Siyasi ekspert: Prezident İlham Əliyev Paşinyanı darmadağın etdi » Absheron.info.az
Son Xəbərlər
16:56  Prezident İlham Əliyev “Fövqəladə vəziyyət haqqında” fərmanda dəyişiklik edib  16:18  Zəncəfil çayı: həyatınızı sevirsinizsə...  15:46  Abşeronda nəqliyyat axınına müsbət təsir edən yol yenidən quruldu  15:37  Fevralda rabitə, poçt və kuryer xidmətlərinin qiymət indeksi əvvəlki aya nisbətən 100 faiz olub  06:30  Səfirlik: Tam tərkibdə və gücləndirilmiş rejimdə vətəndaşlarımızın üzləşdiyi məsələlərin həllinə dəstək veririk  12:09  Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlərin məbləği açıqlandı  12:00  İlk dəfə Milli Məclisin videokonfransı keçirilib  11:53  Birinci vitse-prezident Mehriban Əliyeva koronavirusla mübarizə aparan tibb işçilərinə təşəkkür edib  10:43  Bu gündən ölkə ərazisində xüsusi karantin rejimi gücləndirilir  08:35  “Azərbaycan da fövqəladə tədbirlər görmək məcburiyyətindədir” - Mehriban Əliyeva  08:15  Dövlət başçısı: "Koronavirusla mübarizədə qabaqlayıcı tədbirlər görülməsi nəticəsində vəziyyəti nəzarət altında saxlayırıq"  07:27  Bu gün ölkənin ümumtəhsil məktəblərinin birinci sinfinə elektron qeydiyyat aparılacaq  17:06  Prezident: "Bu xəstəxananın işə düşməsi koronavirusa qarşı mübarizədə bizə əlavə imkanlar yaradacaq"  16:55  Koronavirusun 15 əsas simptomu – Bütün ölkələrin həkimləri təsdiq edib  16:08  Xüsusi karantin rejimi dövründə polis postlarından buraxılış qaydası təsdiqlənib  15:47  Prezident İlham Əliyev Bakıda “Yeni klinika”nın açılışında iştirak edib  15:19  Abşeron rayonunda dezinfeksiya və profilaktik tədbirlər davam etdirilir - Fotolar  15:05  Postlardan hansı avtomobillər və şəxslər buraxılacaq? - Siyahı  14:55  D230 blokunda seysmik tədqiqat proqramı uğurla başa çatıb  14:36  “Azəriqaz” daha az əməkdaşla maksimum işləmək imkanlarını səfərbər edir 
Dünən, 16:56
Prezident İlham Əliyev “Fövqəladə vəziyyət haqqında” fərmanda dəyişiklik edib
Dünən, 16:18
Zəncəfil çayı: həyatınızı sevirsinizsə...
Dünən, 15:46
Abşeronda nəqliyyat axınına müsbət təsir edən yol yenidən quruldu
Dünən, 15:37
Fevralda rabitə, poçt və kuryer xidmətlərinin qiymət indeksi əvvəlki aya nisbətən 100 faiz olub
Dünən, 06:30
Səfirlik: Tam tərkibdə və gücləndirilmiş rejimdə vətəndaşlarımızın üzləşdiyi məsələlərin həllinə dəstək veririk
29-03-2020, 12:09
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlərin məbləği açıqlandı
29-03-2020, 12:00
İlk dəfə Milli Məclisin videokonfransı keçirilib
29-03-2020, 11:53
Birinci vitse-prezident Mehriban Əliyeva koronavirusla mübarizə aparan tibb işçilərinə təşəkkür edib
29-03-2020, 10:43
Bu gündən ölkə ərazisində xüsusi karantin rejimi gücləndirilir
29-03-2020, 08:35
“Azərbaycan da fövqəladə tədbirlər görmək məcburiyyətindədir” - Mehriban Əliyeva
29-03-2020, 08:15
Dövlət başçısı: "Koronavirusla mübarizədə qabaqlayıcı tədbirlər görülməsi nəticəsində vəziyyəti nəzarət altında saxlayırıq"
29-03-2020, 07:27
Bu gün ölkənin ümumtəhsil məktəblərinin birinci sinfinə elektron qeydiyyat aparılacaq
28-03-2020, 17:06
Prezident: "Bu xəstəxananın işə düşməsi koronavirusa qarşı mübarizədə bizə əlavə imkanlar yaradacaq"
28-03-2020, 16:55
Koronavirusun 15 əsas simptomu – Bütün ölkələrin həkimləri təsdiq edib
28-03-2020, 16:08
Xüsusi karantin rejimi dövründə polis postlarından buraxılış qaydası təsdiqlənib
28-03-2020, 15:47
Prezident İlham Əliyev Bakıda “Yeni klinika”nın açılışında iştirak edib
28-03-2020, 15:19
Abşeron rayonunda dezinfeksiya və profilaktik tədbirlər davam etdirilir - Fotolar
28-03-2020, 15:05
Postlardan hansı avtomobillər və şəxslər buraxılacaq? - Siyahı
28-03-2020, 14:55
D230 blokunda seysmik tədqiqat proqramı uğurla başa çatıb
28-03-2020, 14:36
“Azəriqaz” daha az əməkdaşla maksimum işləmək imkanlarını səfərbər edir
28-03-2020, 14:10
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib
28-03-2020, 12:52
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlərin məbləği məlum oldu
28-03-2020, 12:43
ABŞ koronavirusla mübarizə üçün Azərbaycana 1.7 milyon dollar yardım ayırıb
28-03-2020, 08:15
Bu gün Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 101-ci ildönümüdür
28-03-2020, 08:03
Avropa dövlətləri nəyə üstünlük verir - insanların sağlamlığının, yoxsa hüquqlarının qorunmasına
28-03-2020, 07:47
Rayonlara da giriş-çıxış məhdudlaşdırılıb
28-03-2020, 07:30
Nazirlər Kabineti:"Cərimələr və sərt cəzalara başlayırıq!"
Tarix:16 fev 10:07 Bölmə:gundem, siyaset

Siyasi ekspert: Prezident İlham Əliyev Paşinyanı darmadağın etdi

 Siyasi ekspert: Prezident İlham Əliyev Paşinyanı darmadağın etdi
62-ci ildən keçirilən Münhen Təhlükəsizlik Konfransı dünyanın ən nüfuzlu dialoq platformalarından biri sayılır. 1998-ci ildən etibarən Almaniya hökuməti tərəfindən maliyyələşdirilən konfrans iştirakçıların statusuna və sayına görə, eləcə də dünyanın diqqət mərkəzində olduğu üçün özünün analoji alternativlərini xeyli üstələyir.

Bu fikirləri açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib. O qeyd edib ki, bu il 56-cı dəfə keçirilən konfransda 800-dən çox nümayəndə, 150 dövlət və hökumət başçısı, həmçinin hökumət üzvü iştirak edib. "Belə bir önəmli tədbirdə Azərbaycan Prezidentinin iştirakı, şübhəsiz ki, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında iştirakı və çıxışları hər zaman maraq doğurub və dünyanın aparıcı kütləvi informasiya vasitələrinin, xarici siyasət və enerji məsələləri üzrə nüfuzlu ekspertlərinin diqqət mərkəzində olub”, - deyə siyasi ekspert vurğulayıb.

Onun sözlərinə görə, Münhen Təhlükəsizlik Konfransının 56-cı toplantısının ən önəmli hadisəsi isə, təbii ki, Münhendə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair panel-müzakirələr və Prezident İlham Əliyevin Ermənistanın hökumət başçısına tarixi həqiqətlər və beynəlxalq hüquqla bağlı verdiyi dərsdir.
E.Mirzəbəyli qeyd edib ki, əvvəlcə Prezident İlham Əliyevin Azərbaycanın və onun ayrılmaz bir parçası olan Dağlıq Qarabağın tarixi, münaqişənin yaranma səbəbləri və Ermənistanın baş nazirinin əsasız iddialarına diqqət çəkmək istəyirəm. “Prezident İlham Əliyev tarixi müstəvidə çıxışına 1805-ci ildə Qarabağ xanı İbrahim xanla Rusiya imperiyasının generalı Sisianov arasında imzalanan sazişdən başladı bu sazişə əsasən, Azərbaycanın Qarabağ xanlığı müstəqil ölkə kimi Rusiya imperiyasının tabeçiliyinə keçdiyini qeyd etdi. Yəni, Prezident İlham Əliyev məsələni tarixi müstəvidən hansısa salnaməçilərin, yaxud maraqlı tərəflərin uydurduğu xronikadan deyil, beynəlxalq münasibətlərin subyekti olan və hazırda da qorunub saxlanan dövlətlərarası müqavilələrdən başladı. Prezident İlham Əliyevin Dağlıq Qarabağ, eləcə də Azərbaycanın digər tarixi əraziləri, ö cümlədən İrəvanla bağlı söylədikləri, həmçinin Ermənistanın bir dövlət olaraq formalaşdırılması ilə bağlı söylədikləri də mübahisə doğurması mümkün olmayan tarixi faktlara söykənirdi və bu faktlar sənədlər şəklində bu gün Rusiya və dünyanın ayrı-ayrı ölkələrində qorunub saxlanılır”, - deyə E.Mirzəbəyli bildirib.

Siyasi ekspert bildirib ki, Nikol Paşinyan hər hansı bir tarixi sənədlə təsdiq olunması mümkün olmayan, erməni salnaməçilərinin uydurduğu və yalnız ermənilərin inandığı söz yığınından ibarət tarixi dedi-qodularla Azərbaycan Prezidentinə cavab verməyə cəhd göstərdi. Paşinyanın “Böyük Tiqranın romalı hərbi lider Pompeylə danışıqlar aparması” barədə söylədikləri isə, təkcə onun savadsızlığını və səriştəsizliyini yox, həm də yalan üzərində qurulan erməni təbliğatının mahiyyətini ortaya qoydu. Paşinyanın imkanı olsaydı, hətta ibtidai icma quruluşundakı “erməni dövlətçiliyindən” də danışardı. Ortalıqda onun dediklərini təsdiqləyəcək dövlətlərarası müqavilə, yaxud hər hansı bir sənəd yoxdur. Sadəcə əfsanə var və bu əfsanə də Prezident İlham Əliyevin misal gətirdiyi tutarlı tarixi faktlarla dünyanın gözü qarşısında darmadağın oldu.

Elçin Mirzəbəyli əlavə edib ki, Nikol Paşinyan hər dəfə Prezident İlham Əliyevin onu acınacaqlı duruma salan fikirlərinə cavab vermək istəyəndə öz vəziyyətini daha da pisləşdirdi. Bu Xocalı soyqırımı, Şaumyan rayonu ilə bağlı fikir mübadiləsində də özünü qabarıq şəkildə göstərdi.

Ekspertin fikrincə, Azərbaycan Prezidentinin Ermənistanın Baş nazirinin Şaumyan rayonu ilə bağlı düşdüyü acınacaqlı durumdan və üzr istəməsindən istifadə edərək, unikal bir siyasi manevrlə bolşevik Stepan Şaumyanın adının tarixi Azərbaycan şəhəri olan Xankəndinə verilməsini, müstəqil bir dövlətə rəhbərlik edən Xanın kəndinin (şəhərinin) bolşevik Stepanın şəhərinə çevrilməsini vurğulaması ermənilərin öz himayədarlarının xidmətindən yararlanmaqla azərbaycanlıları etnik təmizləməyə məruz qoyması, Azərbaycan toponimlərini qondarma erməni adları, hətta qaniçən və cəlladların adları ilə əvəzləməsi ilə bağlı tarixi həqiqətləri ortaya qoydu.

Bu debatda sadəcə Ermənistanın Baş naziri deyil, bütövlükdə erməni təbliğat maşını dünyanın gözü qarşısında Azərbaycan Prezidentinə məğlub olduğunu deyən siyasi ekspert hesab edir ki, Azərbaycan Prezidentinin Münhen Təhlükəsizlik Konfransındakı çıxışları, şərh və cavabları işğal altında olan Azərbaycan torpaqları ilə bağlı həqiqətlərin dünyaya təqdim olunması baxımından yeni və olduqca əlverişli bir mərhələ açıb və ümid edirəm ki, ölkəmizin müvafiq qurumları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, diaspor təşkilatları bu əlverişli imkandan yararlanmağı bacaracaqlar.
Oxunub: 44
Rayonumuz
59 nəfər ASAN könüllüsü Abşeron RİH-də təcrübə keçəcək
16.10 59 nəfər ASAN könüllüsü Abşeron RİH-də təcrübə keçəcək
Tədbirlər
Abşeron rayonunda dezinfeksiya və profilaktik tədbirlər davam etdirilir - Fotolar
28.03 Abşeron rayonunda dezinfeksiya və profilaktik tədbirlər davam etdirilir - Fotolar
Köşə
Zəncəfil çayı: həyatınızı sevirsinizsə...
30.03 Zəncəfil çayı: həyatınızı sevirsinizsə...
Təbriklər
Müəllimimiz mükafatlandırılıb
01.06 Müəllimimiz mükafatlandırılıb
Müəllimlərimiz
Xırdalan şəhər 5 sayılı tam orta məktəb kollektivi İnternat evini ziyarət etdilər.
17.03 Xırdalan şəhər 5 sayılı tam orta məktəb kollektivi İnternat evini ziyarət etdilər.
Həkimlərimiz
Abşeron rayonunda qanvermə aksiyası keçirilib
05.11 Abşeron rayonunda qanvermə aksiyası keçirilib
Mədəniyyət,İncəsənət
Heydər Əliyev Mərkəzində Abşeron rayon mədəniyyət işçilərinin toplantısı keçirildi
20.10 Heydər Əliyev Mərkəzində Abşeron rayon mədəniyyət işçilərinin toplantısı keçirildi
Bələdiyyələrimiz
Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib
20.10 Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib
İdmançılarımız
Abşeron idmançısı 3 qat dünya çempionu oldu
26.08 Abşeron idmançısı 3 qat dünya çempionu oldu
Məktəblərimiz
Azərbaycanda məktəblərin bağlanması ilə bağlı qərar verilməyib
02.03 Azərbaycanda məktəblərin bağlanması ilə bağlı qərar verilməyib
Bağçalarımız
Abşeron rayonunda uşaq bağçalarının şəraiti yaxşılaşdırılır
13.09 Abşeron rayonunda uşaq bağçalarının şəraiti yaxşılaşdırılır
Şagirdlərimiz
Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıblar
22.05 Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıblar
Təqvim
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
<
Keçidlər
 Valyuta məzənnəsi

"Absheron.info.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla