UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin növbəti iclası keçirilib » Absheron.info.az
Son Xəbərlər
10:04  Ordu sıralarından tərxis BU TARİXDƏ həyata keçiriləcək  09:55  ÜST koronavirus infeksiyasından müdafiə üçün tövsiyələr hazırlayıb  09:06  Artıq çəkili insanlar koronavirusu daha ağır keçirir - Araşdırma  07:51  Birinci vitse-prezident Mehriban Əliyeva: Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm  05:37  31 mart Azərbaycanlıların Soyqırım günüdür  16:56  Prezident İlham Əliyev “Fövqəladə vəziyyət haqqında” fərmanda dəyişiklik edib  16:18  Zəncəfil çayı: həyatınızı sevirsinizsə...  15:46  Abşeronda nəqliyyat axınına müsbət təsir edən yol yenidən quruldu  15:37  Fevralda rabitə, poçt və kuryer xidmətlərinin qiymət indeksi əvvəlki aya nisbətən 100 faiz olub  06:30  Səfirlik: Tam tərkibdə və gücləndirilmiş rejimdə vətəndaşlarımızın üzləşdiyi məsələlərin həllinə dəstək veririk  12:09  Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlərin məbləği açıqlandı  12:00  İlk dəfə Milli Məclisin videokonfransı keçirilib  11:53  Birinci vitse-prezident Mehriban Əliyeva koronavirusla mübarizə aparan tibb işçilərinə təşəkkür edib  10:43  Bu gündən ölkə ərazisində xüsusi karantin rejimi gücləndirilir  08:35  “Azərbaycan da fövqəladə tədbirlər görmək məcburiyyətindədir” - Mehriban Əliyeva  08:15  Dövlət başçısı: "Koronavirusla mübarizədə qabaqlayıcı tədbirlər görülməsi nəticəsində vəziyyəti nəzarət altında saxlayırıq"  07:27  Bu gün ölkənin ümumtəhsil məktəblərinin birinci sinfinə elektron qeydiyyat aparılacaq  17:06  Prezident: "Bu xəstəxananın işə düşməsi koronavirusa qarşı mübarizədə bizə əlavə imkanlar yaradacaq"  16:55  Koronavirusun 15 əsas simptomu – Bütün ölkələrin həkimləri təsdiq edib  16:08  Xüsusi karantin rejimi dövründə polis postlarından buraxılış qaydası təsdiqlənib 
Bu gün, 10:04
Ordu sıralarından tərxis BU TARİXDƏ həyata keçiriləcək
Bu gün, 09:55
ÜST koronavirus infeksiyasından müdafiə üçün tövsiyələr hazırlayıb
Bu gün, 09:06
Artıq çəkili insanlar koronavirusu daha ağır keçirir - Araşdırma
Bu gün, 07:51
Birinci vitse-prezident Mehriban Əliyeva: Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm
Bu gün, 05:37
31 mart Azərbaycanlıların Soyqırım günüdür
Dünən, 16:56
Prezident İlham Əliyev “Fövqəladə vəziyyət haqqında” fərmanda dəyişiklik edib
Dünən, 16:18
Zəncəfil çayı: həyatınızı sevirsinizsə...
Dünən, 15:46
Abşeronda nəqliyyat axınına müsbət təsir edən yol yenidən quruldu
Dünən, 15:37
Fevralda rabitə, poçt və kuryer xidmətlərinin qiymət indeksi əvvəlki aya nisbətən 100 faiz olub
Dünən, 06:30
Səfirlik: Tam tərkibdə və gücləndirilmiş rejimdə vətəndaşlarımızın üzləşdiyi məsələlərin həllinə dəstək veririk
29-03-2020, 12:09
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlərin məbləği açıqlandı
29-03-2020, 12:00
İlk dəfə Milli Məclisin videokonfransı keçirilib
29-03-2020, 11:53
Birinci vitse-prezident Mehriban Əliyeva koronavirusla mübarizə aparan tibb işçilərinə təşəkkür edib
29-03-2020, 10:43
Bu gündən ölkə ərazisində xüsusi karantin rejimi gücləndirilir
29-03-2020, 08:35
“Azərbaycan da fövqəladə tədbirlər görmək məcburiyyətindədir” - Mehriban Əliyeva
29-03-2020, 08:15
Dövlət başçısı: "Koronavirusla mübarizədə qabaqlayıcı tədbirlər görülməsi nəticəsində vəziyyəti nəzarət altında saxlayırıq"
29-03-2020, 07:27
Bu gün ölkənin ümumtəhsil məktəblərinin birinci sinfinə elektron qeydiyyat aparılacaq
28-03-2020, 17:06
Prezident: "Bu xəstəxananın işə düşməsi koronavirusa qarşı mübarizədə bizə əlavə imkanlar yaradacaq"
28-03-2020, 16:55
Koronavirusun 15 əsas simptomu – Bütün ölkələrin həkimləri təsdiq edib
28-03-2020, 16:08
Xüsusi karantin rejimi dövründə polis postlarından buraxılış qaydası təsdiqlənib
28-03-2020, 15:47
Prezident İlham Əliyev Bakıda “Yeni klinika”nın açılışında iştirak edib
28-03-2020, 15:19
Abşeron rayonunda dezinfeksiya və profilaktik tədbirlər davam etdirilir - Fotolar
28-03-2020, 15:05
Postlardan hansı avtomobillər və şəxslər buraxılacaq? - Siyahı
28-03-2020, 14:55
D230 blokunda seysmik tədqiqat proqramı uğurla başa çatıb
28-03-2020, 14:36
“Azəriqaz” daha az əməkdaşla maksimum işləmək imkanlarını səfərbər edir
28-03-2020, 14:10
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib
28-03-2020, 12:52
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlərin məbləği məlum oldu
Tarix:24 fev 15:10 Bölmə:gundem, medeniyyet

UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin növbəti iclası keçirilib

UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin növbəti iclası keçirilib
UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin növbəti iclası keçirilib

UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin növbəti iclası keçirilib

Fevralın 24-də “Park İnn” hotelində UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının (İFAP) Azərbaycan Komitəsinin növbəti iclası keçirilib.

Mədəniyyət Nazilriyindən bildirilib ki, iclasda Milli Komitədə təmsil olunan dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

İFAP-ın Azərbaycan Komitəsinin sədri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar (NRYTN) və rəqəmli inkişaf şöbəsinin müdiri Rəşad Əzizov çıxış edərək proqramın ölkəmizin xaricdə tanıdılması və təbliği baxımından əhəmiyyətini vurğulayıb. Proqramın məqsədləri və prioritet sahələri barədə məlumat verərək bildirib ki, “İnformasiya hamı üçün” UNESCO tərəfindən 2001-ci ildə yaradılan unikal hökumətlərarası proqramdır. Əsas məqsədi təşkilata üzv ölkələrin milli informasiya siyasətinin formalaşması, bilik sahəsi üzrə strategiyanın hazırlanması və həyata keçirilməsinə dəstək verilməsi, həmçinin informasiya və biliklərin əldə edilməsi sahəsində fəaliyyət planlarının hazırlanması, beynəlxalq siyasi diskussiyalar və əməkdaşlıq üçün platformanın yaradılmasıdır.

R.Əzizov həmçinin “UNESCO-nun İFAP proqramının Azərbaycan Komitəsinin 2019-2021-ci illər üçün Tədbirlər Planı” üzrə görülmüş işlər haqqında məlumat verdi. Vurğulandı ki, proqramın altı prioritet sahəsi – “İnformasiyaya çıxış”, “İnkişaf üçün informasiya”, “İnformasiya etikası”, “İnformasiya savadlılığı”, “İnformasiyanın qorunması”, “Kiberməkanda çoxdillilik” üzrə məsələlər bu planda öz əksini tapıb. Nəzərdə tutulan sahələr üzrə aidiyyəti dövlət qurumları müəyyən dərəcədə nailiyyətlər əldə edilməklə fəaliyyəti genişləndirə biliblər.

Qeyd olundu ki, Azərbaycanda İFAP Milli Komitəsi 2010-cu ildən fəaliyyət göstərir. 2018-ci ildən isə İFAP-ın Azərbaycan Komitəsinin NRYTN-in tərkibində fəaliyyət göstərməsi haqqında qərar qəbul olunub. 11 sentyabr 2018-ci ildə UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası yanında UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin yeni Əsasnaməsi, 29 yanvar 2019-cu ildə isə NRYTN tərəfindən hazırlanmış və aidiyyəti qurumlarla razılaşdırılmış “UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin 2019-2021-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib.

Tədbirdə sonra www.ifap.az saytının təqdimatı oldu. Saytda komitənin tarixi və fəaliyyəti, xəbərlər, tərəfdaşlar, sənədlər bölmələri yaradılıb. Bu bölmələr vasitəsilə birbaşa İFAP-ın əhatə etdiyi sahələr və bu yöndə görülən işlər haqqında ətraflı məlumat alaraq tərəfdaşlıq etmək mümkündür.
Daha sonra iclasda Milli Komitənin üzv qurumlarının və ictimai təşkilatların nümayəndələri çıxış edərək Tədbirlər planı çərçivəsində görülən işlər haqqında məlumat veriblər.

Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Nuriyyə Məmmədova çıxış edərək nazirlik tərəfindən bu sahədə həyata keçirilən genişmiqyaslı layihələrdən söz açıb. Bildirib ki, Milli Kitabxananın Elektron kitabxanasının saytındakı “Audiokitablar” bölməsində xüsusi kateqoriyalı istifadəçilər üçün müxtəlif audiokitablar toplanıb. Hər hansı bir audiokitabı görmə qabiliyyəti məhdud olan istifadəçi kitabxanaya gəlmədən dinləyə bilər. 2014-cü ildən F.Köçərli adına Respublika Uşaq Kitabxanasında görmə qabiliyyəti zəif və məhdud uşaqlar üçün informasiya mərkəzi yaradılıb. Mərkəzin əsas məqsədi görmə qüsurlu uşaqların internet şəbəkəsinə sərbəst çıxışını təmin etməkdir.

Sektor müdiri Mədəniyyət Nazirliyinin sifarişi və “AdZone” şirkətinin texniki dəstəyi ilə yaradılan “Muzey əşyalarının daimi mühafizə portalı” haqqında da söz açıb. Deyib ki, hazırda respublikada fəaliyyət göstərən şəhər (rayon) Heydər Əliyev mərkəzləri, aparıcı muzeylər, ev və xatirə muzeyləri, şəhər (rayon) tarix-diyarşünaslıq muzeyləri tərəfindən muzey fondlarında qorunub saxlanılan eksponatlar həmin portala daxil edilir. Azərbaycan Dövlət Film Fondunda saxlanan 35 mm kinolent formatında çəkilmiş milli filmlərin rəqəmsal formata çevrilməsi işi də davam etdirilir.

Qeyd olundu ki, 2018-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən “Ultra technologies” şirkətinin texniki dəstəyi ilə hazırlanan "Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri"nin elektron portalı istifadəyə verilib. Portal Azərbaycanın diyarşünaslıq (adət-ənənə, bayram-mərasim, rəmz-sirr), folklor (musiqi-rəqs, oyun-tamaşa, şifahi xalq yaradıcılığı) və sənətkarlıq (dekorativ-tətbiqi, təsviri) nümunələrinin məlumat bazasından ibarətdir. Hazırda Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi və Qobustan Milli Tarix-Bədii Qoruğunda audiobələdçi texnologiyaları tətbiq edilir. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində isə 2008-ci ildən kompleks avtomatlaşdırılmış muzey informasiya sisteminin (KAMİS) proqramı həyata keçirilir. Ötən il informasiya sisteminin bazasına 343 ədəd, ümumilikdə isə 34913 ədəd eksponat haqqında məlumat daxil edilib.

Sektor müdiri həmçinin dedi ki, yerli xalqların və milli azlıqların adət-ənənələrinin qorunması və təbliği diqqət mərkəzindədir. Bu məqsədlə Mədəniyyət Nazirliyi tərəfindən www.ismayilliculture.az , www.shekiculture.az saytları yaradılıb. Həmin saytlara qlobal informasiya məkanında Azərbaycanla bağlı, o cümlədən ölkəmizdə yaşayan azsaylı xalqların mədəni irsi, mədəniyyət müəssisələri barədə məlumatlar daxil edilib.

Sonra AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli əlyazmaların rəqəmsallaşdırılması ilə bağlı hesabat təqdim edib.

“İKT LAB” Tətbiq və Tədris Mərkəzinin rəhbəri Rauf Cabbarov “Digital Girls” milli təlim proqramı haqqında məlumat verib. Bildirib ki, ölkəmizdə qadınların İKT sahəsinə cəlb edilməsi və müasir texnologiyalar sahəsində rolunun artırılmasına xüsusi diqqət yetirilir. Bu işlərin davamı olaraq “İKT LAB” mərkəzinin təşkilatçılığı ilə “Rəqəmli qızlar (“Digital Girls”) - milli təlim proqramı” adlı sosial layihəyə start verilib. Layihə çərçivəsində Bakı şəhərinin bir sıra məktəblərində təqdimat tədbirləri keçirilib və mindən çox iştirakçı qatılıb. Onlara layihənin məqsədi izah edilib və İKT sahəsində uğurlu karyera qurmaq imkanları barədə məlumat verilib.

Milli Komitənin üzv-qurumlarının və ictimai təşkilatların nümayəndələri çıxış edərək, Tədbirlər Planının çərçivəsində görülmüş işlər haqqında məlumat veriblər. Bildirilib ki, Tədbirlər Planında 35 tədbir müəyyən edilib və onların 76 faizi artıq tam yerinə yetirilib.
Oxunub: 43
Rayonumuz
59 nəfər ASAN könüllüsü Abşeron RİH-də təcrübə keçəcək
16.10 59 nəfər ASAN könüllüsü Abşeron RİH-də təcrübə keçəcək
Tədbirlər
Abşeron rayonunda dezinfeksiya və profilaktik tədbirlər davam etdirilir - Fotolar
28.03 Abşeron rayonunda dezinfeksiya və profilaktik tədbirlər davam etdirilir - Fotolar
Köşə
Zəncəfil çayı: həyatınızı sevirsinizsə...
30.03 Zəncəfil çayı: həyatınızı sevirsinizsə...
Təbriklər
Müəllimimiz mükafatlandırılıb
01.06 Müəllimimiz mükafatlandırılıb
Müəllimlərimiz
Xırdalan şəhər 5 sayılı tam orta məktəb kollektivi İnternat evini ziyarət etdilər.
17.03 Xırdalan şəhər 5 sayılı tam orta məktəb kollektivi İnternat evini ziyarət etdilər.
Həkimlərimiz
Abşeron rayonunda qanvermə aksiyası keçirilib
05.11 Abşeron rayonunda qanvermə aksiyası keçirilib
Mədəniyyət,İncəsənət
Heydər Əliyev Mərkəzində Abşeron rayon mədəniyyət işçilərinin toplantısı keçirildi
20.10 Heydər Əliyev Mərkəzində Abşeron rayon mədəniyyət işçilərinin toplantısı keçirildi
Bələdiyyələrimiz
Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib
20.10 Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib
İdmançılarımız
Abşeron idmançısı 3 qat dünya çempionu oldu
26.08 Abşeron idmançısı 3 qat dünya çempionu oldu
Məktəblərimiz
Azərbaycanda məktəblərin bağlanması ilə bağlı qərar verilməyib
02.03 Azərbaycanda məktəblərin bağlanması ilə bağlı qərar verilməyib
Bağçalarımız
Abşeron rayonunda uşaq bağçalarının şəraiti yaxşılaşdırılır
13.09 Abşeron rayonunda uşaq bağçalarının şəraiti yaxşılaşdırılır
Şagirdlərimiz
Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıblar
22.05 Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıblar
Təqvim
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
<
Keçidlər
 Valyuta məzənnəsi

"Absheron.info.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla