Azərbaycan Prezidenti: "Biz bu günə qədər həmişə xalq-iqtidar birliyinin hesabına inkişafa nail olmuşuq" » Absheron.info.az
Son Xəbərlər
18:15  Azərbaycanda koronavirusa yoluxanların sayı 822-yə çatıb, 63 nəfər sağalıb, 8 nəfər vəfat edib  19:20  Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! - Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət etdi  19:11  Prezident İlham Əliyev əfv sərəncamı imzaladı - SİYAHI  18:38  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər  18:19  MTRŞ-nin yeni sədri “ARB24”ün rəhbəridir  17:18  Müavinət və pensiyaları bütün bankomatlardan komissiyasız nağdlaşdırmaq mümkün oldu  16:02  Xüsusi karantin rejimi müddətində “Kənd sovqatı” layihəsi vətəndaşlara dəstək olacaq  14:48  İş yerlərinin qorunması, məşğulluğa və sosial rifaha dəstək məqsədilə hansı addımlar atılacaq?  11:30  Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edib  19:12  Azərbaycanda koronavirusa yoluxan iki şəxs vəfat edib - QƏRARGAH  18:53  Azərbaycanda daha 63 nəfər koronavirusa yoluxdu  17:50  FHN vətəndaşları Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağıran videoçarx hazırlayıb  16:58  “Ford” 49 min avtomobili geri çağırır  10:19  Azərbaycanda aprelin 6-na gözlənilən hava proqnozu açıqlanıb  17:21  Milli Məclis yanında Toponimiya komissiyasının yeni tərkibdə ilk onlayn iclası keçirilib  16:20  Dövlət Miqrasiya Xidməti hərəkət məhdudiyyəti ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib  16:10  AŞPA-nın yaz sessiyası koronavirus səbəbindən təxirə salınıb  15:59  icaze.e-gov.az portalından və SMS icazə sistemindən istifadə qaydaları ilə əlaqədar videotəlimatlar hazırlanıb  11:16  Dünyada koronavirusa yoluxanların sayı 1,1 milyon nəfəri keçib, 58 929 nəfər ölüb  11:07  Bu şəxslərin SMS-lə icazə almasına ehtyac yoxdur - İbrahim Məmmədov 
Dünən, 18:15
Azərbaycanda koronavirusa yoluxanların sayı 822-yə çatıb, 63 nəfər sağalıb, 8 nəfər vəfat edib
6-04-2020, 19:20
Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! - Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
6-04-2020, 19:11
Prezident İlham Əliyev əfv sərəncamı imzaladı - SİYAHI
6-04-2020, 18:38
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər
6-04-2020, 18:19
MTRŞ-nin yeni sədri “ARB24”ün rəhbəridir
6-04-2020, 17:18
Müavinət və pensiyaları bütün bankomatlardan komissiyasız nağdlaşdırmaq mümkün oldu
6-04-2020, 16:02
Xüsusi karantin rejimi müddətində “Kənd sovqatı” layihəsi vətəndaşlara dəstək olacaq
6-04-2020, 14:48
İş yerlərinin qorunması, məşğulluğa və sosial rifaha dəstək məqsədilə hansı addımlar atılacaq?
6-04-2020, 11:30
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edib
5-04-2020, 19:12
Azərbaycanda koronavirusa yoluxan iki şəxs vəfat edib - QƏRARGAH
5-04-2020, 18:53
Azərbaycanda daha 63 nəfər koronavirusa yoluxdu
5-04-2020, 17:50
FHN vətəndaşları Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağıran videoçarx hazırlayıb
5-04-2020, 16:58
“Ford” 49 min avtomobili geri çağırır
5-04-2020, 10:19
Azərbaycanda aprelin 6-na gözlənilən hava proqnozu açıqlanıb
4-04-2020, 17:21
Milli Məclis yanında Toponimiya komissiyasının yeni tərkibdə ilk onlayn iclası keçirilib
4-04-2020, 16:20
Dövlət Miqrasiya Xidməti hərəkət məhdudiyyəti ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
4-04-2020, 16:10
AŞPA-nın yaz sessiyası koronavirus səbəbindən təxirə salınıb
4-04-2020, 15:59
icaze.e-gov.az portalından və SMS icazə sistemindən istifadə qaydaları ilə əlaqədar videotəlimatlar hazırlanıb
4-04-2020, 11:16
Dünyada koronavirusa yoluxanların sayı 1,1 milyon nəfəri keçib, 58 929 nəfər ölüb
4-04-2020, 11:07
Bu şəxslərin SMS-lə icazə almasına ehtyac yoxdur - İbrahim Məmmədov
4-04-2020, 05:45
Baş Nazir karantin rejimi ilə bağlı qərarda dəyişiklik etdi
4-04-2020, 05:37
Azərbaycanda koronavirusa yoluxmanın rayonlar üzrə statistikası açıqlandı - FOTO
3-04-2020, 17:58
İtburnu: min bir dərdin dərmanı
3-04-2020, 17:39
Koronavirusla mübarizədə Azərbaycan təcrübəsi: Hansı ölkələr istifadə edir? - TƏHLİL
3-04-2020, 17:21
Kamran Əliyev: “KİV əməkdaşının şəxsi avtomobili ilə işə gedib-gəlməsinə heç bir məhdudiyyət yoxdur”
3-04-2020, 13:22
Azərbaycanda evdən çıxmaq üçün 8103 nömrəsinə SMS göndəriləcək
3-04-2020, 12:42
"Özlərini bilərəkdən ölümün qucağına atmasınlar” -xəbırdarlıq
Tarix:24 mar 14:23 Bölmə:gundem, siyaset

Azərbaycan Prezidenti: "Biz bu günə qədər həmişə xalq-iqtidar birliyinin hesabına inkişafa nail olmuşuq"

Azərbaycan Prezidenti: "Biz bu günə qədər həmişə xalq-iqtidar birliyinin hesabına inkişafa nail olmuşuq"

Biz bu günə qədər həmişə xalq-iqtidar birliyinin hesabına inkişafa nail olmuşuq.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Görülmüş tədbirlər arasında, ilk növbədə, məşğulluq problemləri ön plandadır. Çünki sirr deyil ki, indi ölkələr özlərini təcrid vəziyyətinə salırlar və iqtisadi əlaqələr kəsilir, pozulur. Baxmayaraq, hələ ki, yükdaşımalarda normal vəziyyət müşahidə olunur, ancaq iqtisadi əlaqələrin, iqtisadi fəallığın zəifləməsi, əlbəttə, ilk növbədə, məşğulluğa mənfi təsir göstərə bilər. Ona görə bir milyard manatın ayrılmasının əsas məqsədi ondan ibarətdir ki, sahibkarlığa dəstək verilsin, xəstəlikdən və onun fəsadlarından əziyyət çəkmiş sahibkarlara dövlət öz maliyyə dəstəyini göstərsin.

Eyni zamanda, biz artıq çox ciddi çağırışlar etmişik. Fürsətdən istifadə edərək mən bu çağırışı bu gün bir daha da etmək istəyirəm bütün sahibkarlara ki, onlar işçiləri ixtisar etməsinlər. Çünki indiki şəraitdə bunu etmək bizim həmrəylik təşəbbüsümüzə zidd ola bilər. Ancaq təbii ki, əgər sahibkarın da fəaliyyəti məhdudlaşıbsa, o, itkilərə məruz qalır və burada dövlət öz dəstəyini verməlidir. Dövlət bunu edəcək. Bu xəstəliklə bağlı ən həssas sahibkarlar qruplarına xüsusi maliyyə dəstəyi də göstəriləcək, vergi güzəştləri də ediləcək, digər imtiyazlar da veriləcək. Ancaq bizim əsas tələbimiz və tövsiyəmiz ondan ibarətdir ki, sahibkarlar işçiləri ixtisar etməsinlər. Ona görə bu bir milyard manat məbləğində vəsaitin necə xərclənəcəyi haqda vətəndaşlara müntəzəm olaraq məlumat veriləcək. Çünki burada məşğulluq məsələləri ön plandadır, makroiqtisadi sabitlik təmin edilməlidir.

Biz bu ili çox yaxşı nəticələrlə, yaxşı göstəricilərlə başlamışıq. İnflyasiya cəmi 2,8 faizdir, əhalinin gəlirləri isə 9 faizdir. İqtisadiyyat 2,8 faiz artıb, amma qeyri-neft sektorunda 6,7 faiz. Qeyri-neft sektorunda sənaye istehsalı 21,7 faiz artıb. Yəni, ilə çox yaxşı göstəricilərlə başlamışıq. Vergi və gömrük orqanları proqnozdan əlavə 250 milyon manat vəsait toplayıblar. Ancaq biz yaxşı başa düşürük ki, bu tendensiyaya sanki məhdudiyyət qoyulur. Çünki biz indi bu templərlə arta bilmərik. Ona görə makroiqtisadi vəziyyətin sabit saxlanması üçün həmin vəsaitdən istifadə olunacaq. Eyni zamanda, dediyim kimi, sahibkarlığın inkişafı, sahibkarlara dəstəyin verilməsi, bizim ümumi maliyyə vəziyyətimizin sabit saxlanması üçün bu vəsaitdən istifadə olunacaq. Bu sahədə də Azərbaycan bu böyük addımı atmaqla yerləşdiyi regionda birincilik göstərib.

Bir daha demək istəyirəm ki, dövlət tərəfindən görülmüş bütün işlər bir məqsədi güdür ki, biz bu ağır, çətin vəziyyətdən az itkilərlə çıxaq. Ancaq, eyni zamanda, hər bir vətəndaş bilməlidir və Avropanın aparıcı ölkələrinin təcrübəsi göstərir ki, əgər burada hökumətlə vətəndaşlar arasında birlik olmasa, biz bu xəstəliyin acı fəsadlarını yaşamalı olacağıq. Biz bu günə qədər həmişə xalq-iqtidar birliyinin hesabına inkişafa nail olmuşuq. Bu gün Azərbaycanın əsas təkanverici qüvvəsi xalq-iqtidar birliyidir. Çünki bizim siyasətimiz xalq tərəfindən həmişə dəstəklənib və bu dəstəyi biz bu gün də görürük. Vətəndaşlardan yalnız və yalnız məsuliyyət tələb edirik. Xahiş edirik, məsuliyyətli olun, öz yaxınlarınıza arxa olun, dayaq olun, yaşlı nəslin nümayəndələrinə arxa olun, onları qoruyun, özünüzü qoruyun, uşaqlarınızı qoruyun. Dünən xüsusi karantin rejimi tətbiq edilib, buna əməl edin. Mən əminəm ki, həm milli həmrəylik, həm məsuliyyət, həm də milli birliyimiz bizə imkan verəcək ki, bu xəstəliyə qalib gələk. Biz birlikdə güclüyük".
Oxunub: 20
Rayonumuz
59 nəfər ASAN könüllüsü Abşeron RİH-də təcrübə keçəcək
16.10 59 nəfər ASAN könüllüsü Abşeron RİH-də təcrübə keçəcək
Tədbirlər
Abşeron rayonunda dezinfeksiya və profilaktik tədbirlər davam etdirilir - Fotolar
28.03 Abşeron rayonunda dezinfeksiya və profilaktik tədbirlər davam etdirilir - Fotolar
Köşə
Zəncəfil çayı: həyatınızı sevirsinizsə...
30.03 Zəncəfil çayı: həyatınızı sevirsinizsə...
Təbriklər
Müəllimimiz mükafatlandırılıb
01.06 Müəllimimiz mükafatlandırılıb
Müəllimlərimiz
Xırdalan şəhər 5 sayılı tam orta məktəb kollektivi İnternat evini ziyarət etdilər.
17.03 Xırdalan şəhər 5 sayılı tam orta məktəb kollektivi İnternat evini ziyarət etdilər.
Həkimlərimiz
Abşeron rayonunda qanvermə aksiyası keçirilib
05.11 Abşeron rayonunda qanvermə aksiyası keçirilib
Mədəniyyət,İncəsənət
Heydər Əliyev Mərkəzində Abşeron rayon mədəniyyət işçilərinin toplantısı keçirildi
20.10 Heydər Əliyev Mərkəzində Abşeron rayon mədəniyyət işçilərinin toplantısı keçirildi
Bələdiyyələrimiz
Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib
20.10 Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib
İdmançılarımız
Abşeron idmançısı 3 qat dünya çempionu oldu
26.08 Abşeron idmançısı 3 qat dünya çempionu oldu
Məktəblərimiz
Azərbaycanda məktəblərin bağlanması ilə bağlı qərar verilməyib
02.03 Azərbaycanda məktəblərin bağlanması ilə bağlı qərar verilməyib
Bağçalarımız
Abşeron rayonunda uşaq bağçalarının şəraiti yaxşılaşdırılır
13.09 Abşeron rayonunda uşaq bağçalarının şəraiti yaxşılaşdırılır
Şagirdlərimiz
Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıblar
22.05 Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıblar
Təqvim
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
<
Keçidlər
 Valyuta məzənnəsi

"Absheron.info.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla