Prezident İlham Əliyev: 2019-cu ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, Azərbaycan öz inkişaf yolu ilə uğurla gedib » Absheron.info.az
Son Xəbərlər
16:21  Azərbaycan aliminin Berlin Humboldt Universitetindəki mühazirə və seminarları böyük marağa səbəb olub  14:25  MSK sədri: Sosial şəbəkələrdəki görüntülər ümumi məntəqələrin 3 faizində olan pozuntulardır  15:34  “Hungary today” onlayn nəşri Azərbaycan nümayəndə heyətinin Macarıstana səfərini geniş işıqlandırıb  13:10  "Dünya ictimaiyyəti bir daha Ermənistanın acizliyini, yalana əsaslanan tezislərinin darmadağın olduğunu gördü"  10:25  Sabah ölkə ərazisində havanın yağıntılı olacağı proqnozlaşdırılır  10:07  Siyasi ekspert: Prezident İlham Əliyev Paşinyanı darmadağın etdi  08:22  2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 fevral 2020-ci il tarixli 162 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI  07:26  Prezident İlham Əliyev: Ermənilər işğal altındakı torpaqlarda mədəni irsimizi məhv ediblər  06:13  Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib Müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak ediblər  10:03  MSK 125 saylı Zəngilan-Qubadlı və daha 12 dairə üzrə müraciətlərin DSK-lara göndərilməsinə qərar verib  07:19  Prezident sərəncam imzaladı  07:08  Baş Prokurorluqda yaradılmış Çağrı Mərkəzinə 2153 vətəndaş müraciət edib  18:30  Azad Rəhimov Abşeronda vətəndaşları qəbul edib  18:20  Abşeronda SHXÇDX-nin yaradılmasının 8 illiyi qeyd olunub  18:15  İradə Gülməmmədova vətəndaşlarla fərdi qaydada görüşdü  12:31  Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər  12:16  Kürdəmirdə “Barama-2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib  10:14  Sabahın hava proqnozu  09:36  Prezident İlham Əliyevin Almaniyaya səfəri başlayıb  09:21  Prezident İlham Əliyev Münxendə Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb 
17-02-2020, 16:21
Azərbaycan aliminin Berlin Humboldt Universitetindəki mühazirə və seminarları böyük marağa səbəb olub
17-02-2020, 14:25
MSK sədri: Sosial şəbəkələrdəki görüntülər ümumi məntəqələrin 3 faizində olan pozuntulardır
16-02-2020, 15:34
“Hungary today” onlayn nəşri Azərbaycan nümayəndə heyətinin Macarıstana səfərini geniş işıqlandırıb
16-02-2020, 13:10
"Dünya ictimaiyyəti bir daha Ermənistanın acizliyini, yalana əsaslanan tezislərinin darmadağın olduğunu gördü"
16-02-2020, 10:25
Sabah ölkə ərazisində havanın yağıntılı olacağı proqnozlaşdırılır
16-02-2020, 10:07
Siyasi ekspert: Prezident İlham Əliyev Paşinyanı darmadağın etdi
16-02-2020, 08:22
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 fevral 2020-ci il tarixli 162 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
16-02-2020, 07:26
Prezident İlham Əliyev: Ermənilər işğal altındakı torpaqlarda mədəni irsimizi məhv ediblər
16-02-2020, 06:13
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib Müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak ediblər
15-02-2020, 10:03
MSK 125 saylı Zəngilan-Qubadlı və daha 12 dairə üzrə müraciətlərin DSK-lara göndərilməsinə qərar verib
15-02-2020, 07:19
Prezident sərəncam imzaladı
15-02-2020, 07:08
Baş Prokurorluqda yaradılmış Çağrı Mərkəzinə 2153 vətəndaş müraciət edib
14-02-2020, 18:30
Azad Rəhimov Abşeronda vətəndaşları qəbul edib
14-02-2020, 18:20
Abşeronda SHXÇDX-nin yaradılmasının 8 illiyi qeyd olunub
14-02-2020, 18:15
İradə Gülməmmədova vətəndaşlarla fərdi qaydada görüşdü
14-02-2020, 12:31
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
14-02-2020, 12:16
Kürdəmirdə “Barama-2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
14-02-2020, 10:14
Sabahın hava proqnozu
14-02-2020, 09:36
Prezident İlham Əliyevin Almaniyaya səfəri başlayıb
14-02-2020, 09:21
Prezident İlham Əliyev Münxendə Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
13-02-2020, 12:21
Gənclər və İdman naziri Abşeron rayonunda vətəndaşlarla görüşəcək
13-02-2020, 12:16
Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13-02-2020, 06:02
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qarşıya qoyulmuş vəzifələri əzmlə yerinə yetirir.
12-02-2020, 15:05
Azərbaycanda yeni quş növü aşkar edilib
12-02-2020, 14:56
“Günə su ilə başlamaq lazımdır” - Dietoloqdan həyati əhəmiyyətli TÖVSİYƏ
12-02-2020, 14:45
Dövlətlərarası Şuranın Azərbaycanda saxlanılması üçün maliyyə yardımı göstərilməsi haqqında Protokolda dəyişikliklər edilib
12-02-2020, 14:12
Arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı təsdiq edilib
Top 10
17-02-2020, 16:21
Azərbaycan aliminin Berlin Humboldt Universitetindəki mühazirə və seminarları böyük marağa səbəb olub
17-02-2020, 14:25
MSK sədri: Sosial şəbəkələrdəki görüntülər ümumi məntəqələrin 3 faizində olan pozuntulardır
16-02-2020, 15:34
“Hungary today” onlayn nəşri Azərbaycan nümayəndə heyətinin Macarıstana səfərini geniş işıqlandırıb
16-02-2020, 13:10
"Dünya ictimaiyyəti bir daha Ermənistanın acizliyini, yalana əsaslanan tezislərinin darmadağın olduğunu gördü"
16-02-2020, 10:25
Sabah ölkə ərazisində havanın yağıntılı olacağı proqnozlaşdırılır
16-02-2020, 10:07
Siyasi ekspert: Prezident İlham Əliyev Paşinyanı darmadağın etdi
16-02-2020, 08:22
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 fevral 2020-ci il tarixli 162 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
16-02-2020, 07:26
Prezident İlham Əliyev: Ermənilər işğal altındakı torpaqlarda mədəni irsimizi məhv ediblər
16-02-2020, 06:13
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib Müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak ediblər
15-02-2020, 10:03
MSK 125 saylı Zəngilan-Qubadlı və daha 12 dairə üzrə müraciətlərin DSK-lara göndərilməsinə qərar verib
Tarix:01 yan 08:25 Bölmə:gundem, siyaset

Prezident İlham Əliyev: 2019-cu ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, Azərbaycan öz inkişaf yolu ilə uğurla gedib

Prezident İlham Əliyev: 2019-cu ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, Azərbaycan öz inkişaf yolu ilə uğurla gedib

2019-cu ildə ölkəmiz sabitlik, əmin-amanlıq şəraitində yaşamışdır.

Bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində deyib.

Dövlətimizin başçısı qeyd edib: "Əziz həmvətənlər.

2019-cu il arxada qalır. Bu il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, Azərbaycan öz inkişaf yolu ilə uğurla gedib.

2019-cu ildə ölkəmiz sabitlik, əmin-amanlıq şəraitində yaşamışdır. Dünyada gedən proseslər göz qabağındadır. Dünyanın müxtəlif yerlərində, bizim yerləşdiyimiz regionda, postsovet məkanında, Avropada, Asiyada, Latın Amerikasında münaqişələr, müharibələr, qanlı toqquşmalar, kütləvi etiraz aksiyaları, polis zorakılığı, insan haqlarının tapdalanması geniş vüsət almışdır. Azərbaycan isə sabitlik məkanıdır, inkişaf məkanıdır. Bu, bizim böyük nailiyyətimizdir. Azərbaycan xalqı 2019-cu ildə təhlükəsizlik şəraitində yaşamış, qurmuş, yaratmışdır.

Bizim beynəlxalq mövqelərimiz daha da möhkəmləndi. İl ərzində 40-dan çox dövlət və hökumət başçısı Azərbaycana səfər etmişdir. Bizim ikitərəfli əlaqələrimiz böyük dərəcədə genişlənmişdir, çoxtərəfli formatda uğurla əməkdaşlıq edirik, ölkəmizdə bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Onların arasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşünü qeyd etməliyəm. Zirvə Görüşü nəticəsində Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik etməyə başlamışdır. Qoşulmama Hərəkatının Zirvə Görüşü Azərbaycanda keçirilmişdir və 120 ölkənin yekdil qərarı ilə Azərbaycan bu böyük təsisata 3 il ərzində sədrlik edəcəkdir. Bu, bizə göstərilən böyük etimaddır. Bu, onu göstərir ki, dünya birliyinin böyük əksəriyyəti Azərbaycanı dəstəkləyir və bizə böyük hörmətlə yanaşır.

Bu il Bakıda Dünya dini liderlərinin Zirvə görüşü keçirilmişdir, 70 ölkədən gəlmiş dini liderlər Azərbaycanda gedən proseslərə çox müsbət qiymət vermişlər. Azərbaycan multikultural, öz ənənələrinə, milli, dini dəyərlərinə sadiq ölkə kimi özünü bu Zirvə görüşündə təqdim etdi.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Bizim prinsipial mövqeyimiz ondan ibarətdir ki, bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır, beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz hissəsidir. Bütün aparıcı beynəlxalq təşkilatlar münaqişə ilə bağlı qərarlar, qətnamələr qəbul etmişlər, öz mövqeyini ortaya qoymuşlar. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir, orada açıq-aydın göstərilir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişlər. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış "Tərəfdaşlıq prioritetləri" sənədində Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərinin toxunulmazlığına böyük dəstək ifadə edilmişdir. Beləliklə, həm tarixi baxımdan, həm beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.

İl ərzində münaqişə ilə bağlı Ermənistandan çox ziddiyyətli, bir-birini təkzib edən və cəfəng bəyanatlar səslənirdi. Gah deyirdilər ki, qondarma "Dağlıq Qarabağ respublikası" müstəqil dövlətdir və Azərbaycan bu dırnaqarası müstəqil dövlətlə danışıqlar aparmalıdır. Bu, yalandır, Dağlıq Qarabağ müstəqil dövlət deyil, heç bir ölkə bu qanunsuz qurumu tanımayıb, o cümlədən Ermənistan da tanımayıb və bu il ərzində danışıqlar prosesi Ermənistan və Azərbaycan arasında aparılmışdır. Beləliklə, bu cəfəng tezis tamamilə darmadağın edilmişdir. Gah deyirdilər ki, Dağlıq Qarabağ Ermənistandır və nöqtə. Belə populist bəyanatlar vermək olar, amma bu populist bəyanatların arxasında dayanmaq mümkün deyil. Bu da yalandır, Dağlıq Qarabağ Ermənistan deyil, bütün dünya bilir və mən bunu bir daha bəyan etmişəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi.

Əminəm ki, bizim ardıcıl, düşünülmüş siyasət münaqişənin həllinə gətirib çıxaracaq. İqtisadi gücümüz, hərbi gücümüz, siyasi gücümüz, demoqrafik artım - bütün bu amillər bizim mövqeyimizi gücləndirir. Əminəm, gün gələcək ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq və bu istiqamətdə bu il böyük addımlar atılmışdır.

2019-cu il tarixdə dərin islahatlar ili kimi qalacaq. Siyasi islahatlar, kadr islahatları, struktur islahatları, iqtisadi, siyasi və sosial sahələrdə aparılan islahatlar bizim gücümüzü artırmışdır. Bu il iqtisadiyyat artmışdır, iqtisadiyyatın qeyri-neft sektoru 3 faizdən çox artmışdır. Bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu da dünya miqyasında 9-cu göstəricidir və bundan sonrakı illərdə xarici borcumuz daha da aşağı düşəcək. Bizim valyuta ehtiyatlarımız bu il 4,5 milyard dollar artmışdır və rekord həddə - 50 milyard dollara çatmışdır. Bizim valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan 5 dəfədən çox artıqdır. Yəni, bu, ölkəmizin iqtisadi və maliyyə imkanlarının dayanıqlılığını ifadə edir. Sənaye istehsalı artmışdır, xüsusilə qeyri-neft sektorunda sənaye artımı 14 faiz təşkil etmişdir. Kənd təsərrüfatında 7 faiz artım vardır. Yəni, bütün əsas istiqamətlər üzrə ölkəmizin uğurlu inkişafı reallıqdır.

Biz Beynəlxalq İnkişaf Assosiasiyasının hesabatında donor ölkəyə çevrildik. Biz indi borc alan yox, borc verən ölkəyik. Bütün bunlar düşünülmüş siyasətin təzahürüdür. Bütün bu uğurlu nailiyyətlər imkan verir ki, biz sosial sahəyə daha böyük həcmdə vəsait ayıraq və bunu etdik. Bu il də bu baxımdan çox yaddaqalan il olmuşdur. Çox geniş, hərtərəfli sosial paket təqdim edildi və bu sosial paket 4 milyon 200 min əhalini əhatə etdi. Bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 100 faiz, yəni, 2 dəfə artmışdır. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz artmışdır. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə biz bu gün MDB məkanında birinci yerdəyik. Bizim sosial siyasətimiz bir daha onu göstərir və mən dəfələrlə bəyan etmişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əminəm ki, gələcək illərdə iqtisadi imkanlarımız genişləndikcə sosial sahəyə bundan da böyük diqqət göstəriləcək.

Şəffaflıq baxımından bu il çox uğurlu il olmuşdur. Vergi və gömrük orqanları xəzinəyə plandan əlavə 1 milyard manatdan çox vəsait daxil etmişlər və əlbəttə, bu, imkan verir ki, - əminəm, bu meyil gələn il də müşahidə olunacaq, - biz daha geniş miqyasda sosial və infrastruktur layihələri icra edək.

Məcburi köçkünlərin problemləri həll olunur. Bu il 5 mindən çox məcburi köçkün ailəsi, 800-ə yaxın şəhid ailəsi üçün yeni mənzillər, evlər tikilmişdir. Zəlzələdən əziyyət çəkmiş Şamaxı, İsmayıllı, Ağsu rayonlarının sakinləri üçün minlərlə ev tikilmişdir. Bu böyük zəlzələnin fəsadlarının mütləq əksəriyyəti cəmi 10 ay ərzində aradan qaldırıldı. Bu da unikal məsələdir, çünki bu, bizim niyyətimizi, gücümüzü göstərir. Azərbaycan dövləti və rəhbərlik bir daha göstərdi ki, hər zaman vətəndaşların yanındadır.

Bu il TANAP layihəsi istismara verildi, bu, tarixi layihədir. TANAP artıq Avropa İttifaqı sərhədinə çatdırıldı. Biz bu tarixi hadisəni bu ilin noyabr ayında böyük təntənə ilə qeyd etmişik. TANAP Cənub Qaz Dəhlizinin bir hissəsidir. Cənub Qaz Dəhlizi 4 layihədən ibarətdir və onlardan 3-ü - "Şahdəniz-2", Cənubi Qafqaz Qaz Kəməri və TANAP artıq reallığa çevrildi. Dördüncü layihə - TAP, o da artıq uğurla icra edilir və bu layihənin icra səviyyəsi 90 faizi ötübdür. Biz Avropanın, Avrasiyanın energetika və nəqliyyat xəritəsini yenidən cızırıq. Biz bu layihənin təşəbbüskarı olmuşuq. Biz əsas yükü - həm maliyyə, həm texniki məsuliyyəti öz üzərimizə götürmüşük və tərəfdaşlarla birlikdə bu nəhəng və böyük əhəmiyyət kəsb edən layihəni uğurla icra edirik.

Bu il turizm sahəsində rekord il olmuşdur. Bizim apardığımız siyasət, ölkəmizin inkişafı, ölkəmizdə hökm sürən təhlükəsizlik, əmin-amanlıq, Azərbaycanda keçirdiyimiz böyük mötəbər tədbirlərin nəticəsində bu il tarixdə ilk dəfə olaraq 3 milyondan artıq turist Azərbaycana səfər etmişdir.

Bu il 10 milyonuncu vətəndaş dünyaya gəldi. Bu da böyük tarixi hadisədir. Müstəqillik dövründə bizim əhalimiz 3 milyondan çox artmışdır. Bu, bizim həm gücümüzü, həm də məsuliyyətimizi artırır. Çünki artan əhali böyük üstünlükdür, eyni zamanda, iqtisadi artım artan əhalini daim qabaqlamalıdır. Artan əhali o deməkdir ki, yeni məktəblər, yeni uşaq bağçaları, yeni xəstəxanalar tikilməlidir, yeni iş yerləri yaradılmalıdır. Beləliklə, Azərbaycanın əhalisi artdıqca gücü də artır. Bu il dünyaya gələn gözəl Mehriban balamız bizim hamımızı sevindirdi. Allah onu xoşbəxt eləsin, Allah bütün uşaqlarımızı xoşbəxt eləsin, Allah bütün balalarımızı qorusun.

Bu gün, eyni zamanda, Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Mən fürsətdən istifadə edərək, dünyada yaşayan bütün azərbaycanlılara öz səmimi salamlarımı çatdırıram. Onlar bilməlidirlər və bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanıb.

Əziz həmvətənlər, mən sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram.

Bayramınız mübarək olsun!"
Oxunub: 74
Rayonumuz
59 nəfər ASAN könüllüsü Abşeron RİH-də təcrübə keçəcək
16.10 59 nəfər ASAN könüllüsü Abşeron RİH-də təcrübə keçəcək
Tədbirlər
Azad Rəhimov Abşeronda vətəndaşları qəbul edib
14.02 Azad Rəhimov Abşeronda vətəndaşları qəbul edib
Köşə
Sülh bizim gələcəyimizdir
25.09 Sülh bizim gələcəyimizdir
Təbriklər
Müəllimimiz mükafatlandırılıb
01.06 Müəllimimiz mükafatlandırılıb
Müəllimlərimiz
Xırdalan şəhər 5 sayılı tam orta məktəb kollektivi İnternat evini ziyarət etdilər.
17.03 Xırdalan şəhər 5 sayılı tam orta məktəb kollektivi İnternat evini ziyarət etdilər.
Həkimlərimiz
Abşeron rayonunda qanvermə aksiyası keçirilib
05.11 Abşeron rayonunda qanvermə aksiyası keçirilib
Mədəniyyət,İncəsənət
Heydər Əliyev Mərkəzində Abşeron rayon mədəniyyət işçilərinin toplantısı keçirildi
20.10 Heydər Əliyev Mərkəzində Abşeron rayon mədəniyyət işçilərinin toplantısı keçirildi
Bələdiyyələrimiz
Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib
20.10 Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib
İdmançılarımız
Abşeron idmançısı 3 qat dünya çempionu oldu
26.08 Abşeron idmançısı 3 qat dünya çempionu oldu
Məktəblərimiz
Xırdalan şəhər 2 saylı məktəbin kollektivi Cocuq Mərcanlıya səfər edib
27.05 Xırdalan şəhər 2 saylı məktəbin kollektivi Cocuq Mərcanlıya səfər edib
Bağçalarımız
Abşeron rayonunda uşaq bağçalarının şəraiti yaxşılaşdırılır
13.09 Abşeron rayonunda uşaq bağçalarının şəraiti yaxşılaşdırılır
Şagirdlərimiz
Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıblar
22.05 Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıblar
Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
<
Keçidlər
 Valyuta məzənnəsi

"Absheron.info.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla