Xırdalanda Nəbi Xəzrinin anadan olmasının 95 illiyi qeyd edildi » Absheron.info.az
Son Xəbərlər
07:17  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Study UK Alumni Awards 2019"un qaliblərinin elan olunması mərasimində iştirak edib  05:51  Ulu öndər Heydər Əliyev gələcək nəsillər üçün inkişaf strategiyası müəyyənləşdirib  14:19  Nazir Abşeronda vətəndaşlarla görüşdü  14:02  Təhsil nazirinin müavini Abşeronda gənc müəllimlərlə görüşüb  12:09  Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində iştirak edib  11:53  ABŞERONDA ÜMUMMILLI LIDER HEYDƏR ƏLIYEVIN ANIM GÜNÜ QEYD EDILDI  07:16  Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib  10:14  Azərbaycanın dinamik inkişaf strategiyasının əsasını qoymuş görkəmli dövlət xadimi  09:12  Azərbaycan Prezidenti İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib  08:50  Bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb  08:01  Bu tarixdən bütün pensiyalar 13-14 faiz artırılacaq  16:28  Xırdalan 5 nömrəli tam orta məktəbdə "Heydər Əliyev" anıldı.  09:44  Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın İqtisadi İnkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  12:04  Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar namizədlərin irəli sürülməsi prosesi başlayıb  09:42  Nərimanov rayonunda 2500-dək ağac əkilib - Foto  09:09  Yeni parlament seçkilərinin vaxtı bilindi - Sərəncam  07:44  Azərbaycan Prezidenti İlham Əliyev “Bakutel-2019” sərgisi ilə tanış olub  08:47  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Bakutel-2019" sərgisi ilə tanış olublar  17:15  Xırdalanda Nəbi Xəzrinin anadan olmasının 95 illiyi qeyd edildi  07:52  Səfər Mehdiyev Xırdalan şəhərində vətəndaşları qəbul etdi 
Bu gün, 07:17
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Study UK Alumni Awards 2019"un qaliblərinin elan olunması mərasimində iştirak edib
Bu gün, 05:51
Ulu öndər Heydər Əliyev gələcək nəsillər üçün inkişaf strategiyası müəyyənləşdirib
Dünən, 14:19
Nazir Abşeronda vətəndaşlarla görüşdü
Dünən, 14:02
Təhsil nazirinin müavini Abşeronda gənc müəllimlərlə görüşüb
Dünən, 12:09
Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində iştirak edib
Dünən, 11:53
ABŞERONDA ÜMUMMILLI LIDER HEYDƏR ƏLIYEVIN ANIM GÜNÜ QEYD EDILDI
Dünən, 07:16
Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
11-12-2019, 10:14
Azərbaycanın dinamik inkişaf strategiyasının əsasını qoymuş görkəmli dövlət xadimi
11-12-2019, 09:12
Azərbaycan Prezidenti İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib
11-12-2019, 08:50
Bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb
11-12-2019, 08:01
Bu tarixdən bütün pensiyalar 13-14 faiz artırılacaq
10-12-2019, 16:28
Xırdalan 5 nömrəli tam orta məktəbdə "Heydər Əliyev" anıldı.
9-12-2019, 09:44
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın İqtisadi İnkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
7-12-2019, 12:04
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar namizədlərin irəli sürülməsi prosesi başlayıb
6-12-2019, 09:42
Nərimanov rayonunda 2500-dək ağac əkilib - Foto
6-12-2019, 09:09
Yeni parlament seçkilərinin vaxtı bilindi - Sərəncam
5-12-2019, 07:44
Azərbaycan Prezidenti İlham Əliyev “Bakutel-2019” sərgisi ilə tanış olub
4-12-2019, 08:47
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Bakutel-2019" sərgisi ilə tanış olublar
2-12-2019, 17:15
Xırdalanda Nəbi Xəzrinin anadan olmasının 95 illiyi qeyd edildi
1-12-2019, 07:52
Səfər Mehdiyev Xırdalan şəhərində vətəndaşları qəbul etdi
29-11-2019, 10:36
Xırdalan 5 saylı tam orta məktəbdə "Qarabağın tarixi" adlı tədbir keçirildi.
29-11-2019, 09:51
Azərbaycanda 650 min ağac əkiləcəyi GÜN açıqlandı
29-11-2019, 09:21
Azərbaycan nümayəndə heyəti Bişkekdə Türk Şurasının Gənclər və İdman nazirlərinin dördüncü iclasında iştirak edir
29-11-2019, 07:57
Ramin Quluzadə səfirlərlə görüşdü
29-11-2019, 06:46
Parlament niyə buraxılmalı idi? - Əsas səbəblər
29-11-2019, 06:27
Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildi
28-11-2019, 11:38
Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında birinci addım Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin, ərazilərinin deokkupasiyasının başlanılmasıdır
Tarix:02 dek 17:15 Bölmə:gundem, medeniyyet

Xırdalanda Nəbi Xəzrinin anadan olmasının 95 illiyi qeyd edildi

Xırdalanda Nəbi Xəzrinin anadan olmasının 95 illiyi qeyd edildi
Xırdalanda Nəbi Xəzrinin anadan olmasının 95 illiyi qeyd edildi

Xırdalanda Nəbi Xəzrinin anadan olmasının 95 illiyi qeyd edildi
Xırdalanda Nəbi Xəzrinin anadan olmasının 95 illiyi qeyd edildi
Xırdalanda Nəbi Xəzrinin anadan olmasının 95 illiyi qeyd edildi
Xırdalanda Nəbi Xəzrinin anadan olmasının 95 illiyi qeyd edildi

Xırdalanda Nəbi Xəzrinin anadan olmasının 95 illiyi qeyd edildi
Xırdalanda Nəbi Xəzrinin anadan olmasının 95 illiyi qeyd edildi
Xırdalanda Nəbi Xəzrinin anadan olmasının 95 illiyi qeyd edildi
Xırdalanda Nəbi Xəzrinin anadan olmasının 95 illiyi qeyd edildi
Xırdalanda Nəbi Xəzrinin anadan olmasının 95 illiyi qeyd edildi

Xırdalanda Nəbi Xəzrinin anadan olmasının 95 illiyi qeyd edildi
Xırdalanda Nəbi Xəzrinin anadan olmasının 95 illiyi qeyd edildi

Bu gün xalq şairi, görkəmli ictimai xadim, publisist, dramaturq Nəbi Xəzrinin anadan olmasının 95 illiyi qeyd edilib. Xırdalan şəhərindəki Mədəniyyət Evində baş tutan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, N.Xəzrinin ailə üzvləri və rayon ictimaiyyəti iştirak edib.

Qeyd edilib ki, 10 dekabr 1924-cü ildə Xırdalan şəhərində tacir ailəsidə dünyaya gələn, 3 qardaşını və atasını erkən yaşlarında itirən, gəncliyi Böyük Vətən Müharibəsinə təsadüf edən, müharibənin ağrılı-acılı günlərini yaşayan, arxa cəbhədə döyüşən gənc Nəbi Babayevin cəmiyyətdə özünə böyük yer tutmasına səbəb onun əzimkarlığı, öz üzərində daim çalışması, təhsilə, elmə böyük önəm verməsi, çalışqanlığı və gələcəyə olan ümidi olub. Orta məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə başlayan Nəbi Xəzri 1943–1945-ci illərdə “Kommunist” qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışıb. 1945-ci ildə Yazıçılar İttifaqına üzv olub. O, 1945–1947-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1947–1949-cu illərdə Leninqrad Dövlət Universitetində, 1949–1952-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil alıb. 1952-ci ildə təhsilini başa vuran Nəbi Xəzri 1957-ci ilədək Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, 1957–1958-ci illərdə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi olmuşdur. O, 1958–1965-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi, 1965–1971-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin müavini, 1971–1974-cü illərdə isə Azərbaycan mədəniyyət nazirinin müavini vəzifələrində işləyib. 1974-cü ildən etibarən Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin rəyasət heyətinə sədrlik edən Nəbi Xəzri 1992-ci ildən "Azərbaycan Dünyası" Beynəlxalq Əlaqələr Mərkəzi adı altında fəaliyyət göstərən həmin təşkilatın prezidenti olub. Nəbi Xəzri 2007-ci ilin yanvar ayının 15-də vəfat etmiş və yanvarın 16-da 1-ci Fəxri Xiyabanda dəfn edilib.

Sonra rayon icra hakimiyyətinin başçısı İ.Gülməmmədova çıxış edərək bilirib ki, Abşeron torpağı Azərbaycanın ictimai-siyasi, ədəbi-bədii həyatına bir çox görkəmli ictimai xadimlər, şəxsiyyətlər bəxş edib. Onlardan biri də heç şübhəsiz ki, Nəbi Xəzridir. Azərbaycan insnına şair, nasir, dramaturq, publisist, tərcüməçi kimi tanınan Nəbi Xəzri həm də ictimai xadim kimi xalqın ürəyində özünə məhəbbət yarada bilib. Onun poeziyamızın inkişafındakı, Azərbaycan ədəbi-bədii dilinin çalarlarının genişlənməsindəki rolu, dövlətçiliyimizin və müstəqilliyimizin tərənnümündəki fəaliyyəti danılmaz faktlardandır.

Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan Nəbi Xəzri yaradıcılığınının olduqca zəngin oluğunu söyləyən başçı qeyd edib ki, ədib təkcə şeirləri ilə deyil, eyni zamanda poemaları, povestləri, dramları, tərcümələri ilə də məşhurluq qazanıb

Bildirilib ki, Nəbi Xəzri şeiriyyatındakı axıcılıq, dil, üslub, sevgi, həssaslıq, vətənə, torpağa bağlılıq bəstəkarların da diqqətini çəkib və şairin əsərlərinə bir çox mahnılar bəstələnib. Xalqımızın tanınmış sənət ustalarının repertuarlarında mühüm yer tutan bu əsərlər Azərbaycan musiqi mədəniyyətinin inciləri sırasına daxil olub. “Azərbaycan”, “Dərələr”, “Ağ çiçəyim”, “Səhər-səhər”, “Mavidir”, “Gələrmi, gəlməzmi”, “Pəncərəmə qondu çiçək”, “Sən danışanda”, “Çinar”, “Nar ağacı, nar çiçəyi”, “Gənclik mahnısı” və s. bu qəbildən onlarla məşhur mahnılar, xalqımızın tanınmış sənət ustalarının ifalarında səslənib və bu gün də sevə-sevə oxunmaqdadır.

Nəbi Xəzri özünün bədii dili ilə vətən, azadlıq, bütöv Azərbaycan, keçmişimiz və gələcəyimizdən xəbər verib. Hətta sövet övründə ermənilərin Qarabağa olan iddialarından yazmış, bunun yolverilməz olduğu, torpaqdan pay verməyin mümkünsüzlüyü şeirə gətirib. Onun bu şeiri tənqid atəşinə tutulsa da, müəyyən təhqir və təzyiqlərə məruz qalsa da, Nəbi Xəzri özünün haqq yolundan, millət, vətən amalından dönməyib, hər zaman Azərbaycana, Azərbycançılıq idealogiyasına sadiq qalıb. Şairin “Şuşanın yolları”, “Cadırlar”, “Xocalıda ərik ağacı”, “Şuşa”, “Niyə gecikdiniz, niyə, durnalar?”, “Şuşa gəlir yuxularıma”, “Səni görəcəyəm haçan, Qarabağ?”, “Araz sahilində cavan bir gəlin”, “Kəlbəcər harayı”, “Xeyir və şər”, “Ağdərə”, “Haray” qəbildən onlarla şeirləində işğala və erməni vandalizminə məruz qalmış Vətən yanğısı, nisgili, Qarabağ sitəmi, amma mübarizəyə, intiqama haray, qələbəyə böyük inam var.

Nəbi Xəzri ictimai xadim kimi səmərəli fəaliyyət göstərmiş, tutduğu bütün vəzifələrdə xalqımızın mədəniyyətinin inkişafı, milli sənət nümunələrinin dünyada tanıdılması naminə qüvvə və bacarığını əsirgəməyib. O, otuz ildən artıq Azərbaycan ədəbiyyatı və incəsənətinin xarici ölkələrdə təbliği istiqamətində təqdirəlayiq xidmətlər göstərib.

Sonra şairin oğlu Arzu Babayev çıxış edərək atasına göstərilən ehtirama, diqqətə görə cənab Prezident İlham Əliyevə təşəkkür edib. Bildirilib ki, N.Xəzrinin adının əbədiləşdirilməsi istiqamətində Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən də böyük işlər görülüb. Rayondakı küçələrdən birinə onun adı verilib. Eləcə də Xırdalan Mədəniyyət evinə Nəbi Xəzrinin adının verilməsi ilə bağlı aidiyyatı dövlət orqanlarına müraciət edilib.

Sonra tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə Nəbi Xəzrinin şeirləri səsləndirilib, onun şeirlərinə bəstələnmiş mahnılar oxunub və dram əsərlərindən hissələr canlandırılıb.

Tədbirdən sonra İ.Gülməmmədova Nəbi Xəzrinin ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Oxunub: 96
Rayonumuz
59 nəfər ASAN könüllüsü Abşeron RİH-də təcrübə keçəcək
16.10 59 nəfər ASAN könüllüsü Abşeron RİH-də təcrübə keçəcək
Tədbirlər
Xırdalan 5 nömrəli tam orta məktəbdə
10.12 Xırdalan 5 nömrəli tam orta məktəbdə "Heydər Əliyev" anıldı.
Köşə
Sülh bizim gələcəyimizdir
25.09 Sülh bizim gələcəyimizdir
Təbriklər
Müəllimimiz mükafatlandırılıb
01.06 Müəllimimiz mükafatlandırılıb
Müəllimlərimiz
Xırdalan şəhər 5 sayılı tam orta məktəb kollektivi İnternat evini ziyarət etdilər.
17.03 Xırdalan şəhər 5 sayılı tam orta məktəb kollektivi İnternat evini ziyarət etdilər.
Həkimlərimiz
Abşeron rayonunda qanvermə aksiyası keçirilib
05.11 Abşeron rayonunda qanvermə aksiyası keçirilib
Mədəniyyət,İncəsənət
Heydər Əliyev Mərkəzində Abşeron rayon mədəniyyət işçilərinin toplantısı keçirildi
20.10 Heydər Əliyev Mərkəzində Abşeron rayon mədəniyyət işçilərinin toplantısı keçirildi
Bələdiyyələrimiz
Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib
20.10 Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib
İdmançılarımız
Abşeron idmançısı 3 qat dünya çempionu oldu
26.08 Abşeron idmançısı 3 qat dünya çempionu oldu
Məktəblərimiz
Xırdalan şəhər 2 saylı məktəbin kollektivi Cocuq Mərcanlıya səfər edib
27.05 Xırdalan şəhər 2 saylı məktəbin kollektivi Cocuq Mərcanlıya səfər edib
Bağçalarımız
Abşeron rayonunda uşaq bağçalarının şəraiti yaxşılaşdırılır
13.09 Abşeron rayonunda uşaq bağçalarının şəraiti yaxşılaşdırılır
Şagirdlərimiz
Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıblar
22.05 Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıblar
Təqvim
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
<
Keçidlər
 Valyuta məzənnəsi

"Absheron.info.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla