Vətənə və sözə məhəbbətlə yaşanan ömür » Absheron.info.az
Son Xəbərlər
10:04  Ordu sıralarından tərxis BU TARİXDƏ həyata keçiriləcək  09:55  ÜST koronavirus infeksiyasından müdafiə üçün tövsiyələr hazırlayıb  09:06  Artıq çəkili insanlar koronavirusu daha ağır keçirir - Araşdırma  07:51  Birinci vitse-prezident Mehriban Əliyeva: Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm  05:37  31 mart Azərbaycanlıların Soyqırım günüdür  16:56  Prezident İlham Əliyev “Fövqəladə vəziyyət haqqında” fərmanda dəyişiklik edib  16:18  Zəncəfil çayı: həyatınızı sevirsinizsə...  15:46  Abşeronda nəqliyyat axınına müsbət təsir edən yol yenidən quruldu  15:37  Fevralda rabitə, poçt və kuryer xidmətlərinin qiymət indeksi əvvəlki aya nisbətən 100 faiz olub  06:30  Səfirlik: Tam tərkibdə və gücləndirilmiş rejimdə vətəndaşlarımızın üzləşdiyi məsələlərin həllinə dəstək veririk  12:09  Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlərin məbləği açıqlandı  12:00  İlk dəfə Milli Məclisin videokonfransı keçirilib  11:53  Birinci vitse-prezident Mehriban Əliyeva koronavirusla mübarizə aparan tibb işçilərinə təşəkkür edib  10:43  Bu gündən ölkə ərazisində xüsusi karantin rejimi gücləndirilir  08:35  “Azərbaycan da fövqəladə tədbirlər görmək məcburiyyətindədir” - Mehriban Əliyeva  08:15  Dövlət başçısı: "Koronavirusla mübarizədə qabaqlayıcı tədbirlər görülməsi nəticəsində vəziyyəti nəzarət altında saxlayırıq"  07:27  Bu gün ölkənin ümumtəhsil məktəblərinin birinci sinfinə elektron qeydiyyat aparılacaq  17:06  Prezident: "Bu xəstəxananın işə düşməsi koronavirusa qarşı mübarizədə bizə əlavə imkanlar yaradacaq"  16:55  Koronavirusun 15 əsas simptomu – Bütün ölkələrin həkimləri təsdiq edib  16:08  Xüsusi karantin rejimi dövründə polis postlarından buraxılış qaydası təsdiqlənib 
Bu gün, 10:04
Ordu sıralarından tərxis BU TARİXDƏ həyata keçiriləcək
Bu gün, 09:55
ÜST koronavirus infeksiyasından müdafiə üçün tövsiyələr hazırlayıb
Bu gün, 09:06
Artıq çəkili insanlar koronavirusu daha ağır keçirir - Araşdırma
Bu gün, 07:51
Birinci vitse-prezident Mehriban Əliyeva: Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm
Bu gün, 05:37
31 mart Azərbaycanlıların Soyqırım günüdür
Dünən, 16:56
Prezident İlham Əliyev “Fövqəladə vəziyyət haqqında” fərmanda dəyişiklik edib
Dünən, 16:18
Zəncəfil çayı: həyatınızı sevirsinizsə...
Dünən, 15:46
Abşeronda nəqliyyat axınına müsbət təsir edən yol yenidən quruldu
Dünən, 15:37
Fevralda rabitə, poçt və kuryer xidmətlərinin qiymət indeksi əvvəlki aya nisbətən 100 faiz olub
Dünən, 06:30
Səfirlik: Tam tərkibdə və gücləndirilmiş rejimdə vətəndaşlarımızın üzləşdiyi məsələlərin həllinə dəstək veririk
29-03-2020, 12:09
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlərin məbləği açıqlandı
29-03-2020, 12:00
İlk dəfə Milli Məclisin videokonfransı keçirilib
29-03-2020, 11:53
Birinci vitse-prezident Mehriban Əliyeva koronavirusla mübarizə aparan tibb işçilərinə təşəkkür edib
29-03-2020, 10:43
Bu gündən ölkə ərazisində xüsusi karantin rejimi gücləndirilir
29-03-2020, 08:35
“Azərbaycan da fövqəladə tədbirlər görmək məcburiyyətindədir” - Mehriban Əliyeva
29-03-2020, 08:15
Dövlət başçısı: "Koronavirusla mübarizədə qabaqlayıcı tədbirlər görülməsi nəticəsində vəziyyəti nəzarət altında saxlayırıq"
29-03-2020, 07:27
Bu gün ölkənin ümumtəhsil məktəblərinin birinci sinfinə elektron qeydiyyat aparılacaq
28-03-2020, 17:06
Prezident: "Bu xəstəxananın işə düşməsi koronavirusa qarşı mübarizədə bizə əlavə imkanlar yaradacaq"
28-03-2020, 16:55
Koronavirusun 15 əsas simptomu – Bütün ölkələrin həkimləri təsdiq edib
28-03-2020, 16:08
Xüsusi karantin rejimi dövründə polis postlarından buraxılış qaydası təsdiqlənib
28-03-2020, 15:47
Prezident İlham Əliyev Bakıda “Yeni klinika”nın açılışında iştirak edib
28-03-2020, 15:19
Abşeron rayonunda dezinfeksiya və profilaktik tədbirlər davam etdirilir - Fotolar
28-03-2020, 15:05
Postlardan hansı avtomobillər və şəxslər buraxılacaq? - Siyahı
28-03-2020, 14:55
D230 blokunda seysmik tədqiqat proqramı uğurla başa çatıb
28-03-2020, 14:36
“Azəriqaz” daha az əməkdaşla maksimum işləmək imkanlarını səfərbər edir
28-03-2020, 14:10
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib
28-03-2020, 12:52
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlərin məbləği məlum oldu
Tarix:12 mar 08:17 Bölmə:gundem, medeniyyet

Vətənə və sözə məhəbbətlə yaşanan ömür

Vətənə və sözə məhəbbətlə yaşanan ömür

Xalq şairi Süleyman Rüstəm Azərbaycan şeirinin inkişafında böyük xidmətləri olan sənətkarlardan biridir. Onun yaradıcılığında yeni həyatın tərənnümü, eləcə də cənub mövzusu mühüm yer tutur. Süleyman Rüstəmin yazdığı bütün əsərlər isə sevgidən, inamdan qaynaqlanıb. Onun hər bir əsəri ədəbiyyatımızın solmayan səhifələrini təşkil edir. Təsadüfi deyil ki, Süleyman Rüstəm XX əsr Azərbaycan poeziyasının coşqun ruhlu, novator şairlərindən biri olub.

O, yaradıcılığında Azərbaycanın bütün dilbər guşələrini vəsf edib, elə buna görə də vətənə, torpağa məhəbbət, əməyə qiymət onun poeziyasının mayasını təşkil edir.

Bu gün Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Süleyman Rüstəmin anadan olmasından 114 il ötür.

Süleyman Rüstəm 1906-cı il martın 12-də Bakıda kasıb dəmirçi ailəsində dünyaya göz açıb. Kasıb həyat tərzi, çətin uşaqlıq keçirməsinə baxmayaraq, ədəbiyyata, poeziyaya böyük maraq göstərib, fəhlə, kəndli əməyinə, torpağa və zəhmətə qiymət verməyi poeziyasında işıqlandırıb. 83 il ömür sürən şairin həyatının 65 ildən çox müddəti əhatə edən yaradıcılığı yüzlərlə şeir, poema, dram əsərlərindən ibarətdir. 1923-cü ildən 1989-cu ilədək xalqın həyatında baş verən ictimai-siyasi hadisələrdən tutmuş, xalqın mənəvi durumunadək bu poeziyada hər şey öz əksini tapıb.

Süleyman Rüstəm həm də cənub mövzusunda yazmaqla Azərbaycan poeziyasına poetik çələng gətirib. O, cənubda yaşayan soydaşlarımızın ağır həyat tərzini görüb və könlündən keçənləri kağızlara köçürüb. “Təbrizim” adlı şeiri şairin bu səpkili şeirlərindən ən təsiredicisidir. Bundan başqa, şair “Könlümə Təbriz düşdü”, “İşıq”, “Yenə Araz qırağında”, “Yaralarım”, “Görsəm” kimi şeirlərində vətən həsrəti çəkən, əzablı, cəfalı günlər keçirən soydaşlarımızdan danışır.

Ədəbi fəaliyyətə "Çimnaz xanım yuxudadır" birpərdəli komediyası ilə başlayan sənətkarın “Qaçaq Nəbi” məzmun dramı, “Durna” komediyası dramaturgiyamızın incilərindəndir.

“Ələmdən nəşəyə” kitabı ilə kifayət qədər sevilən Süleyman Rüstəm mübariz, optimist, düşmənə qarşı barışmaz bir şair kimi tanınıb, yaddaşlarda həmişə yaşayacaq.

Azərbaycanın elə bir guşəsi yoxdur ki, Süleyman Rüstəm ora şeir qoşmasın. Xəzər dənizi haqqında ən çox şeir yazan da məhz Süleyman Rüstəm olub. "Xəzər və durnalar", "Xəzər nəyə bənzəyir", "Xəzərdə gecə", "Xəzərdə", "Xəzərin səhəri", "Xəzərim olsun" və başqa şeirlərdə öz xəyalının qanadlarını Xəzərin dalğaları ilə qovuşduran şair bu mavi gözəli tərənnüm etməkdən doymayıb.

İkinci Dünya müharibəsi Süleyman Rüstəm yaradıcılığından təsirsiz keçməyib. O, bu mövzuda bir-birindən maraqlı və mükəmməl əsərlər yaradıb: "Ana ürəyi", "Durnalar", "Ana və poçtalyon", "Gün o gün olsun ki" kimi kitabları məhz o dövrdə çapdan çıxıb.

Gün o gün olsun ki, qurtarsın dava,

Dağılsın buludlar, açılsın hava.

Alınsın düşməndən ömürlük qisas,

Torpaq nəfəs alıb dincəlsin bir az.

Silinsin ürəkdən, könüldən ağrı,

Bir də tapdanmasın vətənin bağrı.

Bu şeir İkinci Dünya müharibəsi zamanı qələmə alınsa da, bu günün özündə də aktuallığını itirməyib. Müharibə mövzusunda şeir yazan şairlər arasında Süleyman Rüstəmin məhz öz yeri vardı. O, qanlı səngərlərdə və arxa cəbhədə mərdlik nümunəsi göstərən soydaşlarımızın ovqatını poetik portretləşdirib desək, yanılmarıq. Bu qəbildən şairin "Ana və poçtalyon" adlı məşhur əsəri həmişə dillər əzbəri olub. Şair böyük məharət və həssaslıqla cəbhədən – oğlundan məktub gözləyən ananın iztirabını təbii, təsirli qələmə alıb.

Süleyman Rüstəmin böyük məhəbbətlə yaratdığı Ana və poçtalyon obrazları müharibə illərində min bir zillət çəkən Vətən övladlarının unudulmaz surətləridir. Bu surətlərdə çoxunun həyatı var idi. Süleyman Rüstəmin Azərbaycan poeziyasına bəxş etdiyi poetik çələnglərdən ən gözəli və təsirlisi məhz Cənub mövzusunda yazdığı əsərlərdir. Məlumdur ki, İkinci Dünya müharibəsi illərində Süleyman Rüstəm İranda olub, orada yaşamış soydaşlarımızın ağır həyatını gözləri ilə görüb, cənublu şairlərlə görüşüb. Təbii ki, bütün bunlar da sonralar şairin könlündən poetik şəkildə kağızlara naxışlanıb. Süleyman Rüstəm vətən həsrəti ilə dərdi başdan aşan soydaşlarımızın təlaşından, əzablı, cəfalı günlərindən söz açıb. Bir millətin ayrılıq simvoluna çevrilmiş Arazın sularında həsrətin, nisgilin axdığından danışır. Nə vaxtsa bir müjdənin veriləcəyinə - Təbrizlə əbədi görüşəcəyinə ümid bəsləyib. Süleyman Rüstəmin Cənub mövzusunda yazdığı bütün şeirləri gözəl və təsirlidir. Ona görə yox ki, bu şeirlərdə paralanmış torpağımızın harayı eşidilir. Həm də ona görə dəyərlidir ki, şair böyük ustalıqla vətən gözəlliklərinə poetik abidələr yaradıb. Sərabı, Təbrizi, Ərdəbili, Marağanı vəsf edərək vətən torpağı olduğunu misraları ilə, poetik duyumu ilə poeziya tarixinin səhifələrinə möhürləyib.

Ədəbi fəaliyyətə "Çimnaz xanım yuxudadır" adlı bir pərdəli komediyası ilə başlayan Süleyman Rüstəm dramaturq kimi də müəyyən uğurların sahibidir. 1940-cı ildə yazdığı "Qaçaq Nəbi" mənzum dramı, 1948-ci ildə qələmə aldığı "Durna" komediyası teatrlarımızın vaxtilə repertuarından düşməzdi. Bədii yaradıcılıqla, tərcümə ilə müntəzəm məşğul olan Süleyman Rüstəm həm də müxtəlif məsul vəzifələrdə çalışıb. Bir neçə çağırış həm Azərbaycan, həm də keçmiş SSRİ Ali Sovetinin deputatı olub.

Onun xalq, vətən qarşısındakı xidmətləri layiqincə qiymətləndirilib. Əsərləri müxtəlif xarici dillərə tərcümə olunub. Könlünü vətəninə verən, onun uca dağlarını, gur çaylarını, yaşıl zəmilərini, geniş düzlərini, zəhmətkeş, sədaqətli insanlarını məhəbbətlə tərənnüm edən Süleyman Rüstəm yazırdı:

Ey nazlı vətən,

mən sənə öz könlümü verdim,

Qarşında günahkarsa,

Süleymanı bağışla!
Oxunub: 21
Rayonumuz
59 nəfər ASAN könüllüsü Abşeron RİH-də təcrübə keçəcək
16.10 59 nəfər ASAN könüllüsü Abşeron RİH-də təcrübə keçəcək
Tədbirlər
Abşeron rayonunda dezinfeksiya və profilaktik tədbirlər davam etdirilir - Fotolar
28.03 Abşeron rayonunda dezinfeksiya və profilaktik tədbirlər davam etdirilir - Fotolar
Köşə
Zəncəfil çayı: həyatınızı sevirsinizsə...
30.03 Zəncəfil çayı: həyatınızı sevirsinizsə...
Təbriklər
Müəllimimiz mükafatlandırılıb
01.06 Müəllimimiz mükafatlandırılıb
Müəllimlərimiz
Xırdalan şəhər 5 sayılı tam orta məktəb kollektivi İnternat evini ziyarət etdilər.
17.03 Xırdalan şəhər 5 sayılı tam orta məktəb kollektivi İnternat evini ziyarət etdilər.
Həkimlərimiz
Abşeron rayonunda qanvermə aksiyası keçirilib
05.11 Abşeron rayonunda qanvermə aksiyası keçirilib
Mədəniyyət,İncəsənət
Heydər Əliyev Mərkəzində Abşeron rayon mədəniyyət işçilərinin toplantısı keçirildi
20.10 Heydər Əliyev Mərkəzində Abşeron rayon mədəniyyət işçilərinin toplantısı keçirildi
Bələdiyyələrimiz
Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib
20.10 Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib
İdmançılarımız
Abşeron idmançısı 3 qat dünya çempionu oldu
26.08 Abşeron idmançısı 3 qat dünya çempionu oldu
Məktəblərimiz
Azərbaycanda məktəblərin bağlanması ilə bağlı qərar verilməyib
02.03 Azərbaycanda məktəblərin bağlanması ilə bağlı qərar verilməyib
Bağçalarımız
Abşeron rayonunda uşaq bağçalarının şəraiti yaxşılaşdırılır
13.09 Abşeron rayonunda uşaq bağçalarının şəraiti yaxşılaşdırılır
Şagirdlərimiz
Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıblar
22.05 Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıblar
Təqvim
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
<
Keçidlər
 Valyuta məzənnəsi

"Absheron.info.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla