qalığı mövcud idi. Hazırda yaranmış vəziyyətlə əlaqədar həmin xəzinə qalığının istifadəsi ilə dövlət büdcəsinin kəsirinin örtülməsi nəzərdə tutulur.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edərək bildirib ki, 2016-cı ilin ilk aylarından müşahidə etdiyimiz prosesləri ötən ildən daha da güclənmiş sistemli böhranın davamı kimi qiymətləndirə bilərik. Daha çox siyasi amillərə əsaslanan iqtisadi dəyişkənlik, o cümlədən neftin qiymətinin kəskin və davamlı olaraq aşağı düşməsi, ABŞ tərəfindən aparılan monetar siyasətin sərtləşdirilməsi, bəzi ölkələrin milli valyutalarının dəyərsizləşməsi, Şərqdə baş verən silahlı münaqişələrin Avropada müşahidə olunan fəsadları ilə daha da dərinləşib. Bu problemlərin həlli üçün hər bir ölkə öz maliyyə imkanlarına və siyasi iradəsinə əsaslanaraq müxtəlif iqtisadi-siyasi alətləri tətbiq etməkdədir və bir çox ölkələr həmin məqsədlə xərclərin optimallaşdırılması və rasionallaşdırılması ilə bağlı addımlar atıb.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən istər daxili, istərsə də xarici iqtisadi siyasət kursunda çevik addımlar atılıb, əhalinin xarici təsirlərdən və manatın məzənnəsinin ucuzlaşmasından müdafiəsi məqsədilə cəmiyyətin gözlədiyi qərarlar verilib.

Dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş məbləğlə müqayisədə 15,5 faiz və ya 2,256 milyard manat artırılıb, 16,822 milyard manat məbləğində nəzərdə tutulub. Belə ki, gəlirlərdəki artımın 71,6 faizi Dövlət Neft Fondundan edilən transfertlərin payına düşür. Eyni zamanda, gəlirlərin artımının 18,1 faizinin Vergilər Nazirliyi, 9,7 faizinin Dövlət Gömrük Komitəsi və 0,7 faizinin isə digər gəlirlər hesabına formalaşması nəzərdə tutulub. İlkin təsdiq edilmiş büdcə ilə müqayisədə vergi gəlirləri 7,5 faiz, qeyri-vergi gəlirləri isə 23,8 faiz artımla proqnozlaşdırılıb.

Dövlət büdcəsinin gəlirlərində ayrı-ayrı mənbələrin artımına gəldikdə isə, büdcə sektorunda əməkhaqlarının artırılması, əhalinin gəlirlərinin və orta aylıq əməkhaqlarının qorunub saxlanması və məşğulluğun genişləndirilməsi ilə bağlı atılacaq addımlar fiziki şəxslərin gəlir vergisi üzrə təklif olunan proqnozun yerinə yetirilməsi üçün real mənbə rolunu oynayacaq. Bu mənbə üzrə artım məbləği büdcə gəlirlərinin ümumi artımının 5,5 faizini təşkil edir və ilkin təsdiq olunmuş məbləğlə müqayisədə 123,0 milyard manat və ya 12,9 faiz çox proqnozlaşdırılıb.

Əlavə dəyər vergisi üzrə 307 milyard manat və 47,9 faiz artım nəzərdə tutulub və bu mənbə üzrə artım büdcə gəlirlərinin təklif olunmuş artımının 13,6 faizinə bərabərdir. Həmin artımın 127 milyard manatı Vergilər Nazirliyi, 180 milyard manatı isə Dövlət Gömrük Komitəsi üzrə proqnozlaşdırılıb. İlkin təyinatla müqayisədə bu mənbədən gəlirlər nazirlik üzrə 5,7 faiz, komitə üzrə isə 16,1 faiz artımla nəzərdə tutulub.

Dövlət büdcəsinin yenidən baxılmış xərcləri 13,7 faiz artımla, 18495 milyard manat məbləğində nəzərdə tutulub. Dövlət büdcəsinin təsdiq edilmiş xərclərinə yenidən baxılaraq artırılması zərurətinin səbəblərini də bir neçə istiqamətə bölmək olar. Prezident İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı çoxlu sayda fərman və sərəncamlar imzalanıb. Müzakirəyə təqdim edilmiş dövlət büdcəsi xərclərinin artımının əsas hissəsi məhz sosial siyasətin həyata keçirilməsi ilə bağlı xərclərin təmin olunması məqsədini daşıyır.

Təqdim edilmiş layihədə xarici borc üzrə ödəniş məbləği 55,5 faiz artımla nəzərdə tutulub. Xarici borcların ödənişində əsas fərqləndirici cəhətlərdən biri Dünya Bankından alınmış kreditlərə görə faizlərin ödənilməsi üzrə ilkin olaraq təsdiq edilmiş xərclərin dövlət büdcəsinin yenidən baxılmış xərclərində nəzərdə tutulmamasıdır.

Büdcə xərclərinin artımlarının üçüncü istiqaməti iqtisadi fəaliyyətin dəstəklənməsi ilə bağlı xərcləri əhatə edir. Bu xərclərə Sahibkarlığa Kömək Milli Fonduna, real sektora verilən müxtəlif növ büdcə ödənişləri aid edilir.

Aparılmış dəqiqləşdirmələr nəticəsində büdcə xərclərində cari xərclər 18,8 faiz artırılıb (12105,6 milyard manat), əsaslı xərclər 4,4 faiz azaldılıb (4614,3 milyard manat). Cari və əsaslı xərclər arasında nisbət ilkin təsdiq olunmuş büdcə ilə müqayisədə yenidən baxılma prosesində daha da artıb.

2016-cı ilin yenidən baxılmış dövlət büdcəsində dövlət borcuna xidmətlə bağlı xərclərə 1775,1 milyard manat məbləğində vəsait nəzərdə tutulub ki, bu da büdcə gəlirlərinin artıq 10,6 faizini təşkil edir.

İlkin təsdiq edilmiş dövlət büdcəsinin gəlir və xərcləri ilə müqayisədə yenidən baxılma prosesində gəlirlərin artım tempinin xərclərin müvafiq göstəricini 1,8 faiz bəndi üstələməsi son nəticədə büdcə kəsirinin məbləğinin də 1,5 faiz az nəzərdə tutulması ilə nəticələnib.

Sonra iclasda “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə baxılıb.

Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli xatırladıb ki, manatın məzənnəsinin aşağı düşməsi və dünya bazarında neftin kəskin ucuzlaşması ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin dövlət büdcəsində dəyişikliklər edilməsi ilə bağlı Milli Məclisə qanun layihəsi göndərilib. Bu qanun layihəsinin mərkəzində dünyada gedən iqtisadi proseslərin, Azərbaycanın büdcə ehtiyatlarının məhdudluğuna baxmayaraq, Azərbaycan vətəndaşı, onun sosial müdafiəsi dayanır. Dövlət büdcəsinin yenidən baxılmış sosial müdafiə, sosial təminat bölməsi üzrə xərclər 2 milyard 698.8 milyon manat təşkil edir. Əvvəlki ilə nisbətən bütövlükdə dövlət büdcəsinin xərcləri 13.7 faiz artdığı halda, bu sahə üzrə artım 42.3 faizdir. Bu, o deməkdir ki, sosial müdafiə yenə də dövlətimizin prioritet məsələsidir.

Qeyd edilib ki, 2016-cı ilin dövlət büdcəsinə təqdim olunan dəyişikliklərin əsas mahiyyəti qlobal iqtisadiyyatda baş verən gərginlikdən maksimum az itki ilə çıxmaq, iqtisadi inkişafın azalma meyillərinin qarşısını almaq, makroiqtisadi sabitliyi qoruyub saxlamaq, manatın ucuzlaşması nəticəsində yaranan əlavə sosial öhdəlikləri və digər zəruri dövlət xərclərini maliyyələşdirmək üçün real maliyyə təminatı yaratmaqdır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, o cümlədən pensiya və sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətlərin, təqaüdlərin, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının orta hesabla 10 faiz artırılması və digər sosial proqram və tədbirlər qanuna ediləcək dəyişikliklərin əsasını təşkil edir. Bununla yanaşı, xarici valyutada olan öhdəliklər, o cümlədən dövlət zəmanəti ilə xaricdən cəlb edilmiş kreditlər hesabına icra olunan investisiya layihələrində Azərbaycan tərəfinin pay iştirakı, müdafiə və təhlükəsizlik tədbirləri üzrə xüsusi dövlət alışları, xaricdəki səfirlik, konsulluq və digər diplomatik nümayəndəliklərin saxlanması, beynəlxalq təşkilatlara üzvlük haqqı və digər tədbirlər müzakirə edilən qanun layihəsində nəzərə alınıb.

Sonra Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirilib ki, Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsinin qəbulu ölkəmizin sığorta-pensiya sisteminin maliyyə dayanıqlılığının daha da artırılmasına əlavə imkan yaradacaq. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bazar iqtisadiyyatının tələblərinə uyğun reallaşdırılan islahatlarla əhalinin rifahının əlaqələndirilməsi konsepsiyasının uğurlu icrasının nəticəsidir ki, hazırkı şəraitdə ölkəmizdə bütün sosial proqramlar vaxtında reallaşdırılır, o cümlədən əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri davam etdirilir. Dürüstləşdirilmiş büdcə layihəsində Fondun gəlir və xərclərinin 3307,4 milyon manat proqnozlaşdırıldığını qeyd edən sədr bildirib ki, bu da 2016-cı ilin təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 228,8 milyon manat və ya 7,4 faiz çoxdur.

Fondun sədri məlumat verib ki, gəlirlərin gözlənilən artımının 82,8 milyon manatı və ya 36,2 faizi məcburi dövlət sosial sığorta haqları, 146 milyon manatı və ya 63,8 faizi dövlət büdcəsindən ayırmalar (transfert) hesabına təmin ediləcək. 2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsində əhaliyə ödənişlər 3239 milyon manat nəzərdə tutulur ki, bu da təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 7,6 faiz və ya 227,8 milyon manat çoxdur.

Bildirilib ki, əmək pensiyalarının ödənişi xərcləri 3136,1 milyon manat olmaqla, 2016-cı il üçün təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 7,3 faiz və ya 212,5 milyon manat artımla proqnozlaşdırılır. Xərc artımında yaşa görə əmək pensiyasının baza hissəsinin 110 manat təyin edilməsi ilə bağlı olaraq, bütün növ əmək pensiyalarının baza hissəsinin və baza hissəsinə əlavələrin yenidən hesablanması, müəyyən kateqoriyadan olan hərbi qulluqçu və xüsusi rütbəli şəxslərin vəzifə maaşlarındakı artıma müvafiq qulluq stajına görə əmək pensiyalarına əlavələrin artırılması, eləcə də əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi xərclərinin dürüstləşdirilməsi nəzərə alınıb.

Layihədə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin bütün növləri üzrə də artım nəzərdə tutulub. Müavinətlərin ödənişi xərcləri 102,9 milyon manat olmaqla, 2016-cı il üçün təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 17,5 faiz və ya 15,3 milyon manat artımla nəzərdə tutulub.

Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərclərində 0,9 milyon manat və ya 4,5 faiz artım nəzərdə tutulub, bu istiqamət üzrə xərclər 20,1 milyon manat ilkin məbləğə qarşı 21,0 milyon manat həcmində proqnozlaşdırılıb.

Müzakirələr zamanı çıxış edən deputatlar dünyada baş verən iqtisadi və maliyyə böhranı şəraitində büdcəyə edilən dəyişiklikləri vacib sayıblar. Onlar çıxışlarında bəzi təkliflər də səsləndiriblər.

Hər iki büdcə sənədi səsvermə ilə qəbul olunub.

Sonra iclasda “Polis haqqında” Qanunda dəyişiklik edilib, sənədin 28-ci maddəsinin VI hissəsində “Mükəlləfiyyət qediyyatından” sözləri “qeydiyyatdan” sözü ilə əvəz olunub. Deputatlar Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi məsələsinə də müsbət münasibət bildiriblər. Bundan başqa, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun məqsədəuyğun olmaması barədə Azərbaycan Respublikası Prezidentinin təklifi qəbul edilib.
Oxunub: 711
Rayonumuz
Gözəl Xırdalanım fotoların gözündə
25.05 Gözəl Xırdalanım fotoların gözündə
Tədbirlər
Abşeron rayon İcra Hakimiyyəti başçısı BMU-da keçirilən Bilik günündə iştirak edib
17.09 Abşeron rayon İcra Hakimiyyəti başçısı BMU-da keçirilən Bilik günündə iştirak edib
Köşə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 20 il keçir
14.07 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 20 il keçir
Təbriklər
Müəllimimiz mükafatlandırılıb
01.06 Müəllimimiz mükafatlandırılıb
Müəllimlərimiz
Xırdalan şəhər 5 sayılı tam orta məktəb kollektivi İnternat evini ziyarət etdilər.
17.03 Xırdalan şəhər 5 sayılı tam orta məktəb kollektivi İnternat evini ziyarət etdilər.
Həkimlərimiz
Abşeron rayonunda dispanserizasiya uğurla davam etdirilir
10.03 Abşeron rayonunda dispanserizasiya uğurla davam etdirilir
Mədəniyyət,İncəsənət
Heydər Əliyev Mərkəzində Abşeron rayon mədəniyyət işçilərinin toplantısı keçirildi
20.10 Heydər Əliyev Mərkəzində Abşeron rayon mədəniyyət işçilərinin toplantısı keçirildi
Bələdiyyələrimiz
Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib
20.10 Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib
İdmançılarımız
Abşeron idmançısı 3 qat dünya çempionu oldu
26.08 Abşeron idmançısı 3 qat dünya çempionu oldu
Məktəblərimiz
Xırdalan şəhər 2 saylı məktəbin kollektivi Cocuq Mərcanlıya səfər edib
27.05 Xırdalan şəhər 2 saylı məktəbin kollektivi Cocuq Mərcanlıya səfər edib
Bağçalarımız
Abşeron rayonunda uşaq bağçalarının şəraiti yaxşılaşdırılır
13.09 Abşeron rayonunda uşaq bağçalarının şəraiti yaxşılaşdırılır
Şagirdlərimiz
Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıblar
22.05 Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıblar
Təqvim
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
<
Keçidlər
 Valyuta məzənnəsi

"Absheron.info.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla