Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Şahdağ" Turizm Mərkəzində görülən işlərlə tanış olublar » Absheron.info.az
Son Xəbərlər
16:27  Berlində soydaşlarımızla görüş olub  16:14  Prezident İlham Əliyev Türkiyə Prezidentinə başsağlığı verib  10:17  Sabah ölkə ərazisində hava yağmursuz olacaq  10:00  Fevralın 26-sı ABŞ-ın Skoki şəhərində Xocalı qətliamı qurbanlarının anım günü elan edilib  08:34  Xocalı soyqırımı bəşər tarixində amansızlıqla törədilmiş ən qanlı faciələrdən biridir  07:16  Amerikalı senator və konqresmen Xocalı soyqırımı ilə əlaqədar ABŞ-ın Azərbaycan icmasına müraciət ediblər  06:54  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb  14:44  Vasif Eyvazzadə: Bu il Azərbaycan mədəniyyətinin İtaliyada təbliği kütləviliyi ilə seçiləcək  14:10  Azərbaycan Respublikasında avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı  13:44  Pakistanın Xeybər Puxtunxva əyalətinin Assambleyası Azərbaycanın ərazi bütövlüyünə hörməti təsdiq edən qətnamə qəbul edib  13:27  Azərbaycan Prezidenti Bruney Sultanını milli bayram münasibətilə təbrik edib  05:22  ATƏT-in qısamüddətli missiyasının xüsusi koordinatoru parlament seçkilərinə dair çıxışında işğal olunmuş ərazilər mövzusuna toxunub  18:52  Prezident İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub  08:18  Azərbaycan-İtaliya sənədləri mübadilə edilib  10:04  Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib  09:06  Çerniqovda Xocalı soyqırımına dair elmi konfrans keçirilib  16:21  Azərbaycan aliminin Berlin Humboldt Universitetindəki mühazirə və seminarları böyük marağa səbəb olub  14:25  MSK sədri: Sosial şəbəkələrdəki görüntülər ümumi məntəqələrin 3 faizində olan pozuntulardır  15:34  “Hungary today” onlayn nəşri Azərbaycan nümayəndə heyətinin Macarıstana səfərini geniş işıqlandırıb  13:10  "Dünya ictimaiyyəti bir daha Ermənistanın acizliyini, yalana əsaslanan tezislərinin darmadağın olduğunu gördü" 
Dünən, 16:27
Berlində soydaşlarımızla görüş olub
Dünən, 16:14
Prezident İlham Əliyev Türkiyə Prezidentinə başsağlığı verib
Dünən, 10:17
Sabah ölkə ərazisində hava yağmursuz olacaq
Dünən, 10:00
Fevralın 26-sı ABŞ-ın Skoki şəhərində Xocalı qətliamı qurbanlarının anım günü elan edilib
Dünən, 08:34
Xocalı soyqırımı bəşər tarixində amansızlıqla törədilmiş ən qanlı faciələrdən biridir
Dünən, 07:16
Amerikalı senator və konqresmen Xocalı soyqırımı ilə əlaqədar ABŞ-ın Azərbaycan icmasına müraciət ediblər
Dünən, 06:54
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb
22-02-2020, 14:44
Vasif Eyvazzadə: Bu il Azərbaycan mədəniyyətinin İtaliyada təbliği kütləviliyi ilə seçiləcək
22-02-2020, 14:10
Azərbaycan Respublikasında avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
22-02-2020, 13:44
Pakistanın Xeybər Puxtunxva əyalətinin Assambleyası Azərbaycanın ərazi bütövlüyünə hörməti təsdiq edən qətnamə qəbul edib
22-02-2020, 13:27
Azərbaycan Prezidenti Bruney Sultanını milli bayram münasibətilə təbrik edib
22-02-2020, 05:22
ATƏT-in qısamüddətli missiyasının xüsusi koordinatoru parlament seçkilərinə dair çıxışında işğal olunmuş ərazilər mövzusuna toxunub
21-02-2020, 18:52
Prezident İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub
21-02-2020, 08:18
Azərbaycan-İtaliya sənədləri mübadilə edilib
20-02-2020, 10:04
Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib
20-02-2020, 09:06
Çerniqovda Xocalı soyqırımına dair elmi konfrans keçirilib
17-02-2020, 16:21
Azərbaycan aliminin Berlin Humboldt Universitetindəki mühazirə və seminarları böyük marağa səbəb olub
17-02-2020, 14:25
MSK sədri: Sosial şəbəkələrdəki görüntülər ümumi məntəqələrin 3 faizində olan pozuntulardır
16-02-2020, 15:34
“Hungary today” onlayn nəşri Azərbaycan nümayəndə heyətinin Macarıstana səfərini geniş işıqlandırıb
16-02-2020, 13:10
"Dünya ictimaiyyəti bir daha Ermənistanın acizliyini, yalana əsaslanan tezislərinin darmadağın olduğunu gördü"
16-02-2020, 10:25
Sabah ölkə ərazisində havanın yağıntılı olacağı proqnozlaşdırılır
16-02-2020, 10:07
Siyasi ekspert: Prezident İlham Əliyev Paşinyanı darmadağın etdi
16-02-2020, 08:22
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 fevral 2020-ci il tarixli 162 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
16-02-2020, 07:26
Prezident İlham Əliyev: Ermənilər işğal altındakı torpaqlarda mədəni irsimizi məhv ediblər
16-02-2020, 06:13
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib Müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak ediblər
15-02-2020, 10:03
MSK 125 saylı Zəngilan-Qubadlı və daha 12 dairə üzrə müraciətlərin DSK-lara göndərilməsinə qərar verib
15-02-2020, 07:19
Prezident sərəncam imzaladı
Tarix:28 dek 06:31 Bölmə:gundem, siyaset

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Şahdağ" Turizm Mərkəzində görülən işlərlə tanış olublar

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Şahdağ" Turizm Mərkəzində görülən işlərlə tanış olublar


Dekabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva "Şahdağ" Turizm Mərkəzində görülən işlərlə tanış olublar.

"Şahdağ" Turizm Mərkəzinə gələn dövlətimizin başçısı burada xizək sürdü.

Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə yerləşən "Şahdağ" Turizm Mərkəzinin təməli 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən olan "Şahdağ" Turizm Mərkəzi oxşar istirahət məkanlarından bənzərsizliyi ilə fərqlənir və ilboyu fəaliyyət göstərmək iqtidarındadır. Bu layihənin reallaşdırılması Azərbaycanda dağ-xizək və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açır.

Son illərdə burada xeyli iş görülüb. Dövlətimizin başçısı ən hündür nöqtədə tikilən "Shahdag 2351" kafesinin qarşısında yaradılan şəraitlə tanış oldu. Məlumat verildi ki, burada baxış meydançası yaradılıb, ərazidə ehtiyat helikopter meydançası inşa edilib, hündürlüyü 30 metr olan bayraq dirəyi quraşdırılıb.

Prezident İlham Əliyev yerli və xarici turistlərlə söhbət etdi. Turistlər "Şahdağ" Turizm Mərkəzində yaradılan şəraitdən razılıqlarını bildirdilər.

Qeyd edək ki, "Welcome Shahdag" ərazisinin giriş hissəsi abadlaşdırılıb, burada yaşıllıq zolağı salınıb. "Welcome Shahdag" turistlərin mərkəzdə qarşılaşacaqları ilk nöqtədir. Bu ərazidə 363 yerlik yeni avtomobil dayanacağı inşa edilib. Qonaqların qarşılanması, məlumatlandırılması və istiqamətləndirilməsi üçün "Welcome Plaza" binası da tikilib. Turist avtomobillərinin rahatlığı üçün isə uzunluğu 1 kilometrə yaxın olan yeni alternativ Zirvə yolu inşa edilib.

Baş Nazirin birinci müavini Yaqub Eyyubov və "Şahdağ" Turizm Mərkəzi QSC-nin sədri Rodderix Leffler bildirdilər ki, 2018-ci ilin martından bu ilin dekabrına qədərki dövrü əhatə edən ikinci faza çərçivəsində "Şahdağ" Turizm Kompleksində ümumi uzunluğu 7,9 kilometr olan 7 eniş zolağı inşa edilib. Bu eniş zolaqlarında 81 yeni qaryaratma avadanlığı quraşdırılıb və qaryaratma üçün lazım olan kommunikasiya xətləri inşa edilib. Şahdağ ərazisində quraşdırılan müasir qaryaratma avadanlıqları ən çox qaryaratma gücünə malikdir. Hazırda kompleksdəki eniş zolaqlarının ümumi uzunluğu 22,8 kilometrə çatır və burada yeni quraşdırılan kanat yolları 1,4 kilometr uzunluğundadır. 5 saylı kanat yolunun yuxarı operator məntəqəsi dəniz səviyyəsindən 2351 metr hündürlükdə inşa edilib. Bu, 1 saylı kanat yolunun yuxarı stansiyasından 250 metr daha hündürdə yerləşir. 600 metrlik 20 saylı kanat yolu "Welcome Shahdag" ərazisi ilə Zirvə lift bazasını, 5 saylı kanat yolu isə 1 saylı kanat yolunun davamı olaraq MTG zonasını 5 saylı eniş zolağının başlanğıcı və ya "Shahdag 2351" kafesi ilə birləşdirir. O da qeyd olundu ki, təbii göl və onun ətrafında tikinti quraşdırma işləri də tamamlanıb. Ərazinin abadlaşdırılması işləri indi də davam edir və 2020-ci ilin yaz aylarında göl ətrafında yeni park zonası istifadəyə veriləcək.

Dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, "Şahdağ" Turizm Mərkəzinin "Main Plaza" adlanan ərazisində 2 zalı olan yeni kinoteatr inşa edilib. Zalların biri 36, digəri 72 yerlikdir. Buraya gələn yerli və xarici turistlərin xizək sürdükdən sonrakı asudə vaxtlarının səmərəli təşkilində, onların müasir kino sənayesinin yeni məhsulları ilə tanış olmasında kinoteatr mühüm rol oynayacaq. Kinoteatrın Yeni il bayramında turistlərin istifadəsinə verilməsi planlaşdırılır. Bundan əlavə, dördxətli boulinq, uşaq boulinqi, bilyard və avtomat oyunlardan ibarət oyun zalı yaradılıb, "Music Hall" inşa edilib.

"Şahdağ" Turizm Mərkəzində görülən işləri yüksək qiymətləndirən dövlətimizin başçısı dedi ki, bura indi dünya səviyyəli xizək kurortudur. Burada həm peşəkarlar, həm də yeni başlayanlar üçün çox rahat enişlər var. Gələcəkdə kompleksin genişləndirilməsi ilə bağlı əlavə planlar olacaq.

Prezident İlham Əliyev "Şahdağ" Turizm Mərkəzinin üçüncü mərhələsi üzrə layihə işləri ilə bağlı tapşırıqlarını verdi.

Dövlətimizin başçısı və xanımı turistlərlə, kompleksin işçiləri ilə xatirə şəkilləri çəkdirdilər.

Azərbaycanda sürətlə inkişaf edən turizm sektoruna böyük töhfə olan "Şahdağ" Turizm Mərkəzində inşa edilən otellər bu istirahət məkanına marağı daha da artırır. Qonaqların istirahətinin yüksək səviyyədə təmin olunduğu bu otellərdə yaradılan şərait bir daha təsdiqləyir ki, bu gün ölkəmizdə turizm sektorunun inkişafına xüsusi fikir verilir. Paytaxtla yanaşı, regionlarda da müasir turizm və istirahət obyektlərinin, mehmanxana komplekslərinin tikilib istifadəyə verilməsi Azərbaycanda bu sahənin inkişafına diqqətin göstəricisidir. Bu çərçivədə "Şahdağ" Turizm Mərkəzində inşa edilən otellərdə təqdim edilən yüksək şərait Azərbaycanda mehmanxana biznesinin inkişafını bir daha təsdiqləyir və qeyri-neft sektorunda bu sahənin xüsusi çəkisinin getdikcə artdığını göstərir. Ölkəmizdə qeyri-neft sektoruna mühüm töhfə olan "Şahdağ" Turizm Kompleksi Azərbaycan tarixində ilk dağ-xizək kurortudur. Bu möhtəşəm obyektin inşasını daim diqqət mərkəzində saxlayan dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə əraziyə gələrək tikintinin gedişi ilə tanış olub, bir neçə obyektin və otelin açılışında iştirak ediblər.
Oxunub: 75
Rayonumuz
59 nəfər ASAN könüllüsü Abşeron RİH-də təcrübə keçəcək
16.10 59 nəfər ASAN könüllüsü Abşeron RİH-də təcrübə keçəcək
Tədbirlər
Azad Rəhimov Abşeronda vətəndaşları qəbul edib
14.02 Azad Rəhimov Abşeronda vətəndaşları qəbul edib
Köşə
Sülh bizim gələcəyimizdir
25.09 Sülh bizim gələcəyimizdir
Təbriklər
Müəllimimiz mükafatlandırılıb
01.06 Müəllimimiz mükafatlandırılıb
Müəllimlərimiz
Xırdalan şəhər 5 sayılı tam orta məktəb kollektivi İnternat evini ziyarət etdilər.
17.03 Xırdalan şəhər 5 sayılı tam orta məktəb kollektivi İnternat evini ziyarət etdilər.
Həkimlərimiz
Abşeron rayonunda qanvermə aksiyası keçirilib
05.11 Abşeron rayonunda qanvermə aksiyası keçirilib
Mədəniyyət,İncəsənət
Heydər Əliyev Mərkəzində Abşeron rayon mədəniyyət işçilərinin toplantısı keçirildi
20.10 Heydər Əliyev Mərkəzində Abşeron rayon mədəniyyət işçilərinin toplantısı keçirildi
Bələdiyyələrimiz
Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib
20.10 Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib
İdmançılarımız
Abşeron idmançısı 3 qat dünya çempionu oldu
26.08 Abşeron idmançısı 3 qat dünya çempionu oldu
Məktəblərimiz
Xırdalan şəhər 2 saylı məktəbin kollektivi Cocuq Mərcanlıya səfər edib
27.05 Xırdalan şəhər 2 saylı məktəbin kollektivi Cocuq Mərcanlıya səfər edib
Bağçalarımız
Abşeron rayonunda uşaq bağçalarının şəraiti yaxşılaşdırılır
13.09 Abşeron rayonunda uşaq bağçalarının şəraiti yaxşılaşdırılır
Şagirdlərimiz
Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıblar
22.05 Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıblar
Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
<
Keçidlər
 Valyuta məzənnəsi

"Absheron.info.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla