Prezident İlham Əliyev: "Azərbaycan artıq enerji təminatçısına çevrilib" » Absheron.info.az
Son Xəbərlər
16:21  Azərbaycan aliminin Berlin Humboldt Universitetindəki mühazirə və seminarları böyük marağa səbəb olub  14:25  MSK sədri: Sosial şəbəkələrdəki görüntülər ümumi məntəqələrin 3 faizində olan pozuntulardır  15:34  “Hungary today” onlayn nəşri Azərbaycan nümayəndə heyətinin Macarıstana səfərini geniş işıqlandırıb  13:10  "Dünya ictimaiyyəti bir daha Ermənistanın acizliyini, yalana əsaslanan tezislərinin darmadağın olduğunu gördü"  10:25  Sabah ölkə ərazisində havanın yağıntılı olacağı proqnozlaşdırılır  10:07  Siyasi ekspert: Prezident İlham Əliyev Paşinyanı darmadağın etdi  08:22  2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 fevral 2020-ci il tarixli 162 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI  07:26  Prezident İlham Əliyev: Ermənilər işğal altındakı torpaqlarda mədəni irsimizi məhv ediblər  06:13  Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib Müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak ediblər  10:03  MSK 125 saylı Zəngilan-Qubadlı və daha 12 dairə üzrə müraciətlərin DSK-lara göndərilməsinə qərar verib  07:19  Prezident sərəncam imzaladı  07:08  Baş Prokurorluqda yaradılmış Çağrı Mərkəzinə 2153 vətəndaş müraciət edib  18:30  Azad Rəhimov Abşeronda vətəndaşları qəbul edib  18:20  Abşeronda SHXÇDX-nin yaradılmasının 8 illiyi qeyd olunub  18:15  İradə Gülməmmədova vətəndaşlarla fərdi qaydada görüşdü  12:31  Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər  12:16  Kürdəmirdə “Barama-2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib  10:14  Sabahın hava proqnozu  09:36  Prezident İlham Əliyevin Almaniyaya səfəri başlayıb  09:21  Prezident İlham Əliyev Münxendə Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb 
17-02-2020, 16:21
Azərbaycan aliminin Berlin Humboldt Universitetindəki mühazirə və seminarları böyük marağa səbəb olub
17-02-2020, 14:25
MSK sədri: Sosial şəbəkələrdəki görüntülər ümumi məntəqələrin 3 faizində olan pozuntulardır
16-02-2020, 15:34
“Hungary today” onlayn nəşri Azərbaycan nümayəndə heyətinin Macarıstana səfərini geniş işıqlandırıb
16-02-2020, 13:10
"Dünya ictimaiyyəti bir daha Ermənistanın acizliyini, yalana əsaslanan tezislərinin darmadağın olduğunu gördü"
16-02-2020, 10:25
Sabah ölkə ərazisində havanın yağıntılı olacağı proqnozlaşdırılır
16-02-2020, 10:07
Siyasi ekspert: Prezident İlham Əliyev Paşinyanı darmadağın etdi
16-02-2020, 08:22
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 fevral 2020-ci il tarixli 162 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
16-02-2020, 07:26
Prezident İlham Əliyev: Ermənilər işğal altındakı torpaqlarda mədəni irsimizi məhv ediblər
16-02-2020, 06:13
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib Müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak ediblər
15-02-2020, 10:03
MSK 125 saylı Zəngilan-Qubadlı və daha 12 dairə üzrə müraciətlərin DSK-lara göndərilməsinə qərar verib
15-02-2020, 07:19
Prezident sərəncam imzaladı
15-02-2020, 07:08
Baş Prokurorluqda yaradılmış Çağrı Mərkəzinə 2153 vətəndaş müraciət edib
14-02-2020, 18:30
Azad Rəhimov Abşeronda vətəndaşları qəbul edib
14-02-2020, 18:20
Abşeronda SHXÇDX-nin yaradılmasının 8 illiyi qeyd olunub
14-02-2020, 18:15
İradə Gülməmmədova vətəndaşlarla fərdi qaydada görüşdü
14-02-2020, 12:31
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
14-02-2020, 12:16
Kürdəmirdə “Barama-2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
14-02-2020, 10:14
Sabahın hava proqnozu
14-02-2020, 09:36
Prezident İlham Əliyevin Almaniyaya səfəri başlayıb
14-02-2020, 09:21
Prezident İlham Əliyev Münxendə Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
13-02-2020, 12:21
Gənclər və İdman naziri Abşeron rayonunda vətəndaşlarla görüşəcək
13-02-2020, 12:16
Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13-02-2020, 06:02
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qarşıya qoyulmuş vəzifələri əzmlə yerinə yetirir.
12-02-2020, 15:05
Azərbaycanda yeni quş növü aşkar edilib
12-02-2020, 14:56
“Günə su ilə başlamaq lazımdır” - Dietoloqdan həyati əhəmiyyətli TÖVSİYƏ
12-02-2020, 14:45
Dövlətlərarası Şuranın Azərbaycanda saxlanılması üçün maliyyə yardımı göstərilməsi haqqında Protokolda dəyişikliklər edilib
12-02-2020, 14:12
Arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı təsdiq edilib
Top 10
17-02-2020, 16:21
Azərbaycan aliminin Berlin Humboldt Universitetindəki mühazirə və seminarları böyük marağa səbəb olub
17-02-2020, 14:25
MSK sədri: Sosial şəbəkələrdəki görüntülər ümumi məntəqələrin 3 faizində olan pozuntulardır
16-02-2020, 15:34
“Hungary today” onlayn nəşri Azərbaycan nümayəndə heyətinin Macarıstana səfərini geniş işıqlandırıb
16-02-2020, 13:10
"Dünya ictimaiyyəti bir daha Ermənistanın acizliyini, yalana əsaslanan tezislərinin darmadağın olduğunu gördü"
16-02-2020, 10:25
Sabah ölkə ərazisində havanın yağıntılı olacağı proqnozlaşdırılır
16-02-2020, 10:07
Siyasi ekspert: Prezident İlham Əliyev Paşinyanı darmadağın etdi
16-02-2020, 08:22
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 fevral 2020-ci il tarixli 162 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
16-02-2020, 07:26
Prezident İlham Əliyev: Ermənilər işğal altındakı torpaqlarda mədəni irsimizi məhv ediblər
16-02-2020, 06:13
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib Müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak ediblər
15-02-2020, 10:03
MSK 125 saylı Zəngilan-Qubadlı və daha 12 dairə üzrə müraciətlərin DSK-lara göndərilməsinə qərar verib
Tarix:10 fev 17:27 Bölmə:gundem, siyaset

Prezident İlham Əliyev: "Azərbaycan artıq enerji təminatçısına çevrilib"

Prezident İlham Əliyev: "Azərbaycan artıq enerji təminatçısına çevrilib"

Fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Pirallahı rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin əsaslı şəkildə yenidən qurulan 110/35/6 kilovoltluq “Dübəndi” yarımstansiyanın açılışında iştirak edib.

“Azərenerji” ASC-nin rəhbəri Baba Rzayev dövlətimizin başçısına yarımstansiyada görülən işlər barədə məlumat verib.

Qeyd edək ki, Prezident İlha
m Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əldə olunan uğurlar enerji sektorunun inkişafında da özünü aydın şəkildə göstərir. Respublikanın sosial-iqtisadi tərəqqisinin təmin edilməsində mühüm elementlərdən olan bu sahənin inkişafına son dövrlərdə çox böyük diqqət yetirilir. Ölkəmizin elektrik enerjisi təsərrüfatında köklü islahatlar həyata keçirilməklə bu proses davamlı xarakter alıb, enerji sisteminin etibarlılığının təmin olunması və bu sahədə mükəmməl infrastrukturun yaradılması üçün ardıcıl və kompleks tədbirlər hazırda da davam etdirilir.

“Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində, Xəzər və Pirallahı rayonlarında yeni tikilən sosial və sahibkarlıq obyektlərinin, inkişaf edən sənaye, kənd təsərrüfatı, turizm müəssisələrinin, əhalinin artan tələbatını təmin etmək, qısaqapanmaları və sistem qəzalarını aradan qaldırmaq üçün yenidən qurulan “Dübəndi” yarımstansiyasının transformatorları daha güclü və yeniləri ilə əvəz edilib, mikro SCADA sistemi yaradılıb. Nəticədə güc defisiti aradan qaldırılmaqla yanaşı, etibarlılıq və dayanıqlılıq təmin edilib. Avadanlıqların açıq tiplidən qapalı tipliyə keçirilməsi yarımstansiyanı atmosfer şəraitinin təsirinə məruz qalmaq təhlükəsindən qoruyur. Yenidənqurma zamanı 63 MVA gücündə iki yeni transformator bina daxilinə yerləşdirilib ki, bununla həm də yarımstansiyanın gücü 126 MVA-ya çatdırılıb. Burada aparılan işlər zamanı Xəzər və Pirallahı rayonlarının perspektiv sosial-iqtisadi inkişafı nəzərə alınıb. İstehlakçıların enerji təchizatında fasilə yaranmaması üçün yenidənqurma işləri xüsusi rejimdə yarımstansiyanın fəaliyyəti dayandırılmadan icra olunub. Bu yarımstansiya Bakıətrafı kənd və qəsəbələrin çox hissəsini, Pirallahı Sənaye Parkı, qaçqın və məcburi köçkün şəhərciyi, kabel zavodu, “Zirə Ekopark” kompleksi və digər yerlərin enerji təchizatını təmin edəcək.

Prezident İlham Əliyev yarımstansiyanı işə salıb.

1953-cü ildə istifadəyə verilən və istismar müddəti başa çatan bu yarımstansiyanın avadanlıqları həddən artıq yüklənirdi ki, bu da istənilən zaman sistemdə qəza vəziyyətinin yaranmasına səbəb ola bilərdi. Yarımstansiya Xəzər dənizinə yaxın ərazidə yerləşdiyindən nəm və küləkli hava şəraitində də burada tez-tez qısaqapanmalar olurdu. Ona görə də “Dübəndi” yarımstansiyası sökülərək qapalı şəraitdə yeni texnologiyalar əsasında tam yenidən qurulub.

Burada yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı “Dübəndi” yarımstansiyasının işçiləri ilə görüşüb.

Yarımstansiyanın kollektivini salamlayan Prezident İlham Əliyev deyib:

Yeni yarımstansiyanın açılışı münasibətilə sizi təbrik edirəm. “Dübəndi” yarımstansiyası indi bütün yüksək standartlara cavab verir və böyük ərazini elektrik enerjisi ilə qidalandıracaq. Əvvəlki yarımstansiyanın vəziyyəti çox acınacaqlı idi, demək olar ki, sıradan çıxmışdı. Ona görə yeni yarımstansiyanın tikintisi zəruri idi və bunu da “Azərenerji” yüksək səviyyədə təşkil edib. Beləliklə, Azərbaycan əhalisinin enerji ilə dayanıqlı təminatı işində növbəti önəmli addım atılıb.

Onu da bildirməliyəm ki, son illər ərzində bu sahəyə çox böyük diqqət göstərilir. Bunun sayəsində Azərbaycanda enerji təchizatı ilə bağlı bütün əsas problemlər demək olar ki, həllini tapıb. Son illərdə bu sahəyə göstərilən diqqət elə vəziyyət yaradıb ki, Azərbaycan artıq enerji təminatçısına çevrilib. Əvvəlki dövrlərdə biz idxaldan asılı idik. İndi isə öz tələbatımızı tam təmin edib hətta ixrac da edirik.

Hesab edirəm ki, 2020-ci il “Azərenerji” üçün, ümumiyyətlə, Azərbaycan energetikləri üçün uğurla başlayıb. İlin əvvəlində iki böyük şirkət ölkəmizdə 440 meqavat gücündə yeni külək və günəş elektrik stansiyalarının tikintisi ilə bağlı Azərbaycanla müvafiq sazişlər bağlayıb. İşlər bu il başlanacaq və beləliklə, bərpa olunan enerji növləri Azərbaycanda inkişaf edəcək, bu inkişaf geniş vüsət alacaq. Eyni zamanda, bu gün bu yarımstansiyanın açılışı əlamətdar hadisədir. Bu il Mingəçevir İstilik Elektrik Stansiyasında bərpa işləri davam etdiriləcək. İlin birinci yarısında Mingəçevir İstilik Elektrik Stansiyası tam gücü ilə işləyəcək. Keçən il, ümumiyyətlə, 400 meqavat itirilmiş güclər bərpa olunub, onun böyük hissəsi Mingəçevir İstilik Elektrik Stansiyasının payına düşür. Bu il də Azərbaycanda təqribən 300-400 meqavat itirilmiş elektrik enerjisi bərpa olunacaq.

Eyni zamanda, dövlət xətti ilə bərpa olunan enerji növlərinin yaradılması işi davam etdiriləcək. Bu il də bu sahəyə vəsait ayrılacaq. Beləliklə, generasiya gücləri, ötürücü xətlər, transformatorlar, yarımstansiyalar, bütün elektrik şəbəkəsi beynəlxalq standartlara tam cavab verəcək. Enerji təminatı hər bir ölkənin təhlükəsizliyi deməkdir, xüsusilə, Azərbaycan kimi sürətlə inkişaf edən ölkələr üçün. Təkcə keçən il qeyri-neft sektorunda 14 faizlik artım olub. Bütün bu işlər, yeni müəssisələr, fabriklər, zavodlar, artan əhali yeni enerji gücləri tələb edir. Biz də bunu yaradırıq. Azərbaycan dövləti bundan sonra da bu sahəyə diqqətini əsirgəməyəcək. Energetiklər isə öz vəzifə borclarını ləyaqətlə icra edərək ölkəmizin ümumi inkişafına bundan sonra da töhfə verəcəklər.

Bir daha sizi təbrik edirəm. Sizə yeni uğurlar arzulayıram.

Energetiklər: Çox sağ olun, minnətdarıq.

Sonda xatirə şəkli çəkdirilib.
Oxunub: 16
Rayonumuz
59 nəfər ASAN könüllüsü Abşeron RİH-də təcrübə keçəcək
16.10 59 nəfər ASAN könüllüsü Abşeron RİH-də təcrübə keçəcək
Tədbirlər
Azad Rəhimov Abşeronda vətəndaşları qəbul edib
14.02 Azad Rəhimov Abşeronda vətəndaşları qəbul edib
Köşə
Sülh bizim gələcəyimizdir
25.09 Sülh bizim gələcəyimizdir
Təbriklər
Müəllimimiz mükafatlandırılıb
01.06 Müəllimimiz mükafatlandırılıb
Müəllimlərimiz
Xırdalan şəhər 5 sayılı tam orta məktəb kollektivi İnternat evini ziyarət etdilər.
17.03 Xırdalan şəhər 5 sayılı tam orta məktəb kollektivi İnternat evini ziyarət etdilər.
Həkimlərimiz
Abşeron rayonunda qanvermə aksiyası keçirilib
05.11 Abşeron rayonunda qanvermə aksiyası keçirilib
Mədəniyyət,İncəsənət
Heydər Əliyev Mərkəzində Abşeron rayon mədəniyyət işçilərinin toplantısı keçirildi
20.10 Heydər Əliyev Mərkəzində Abşeron rayon mədəniyyət işçilərinin toplantısı keçirildi
Bələdiyyələrimiz
Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib
20.10 Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib
İdmançılarımız
Abşeron idmançısı 3 qat dünya çempionu oldu
26.08 Abşeron idmançısı 3 qat dünya çempionu oldu
Məktəblərimiz
Xırdalan şəhər 2 saylı məktəbin kollektivi Cocuq Mərcanlıya səfər edib
27.05 Xırdalan şəhər 2 saylı məktəbin kollektivi Cocuq Mərcanlıya səfər edib
Bağçalarımız
Abşeron rayonunda uşaq bağçalarının şəraiti yaxşılaşdırılır
13.09 Abşeron rayonunda uşaq bağçalarının şəraiti yaxşılaşdırılır
Şagirdlərimiz
Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıblar
22.05 Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıblar
Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
<
Keçidlər
 Valyuta məzənnəsi

"Absheron.info.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla