Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib » Absheron.info.az
Son Xəbərlər
10:04  Ordu sıralarından tərxis BU TARİXDƏ həyata keçiriləcək  09:55  ÜST koronavirus infeksiyasından müdafiə üçün tövsiyələr hazırlayıb  09:06  Artıq çəkili insanlar koronavirusu daha ağır keçirir - Araşdırma  07:51  Birinci vitse-prezident Mehriban Əliyeva: Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm  05:37  31 mart Azərbaycanlıların Soyqırım günüdür  16:56  Prezident İlham Əliyev “Fövqəladə vəziyyət haqqında” fərmanda dəyişiklik edib  16:18  Zəncəfil çayı: həyatınızı sevirsinizsə...  15:46  Abşeronda nəqliyyat axınına müsbət təsir edən yol yenidən quruldu  15:37  Fevralda rabitə, poçt və kuryer xidmətlərinin qiymət indeksi əvvəlki aya nisbətən 100 faiz olub  06:30  Səfirlik: Tam tərkibdə və gücləndirilmiş rejimdə vətəndaşlarımızın üzləşdiyi məsələlərin həllinə dəstək veririk  12:09  Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlərin məbləği açıqlandı  12:00  İlk dəfə Milli Məclisin videokonfransı keçirilib  11:53  Birinci vitse-prezident Mehriban Əliyeva koronavirusla mübarizə aparan tibb işçilərinə təşəkkür edib  10:43  Bu gündən ölkə ərazisində xüsusi karantin rejimi gücləndirilir  08:35  “Azərbaycan da fövqəladə tədbirlər görmək məcburiyyətindədir” - Mehriban Əliyeva  08:15  Dövlət başçısı: "Koronavirusla mübarizədə qabaqlayıcı tədbirlər görülməsi nəticəsində vəziyyəti nəzarət altında saxlayırıq"  07:27  Bu gün ölkənin ümumtəhsil məktəblərinin birinci sinfinə elektron qeydiyyat aparılacaq  17:06  Prezident: "Bu xəstəxananın işə düşməsi koronavirusa qarşı mübarizədə bizə əlavə imkanlar yaradacaq"  16:55  Koronavirusun 15 əsas simptomu – Bütün ölkələrin həkimləri təsdiq edib  16:08  Xüsusi karantin rejimi dövründə polis postlarından buraxılış qaydası təsdiqlənib 
Bu gün, 10:04
Ordu sıralarından tərxis BU TARİXDƏ həyata keçiriləcək
Bu gün, 09:55
ÜST koronavirus infeksiyasından müdafiə üçün tövsiyələr hazırlayıb
Bu gün, 09:06
Artıq çəkili insanlar koronavirusu daha ağır keçirir - Araşdırma
Bu gün, 07:51
Birinci vitse-prezident Mehriban Əliyeva: Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm
Bu gün, 05:37
31 mart Azərbaycanlıların Soyqırım günüdür
Dünən, 16:56
Prezident İlham Əliyev “Fövqəladə vəziyyət haqqında” fərmanda dəyişiklik edib
Dünən, 16:18
Zəncəfil çayı: həyatınızı sevirsinizsə...
Dünən, 15:46
Abşeronda nəqliyyat axınına müsbət təsir edən yol yenidən quruldu
Dünən, 15:37
Fevralda rabitə, poçt və kuryer xidmətlərinin qiymət indeksi əvvəlki aya nisbətən 100 faiz olub
Dünən, 06:30
Səfirlik: Tam tərkibdə və gücləndirilmiş rejimdə vətəndaşlarımızın üzləşdiyi məsələlərin həllinə dəstək veririk
29-03-2020, 12:09
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlərin məbləği açıqlandı
29-03-2020, 12:00
İlk dəfə Milli Məclisin videokonfransı keçirilib
29-03-2020, 11:53
Birinci vitse-prezident Mehriban Əliyeva koronavirusla mübarizə aparan tibb işçilərinə təşəkkür edib
29-03-2020, 10:43
Bu gündən ölkə ərazisində xüsusi karantin rejimi gücləndirilir
29-03-2020, 08:35
“Azərbaycan da fövqəladə tədbirlər görmək məcburiyyətindədir” - Mehriban Əliyeva
29-03-2020, 08:15
Dövlət başçısı: "Koronavirusla mübarizədə qabaqlayıcı tədbirlər görülməsi nəticəsində vəziyyəti nəzarət altında saxlayırıq"
29-03-2020, 07:27
Bu gün ölkənin ümumtəhsil məktəblərinin birinci sinfinə elektron qeydiyyat aparılacaq
28-03-2020, 17:06
Prezident: "Bu xəstəxananın işə düşməsi koronavirusa qarşı mübarizədə bizə əlavə imkanlar yaradacaq"
28-03-2020, 16:55
Koronavirusun 15 əsas simptomu – Bütün ölkələrin həkimləri təsdiq edib
28-03-2020, 16:08
Xüsusi karantin rejimi dövründə polis postlarından buraxılış qaydası təsdiqlənib
28-03-2020, 15:47
Prezident İlham Əliyev Bakıda “Yeni klinika”nın açılışında iştirak edib
28-03-2020, 15:19
Abşeron rayonunda dezinfeksiya və profilaktik tədbirlər davam etdirilir - Fotolar
28-03-2020, 15:05
Postlardan hansı avtomobillər və şəxslər buraxılacaq? - Siyahı
28-03-2020, 14:55
D230 blokunda seysmik tədqiqat proqramı uğurla başa çatıb
28-03-2020, 14:36
“Azəriqaz” daha az əməkdaşla maksimum işləmək imkanlarını səfərbər edir
28-03-2020, 14:10
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib
28-03-2020, 12:52
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlərin məbləği məlum oldu
Tarix:26 fev 14:41 Bölmə:gundem, hadise

Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib

Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib
Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib
Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib
Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib

[center]Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər. Bu faciədən 28 il ötür. Həmin kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, 155 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirdi. Hər il dünya azərbaycanlıları və ədaləti uca tutanlar Xocalı soyqırımı qurbanlarının xatirəsini anırlar.

Azərbaycan paytaxtının minlərlə sakini Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım mərasimində iştirak etmək üçün fevralın 26-da səhər tezdən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə toplaşıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva anım mərasimində iştirak etdilər.

Abidənin yanında fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev abidənin önünə əklil qoydu, soyqırımı qurbanlarının xatirəsinə ehtiramını bildirdi.

Birinci xanım Mehriban Əliyeva, dövlət və hökumət nümayəndələri, ölkəmizdəki dini konfessiyaların rəhbərləri abidənin önünə gül dəstələri qoydular.

Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamı və qanlı səhifəsidir. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, 3 nəfər diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilib. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu təsdiq edir.

Dünya bu acı həqiqəti bilməli və insanlığa qarşı törədilən bu fakt öz hüquqi qiymətini almalıdır. Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Prezident İlham Əliyev Xocalı faciəsinin təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirib. Çünki XX əsrin sonunda dünyanın gözü qarşısında baş verən bu kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət idi.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi əsl siyasi və hüquqi qiymətini aldı. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul etdi. O dövrdən başlayaraq dünya azərbaycanlıları soyqırımının bütün dünyada tanıdılması istiqamətində fəallığa çağırıldı, bununla əlaqədar onlara müraciət edildi. Həmin vaxtdan Azərbaycan diasporu Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəal iş görməyə başlayıb. Xocalı soyqırımı qurbanlarının xatirəsi bu gün dünyanın yüzlərlə şəhərlərində anılır. Qanlı qırğınla bağlı faktlar növbəti ildönümündə də beynəlxalq təşkilatlar qarşısında bir daha nümayiş etdirilir.

Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri var. Fond Xocalı soyqırımı ilə əlaqədar xarici ölkələrdə layihələr həyata keçirir. Məqsəd bu soyqırımının dünya ictimaiyyətinə çatdırılması və erməni vəhşiliklərini əks etdirən materialların beynəlxalq təşkilatlar qarşısında nümayiş etdirilməsidir. Fondun həyata keçirdiyi “Qarabağ həqiqətləri” silsiləsi və işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı ingilis dilində nəşr olunan kitab və bukletlər xaricdə yayılır. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunur.

Yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü artıq ifşa olunub və dünya ictimai fikri Xocalı həqiqətlərini qəbul etməyə başlayıb. Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində əks olunur. Dünyanın 56 ölkəsinin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini insanlığa qarşı cinayət kimi qiymətləndirib və onu soyqırımı kimi tanıyıb. Təşkilat üzv dövlətləri həmin faciəyə müvafiq siyasi-hüquqi qiymət verməyə çağırıb. İndiyə qədər 10-dan çox ölkə Xocalı qətliamını soyqırımı kimi tanıyıb.

Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirdi, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etdi. Hər il soyqırımı qurbanlarının əziz xatirəsinin ümumxalq səviyyəsində yad edilməsi onu göstərir ki, Xocalıda ermənilərin həyata keçirdiyi dəhşətli qətliam xalqımızın yaddaşından heç vaxt silinməyəcək, gələcək nəsillər Xocalı soyqırımının dəhşətlərini heç zaman unutmayacaq, bu soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq.

Ermənilər Xocalı soyqırımını törətməklə xalqımızın mübarizə əzmini qırmaq istədilər. Amma faciələrimiz bizi daha da möhkəmləndirdi. Biz bir xalq olaraq daha güclü və əzmli olduq. Biz güclü dövlət yaratdıq. O dövlət ki, bu gün dünyada söz və nüfuz sahibidir. Azərbaycan dostluq və tərəfdaşlığın nümunəsini dünyada yayan və təbliğ edən ölkələr sırasındadır. İqtisadi və siyasi gücünü durmadan artıran, regionda sülhün və təhlükəsizliyin təmin olunmasına töhfələr verən ölkəmiz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, ərazi bütövlüyü çərçivəsində həllinə də nail olacaq. Bunu şərtləndirən ən böyük amillər xalqımızın vətənpərvərliyi, döyüşkən ruhu, torpağa məhəbbəti, həmçinin dövlətimizin başçısının uğurlu siyasəti və qətiyyətli mövqeyidir.

“Ermənilərin fikri özlərinə getməsin. Onlar bəlkə də öz tarixi vətənini unuda bilərlər. Azərbaycan xalqı heç vaxt öz tarixi vətənini unuda bilməz. Bu gün qaçqın şəhərciklərində, Bakıda, başqa yerlərdə Dağlıq Qarabağdan, işğal edilmiş bölgələrdən olan ailələrdə doğulan uşaqlar bir amalla, bir arzu ilə yaşayırlar ki, doğma torpaqlarına qayıtsınlar”, - deyən Prezident İlham Əliyevin bu fikrinin təməlində çox güclü ideya dayanır: Biz öz tarixi torpaqlarımıza qayıdacağıq! Bu, bütün əzmini, dəyanətini canilərin məsuliyyətə cəlb olunmasına, belə kütləvi vəhşilik və soyqırımlarının bir daha təkrarlanmamasına yönəldən Azərbaycan dövlətinin zəfər yürüşü olacaq.
Oxunub: 40
Rayonumuz
59 nəfər ASAN könüllüsü Abşeron RİH-də təcrübə keçəcək
16.10 59 nəfər ASAN könüllüsü Abşeron RİH-də təcrübə keçəcək
Tədbirlər
Abşeron rayonunda dezinfeksiya və profilaktik tədbirlər davam etdirilir - Fotolar
28.03 Abşeron rayonunda dezinfeksiya və profilaktik tədbirlər davam etdirilir - Fotolar
Köşə
Zəncəfil çayı: həyatınızı sevirsinizsə...
30.03 Zəncəfil çayı: həyatınızı sevirsinizsə...
Təbriklər
Müəllimimiz mükafatlandırılıb
01.06 Müəllimimiz mükafatlandırılıb
Müəllimlərimiz
Xırdalan şəhər 5 sayılı tam orta məktəb kollektivi İnternat evini ziyarət etdilər.
17.03 Xırdalan şəhər 5 sayılı tam orta məktəb kollektivi İnternat evini ziyarət etdilər.
Həkimlərimiz
Abşeron rayonunda qanvermə aksiyası keçirilib
05.11 Abşeron rayonunda qanvermə aksiyası keçirilib
Mədəniyyət,İncəsənət
Heydər Əliyev Mərkəzində Abşeron rayon mədəniyyət işçilərinin toplantısı keçirildi
20.10 Heydər Əliyev Mərkəzində Abşeron rayon mədəniyyət işçilərinin toplantısı keçirildi
Bələdiyyələrimiz
Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib
20.10 Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib
İdmançılarımız
Abşeron idmançısı 3 qat dünya çempionu oldu
26.08 Abşeron idmançısı 3 qat dünya çempionu oldu
Məktəblərimiz
Azərbaycanda məktəblərin bağlanması ilə bağlı qərar verilməyib
02.03 Azərbaycanda məktəblərin bağlanması ilə bağlı qərar verilməyib
Bağçalarımız
Abşeron rayonunda uşaq bağçalarının şəraiti yaxşılaşdırılır
13.09 Abşeron rayonunda uşaq bağçalarının şəraiti yaxşılaşdırılır
Şagirdlərimiz
Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıblar
22.05 Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıblar
Təqvim
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
<
Keçidlər
 Valyuta məzənnəsi

"Absheron.info.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla