Mehriban Əliyeva Avropa və dünyada genişmiqyaslı mədəni və sosial layihələrə verdiyi dəstəklə böyük nüfuz qazanıb - Türkiyə mətbuatı » Absheron.info.az
Son Xəbərlər
05:42  20 Yanvar hadisələrindən 30 il ötür  17:11  Xırdalan şəhər 5 saylı məktəbdə "20 Yanvar şəhidləri" anıldı.  17:53  Nazilə Məmmədova 55 illik yubileyi münasibəti ilə təltif olundu  12:30  Pensiya artımları gələn aydan veriləcək - Nazirlikdən açıqlama  12:19  Qar yağacaq - HAVA PROQNOZU  12:09  Prezident İlham Əliyev Oman Sultanını təbrik edib  11:58  Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirini qəbul edib.  14:59  Prezident İlham Əliyev: Ölkəmiz əsrə bərabər inkişaf yolu keçmişdir və bu gün Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır  13:26  Ötən il AMEA-nın Şərqşünaslıq İnstitutunda 24 kitab nəşr olunub  13:03  Birinci vitse-prezident Mehriban Əliyeva Xoşbəxt Yusifzadəni 90 illik yubileyi münasibətilə təbrik edib  12:11  İƏT-in Milli Xəbər Agentlikləri Birliyinin portalı Azərbaycanda həyata keçirilən uğurlu islahatlardan yazır  09:31  İcbari tibbi sığorta ilə bağlı xidmətlər zərfi təsdiqləndi  13:25  Deputatlığa namizədlərin sayı 1047 nəfərə çatıb  13:51  “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 93-cü kitabı çapdan çıxıb  08:53  Yağışlı hava nə vaxta qədər davam edəcək? - Açıqlama  08:37  Prezidentdən ciddi tapşırıq: Rüşvətxorluğa son qoyulsun!  08:27  Bələdiyyə seçkiləri ilə bağlı səsvermənin nəticələrinə yekun vurulacaq  17:45  Aİ Azərbaycana bərpa olunan enerji mənbələri üzrə ən yeni texnologiyalarla bağlı kömək etməyə hazırdır  11:54  Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb  09:41  Ankarada “Nəsimi ili”nin bağlanış mərasimi keçiriləcək 
20-01-2020, 05:42
20 Yanvar hadisələrindən 30 il ötür
17-01-2020, 17:11
Xırdalan şəhər 5 saylı məktəbdə "20 Yanvar şəhidləri" anıldı.
16-01-2020, 17:53
Nazilə Məmmədova 55 illik yubileyi münasibəti ilə təltif olundu
15-01-2020, 12:30
Pensiya artımları gələn aydan veriləcək - Nazirlikdən açıqlama
15-01-2020, 12:19
Qar yağacaq - HAVA PROQNOZU
15-01-2020, 12:09
Prezident İlham Əliyev Oman Sultanını təbrik edib
15-01-2020, 11:58
Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirini qəbul edib.
14-01-2020, 14:59
Prezident İlham Əliyev: Ölkəmiz əsrə bərabər inkişaf yolu keçmişdir və bu gün Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır
14-01-2020, 13:26
Ötən il AMEA-nın Şərqşünaslıq İnstitutunda 24 kitab nəşr olunub
14-01-2020, 13:03
Birinci vitse-prezident Mehriban Əliyeva Xoşbəxt Yusifzadəni 90 illik yubileyi münasibətilə təbrik edib
14-01-2020, 12:11
İƏT-in Milli Xəbər Agentlikləri Birliyinin portalı Azərbaycanda həyata keçirilən uğurlu islahatlardan yazır
13-01-2020, 09:31
İcbari tibbi sığorta ilə bağlı xidmətlər zərfi təsdiqləndi
12-01-2020, 13:25
Deputatlığa namizədlərin sayı 1047 nəfərə çatıb
11-01-2020, 13:51
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 93-cü kitabı çapdan çıxıb
11-01-2020, 08:53
Yağışlı hava nə vaxta qədər davam edəcək? - Açıqlama
11-01-2020, 08:37
Prezidentdən ciddi tapşırıq: Rüşvətxorluğa son qoyulsun!
11-01-2020, 08:27
Bələdiyyə seçkiləri ilə bağlı səsvermənin nəticələrinə yekun vurulacaq
10-01-2020, 17:45
Aİ Azərbaycana bərpa olunan enerji mənbələri üzrə ən yeni texnologiyalarla bağlı kömək etməyə hazırdır
10-01-2020, 11:54
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
10-01-2020, 09:41
Ankarada “Nəsimi ili”nin bağlanış mərasimi keçiriləcək
10-01-2020, 09:09
Prezident İlham Əliyev “ACWA Power” şirkətinin idarə heyətinin sədrini və “Masdar” şirkətinin icraçı direktorunu qəbul edib
9-01-2020, 15:35
Deputatlığa namizədlər üçün SON gün
9-01-2020, 15:08
Prezident Nərminlə bağlı cinayət işini nəzarətə GÖTÜRÜB
9-01-2020, 12:58
Azərbaycanda Uşaq Səfirlər Məclisi yaradılır
9-01-2020, 12:32
Prezident İlham Əliyev Anar Quliyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edib
6-01-2020, 11:50
Azərbaycanda əhalinin 8,1 faizində həddən artıq piylənmə var, 47,2 faizi isə piylənmə ərəfəsindədir
6-01-2020, 11:33
“100 il. Bakı – Musiqi gözü ilə” proqramı çərçivəsində növbəti konsert
Tarix:19 noy 07:43 Bölmə:gundem, siyaset

Mehriban Əliyeva Avropa və dünyada genişmiqyaslı mədəni və sosial layihələrə verdiyi dəstəklə böyük nüfuz qazanıb - Türkiyə mətbuatı

Mehriban Əliyeva Avropa və dünyada genişmiqyaslı mədəni və sosial layihələrə verdiyi dəstəklə böyük nüfuz qazanıb - Türkiyə mətbuatı

Türkiyənin nüfuzlu "Türkiye" qəzetində jurnalist Yücel Koç tərəfindən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında "Qardaş ölkədə nələr olur? Mehriban Əliyeva ilə Azərbaycanda dəyişiklik rüzgarı" adlı geniş məqalə dərc olunub.

Azərbaycan Prezidenti İlham Əliyev ictimaiyyətdən yüksələn səslərə biganə qalmadı. Birinci vitse-prezident vəzifəsinə Mehriban Əliyevanın gətirilməsi ilə dəyişikliyin düyməsinə basıldı. Ölkədəki köhnə vərdişlər bir tərəfə qoyulur və tamamilə başqa siyasət aparılır.

Müəllif yazır: "Sənəti, mədəniyyəti, mənəvi kodları, dərin tarixi və ədəbiyyat bazası ilə Azərbaycan Qafqazın göz bəbəyidir.Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilən, saysız-hesabsız sınaqlardan çıxan və bütün itkilərə baxmayaraq, sistemini, dövlət ənənəsini nizama salmağı bacaran bir ölkədir. Azərbaycan erməni lobbisi və dünyadakı dəstəkçilərinin gücünə baxmayaraq, torpaqlarındakı işğalı dünya ictimaiyyətinə çatdırmaq üçün ciddi layihələrə imza atıb.Dövlət başçısı İlham Əliyevin siyasi iradəsi, mövqeyi və duruşu bu məsələdə Azərbaycanı addım-addım uğura aparır".

Müəllif qeyd edib ki, Gürcüstan, Ermənistan və Ukrayna nümunələrinə baxsaq, Rusiya ilə ciddi qarşıdurma yaşayan qüvvələrin ətrafdakı ölkələri alətə çevirdiyinə və çevirəcəyinə diqqət yetirsək, Azərbaycanın hazırkı siyasi addımlarının mənasını təhlil etmək daha asan olacaq.

"İran və Rusiya ilə qonşu olması səbəbindən də Azərbaycanın mövqeyi və rolu fərqli prizmalarda şərh olunmalıdır. İran əhalisinin böyük bir hissəsinin Azərbaycan türklərindən ibarət olması isə İranın Azərbaycanın siyasi həyatına necə sirayət etmək cəhdlərini göstərir.Neft yataqlarının Azərbaycanı böyük şahmat oyunlarının mərkəzi halına gətirməsi də Azərbaycanın bu vəziyyətdə özünü necə qoruya bildiyini dərk etməniz üçün ciddi ipucları verməkdədir. Bu vəziyyət Prezident İlham Əliyevin balanslı siyasətinin necə dizayn edildiyinin də göstəricisidir" - deyə, məqalədə qeyd olunur.

Koç məqaləsində onu da əlavə edib ki, unutmamaq lazımdır ki, Azərbaycan kimi əvvəlki siyasi durumu ilə hesablaşaraq, yeni siyasi formanı mənimsəmək ərəfəsində olan bütün dövlətlər üçün bu keçid dövrü uzun və məşəqqətli olur.

Daha sonra məqalədə vurğulanır ki, Azərbaycan iqtisadi cəhətdən gücləndi, dəyişikliyin davamlı hala gətirilməsi üçün Prezident Əliyevin ciddi həmlələri gündəmdədir: "Prezident Əliyev ictimaiyyətin necə bir dəyişiklik istəməsinə sözün həqiqi mənasında qulaq asmaq siyasətini genişləndirməyə başladı. Lideri və ya Dövlət başçısını ayaqda saxlayacaq tək şeyin öz xalqı ilə müttəfiq olmaq olduğunu bilir. Sosial media və bütün medianı, xalqdan gələn səsləri və hətta ən ucdakı marginal səsləri belə eşitməyin, bu səslərə qulaq asmağın və meydana çıxan çatışmazlıqlardan istifadə etməyə çalışan güclərin əlindən alınmasının lazım olduğunu görə bilmək bir siyasətçi və Dövlət başçısı üçün böyük bacarıqdır".

Koç əlavə edib ki, uzun illər ölkənin idarəçiliyində olmuş, yaşları xeyli irəliləmiş şəxslər xalqda ciddi etiraza səbəb olurdu. "Yeni nəslə qapı açmaq, günümüzün dəyərləri içərisində öz milli dəyər və kimliyini qorumaq refleksini möhkəmləndirmək olduqca vacibdir. Bunu xüsusilə Birinci vitse-prezidentlik vəzifəsinə təyin olunan Mehriban Əliyevanın müəyyənləşdirdyi yol və metod daha da irəliyə apardı" - deyə, məqalədə deyd olunur.

Mehriban Əliyeva reallığı

Müəllif onu da əlavə edib ki, uzun zamandır Heydər Əliyev Fonduna rəhbərlik edən Mehriban Əliyeva Avropa və dünyada ciddi mədəni və sosial layihələrə verdiyi dəstəklə diqqəti özünə çəkdi.

Koç məqalədə qeyd edib ki, "Azərbaycana beynəlxalq səviyyədə ciddi qarşılığı olan layihələri gətirərək, dünyadakı Azərbaycan əleyhdarı olan lobbilərlə mübarizə aparmaq səylərini davam etdirdi. Hər tərəfdən mühasirəyə alınan Azərbaycanda baş verənlərin dünyaya çatdırılması üçün mədəni layihələrlə mühasirələr yarılmaya başladı. Mehriban Əliyevanın Birinci vitse-prezidentliyə təyinatını bu sahələrdəki uğurlarının nəticəsi kimi dəyərləndirmək bizi gerçək nəticələrə aparır.Xalq arasında böyük nüfuzu olan Mehriban Əliyeva fərqli bir yolu sınaqdan keçirməyə başladı".

Müəllif əlavə edib ki, toplumdakı fərqli siyasi qrupları, hətta narazı səsləri belə "mərkəzə çəkmə, onları dinləmə və etiraz etdikləri məsələlərin çarəsini tapmaq" siyasəti Mehriban xanım Əliyevanın siyasi ağıl istehsal etmək sahəsində bacarığını da göstərmiş oldu.

Məqalədə o da vurğulanıb ki, Mehriban xanım Prezident Əliyev idarəçiliyinə müxalif olanlara hətta belə demək mümkünsə, nifrət dolu siyasi qruplaşmalara qarşı "yumşaq və dinləyən tərəf" profilini ortaya qoymaqla Azərbaycanda ictimai sabitliyin təmin olunmasına öz töhfəsini verməkdədir.

"Azərbaycan yenidən və daha fərqli bir dəyişiklik modelinə keçdiyini son aylarda atdığı addımlarla açıq nümayiş etdirir. "İdarəçilikdən getməsi mümkün olmayacaq" deyilən şəxsləri pensiyaya göndərmək forması isə dövlət ənənəsi baxımından yeni bir düzəni ortaya qoyur. "Sovetlər Birliyi dağılsa da, hələ də şüurlarda bolşevik təfəkkürü hökm sürməkdədir. Gələnin gedəni yox etməsi siyasəti üzərində qurulmuş bolşevik baxış bucağı Azərbaycanın gələcəyi üçün qorxunc hadisədir..." Marginallaşan siyasi qüvvələrin bu ifadələrinə nəzər saldıqda görürük ki, idarəçilikdəki kadrlara nifrətlə yanaşılır. Bunu dövlət idarəçiliyindəki şəxslərin hərəkətləri və xalqı nəzərə almayan kadrların möhkəmləndirdiyi də bir gerçəkdir" - deyə, müəllif qeyd edib.

Koç öz məqaləsində onu da qeyd edir ki, "Bəzi RİH başçıları və nazirlərin xalqla münasibətlərindəki davranışı və xalqa yuxarıdan aşağı baxması ilə marginallaşan narazı səslərin ortaya çıxmasını körüklədiyi hər kəsə məlumdur. Digər tərəfdən, bu marginal qüvvələr daha çox Azərbaycana qorxunc nəticə vəd edir!Unutmamaq lazımdır ki, İran-Rusiya-Qərb üçbucağında "Azərbaycanda belə bir fəlakət olsa, nə etmək lazımdır" sualı çox vacibdir. Prezident İlham Əliyev bütün bunları dərk edərək, dəyişiklik küləyini başlatmış kimi görünür. Köhnə fikirli, yeniliyə açıq olmayan, xalqla arasındakı bağı qoparmış şəxsləri sayğı ilə pensiyaya göndərir. Xalqla arası açılan RİH başçılarını və yerli idarəçiləri cəzalandırır, gənc nəslin təmsilçilərini və rüşvətə bulaşmamış adların idarəçiliyə gətirilməsi xalqda ümidlərin cücərməsinə səbəb olur".

Türkiyəli jurnalist məqaləsində Mehriban Əliyevanın xüsusilə mərhum Prezident Əbülfəz Elçibəy və onun ailəsinə göstərdiyi hörmət və bunu sübut edən hərəkətləri ictimai sabitlik baxımından önəmli siyasi addım kimi qiymətləndirildiyini də vurğulayıb.

"Mərhum Elçibəyin evinin təmir olunması xalqda simpatiya ilə qarşılanıb. Elçibəyin bir neçə ay əvvəl vəfat edən həyat yoldaşının bütün cənazə xərclərinin Mehriban Əliyeva tərəfindən qarşılanması isə adət-ənənə baxımından Mehriban Əliyevanın dəyərlər sisteminə necə baxdığını üzə çıxardığı üçün alqışla qarşılandı" - deyə, məqalədə qeyd olunur.

Müllif onu da vurğulayıb ki, Azərbaycan idarəçiliyini ən sərt şəkildə ittiham edən, Əliyev ailəsinə tənqid dolu çıxışları ilə müxalifətçilik edən fəal Oqtay Gülalıyevin qəza nəticəsində xəstəxanaya düşməsi də Mehriban Əliyevanın diqqətindən yayınmayıb.

"Qəzada Əliyev idarəçiliyi ittiham olunsa da, Gülalıyevin Birinci vitse-prezidentin tapşırığı əsasında özəl təyyarə ilə Türkiyəyə göndərilməsi və bütün müalicə xərclərinin Heydər Əliyev Fondu tərəfindən ödənilməsi Azərbaycanda ictimai sabitliyin ünvanının da Mehriban Əliyeva olduğunu açıq şəkildə göstərir"- deyə, Koç vurğulayıb.

O, Azərbaycanın özünü nə Gürcüstan, nə də Ukrayna kimi macəralı küləklərə təslim etməyəcəyini qeyd edib.

"Geostrateji baxımdan Azərbaycanı gəldiyi bu nöqtədə əzməyə cəhd edən güclərin olduğu aşkardır. Ermənistan tərəfindən edilən və mütəmadi olaraq, müharibənin başlanmasına hesablanan təxribatçı həmlələrin əsas səbəbi də budur. Yeni gərginlik və müharibə şəraiti böyük güclər üçün zəmin yaranması mənasını daşıyır. Bunu birbaşa görən və bu dəyişikliyi başqalarının əli ilə deyil, öz millətinin yerli və milli insanları ilə birlikdə həll etmək uğurun ən böyüyü olacaq" - məqalədə qeyd olunur.
Oxunub: 61
Rayonumuz
59 nəfər ASAN könüllüsü Abşeron RİH-də təcrübə keçəcək
16.10 59 nəfər ASAN könüllüsü Abşeron RİH-də təcrübə keçəcək
Tədbirlər
Xırdalan şəhər 5 saylı məktəbdə
17.01 Xırdalan şəhər 5 saylı məktəbdə "20 Yanvar şəhidləri" anıldı.
Köşə
Sülh bizim gələcəyimizdir
25.09 Sülh bizim gələcəyimizdir
Təbriklər
Müəllimimiz mükafatlandırılıb
01.06 Müəllimimiz mükafatlandırılıb
Müəllimlərimiz
Xırdalan şəhər 5 sayılı tam orta məktəb kollektivi İnternat evini ziyarət etdilər.
17.03 Xırdalan şəhər 5 sayılı tam orta məktəb kollektivi İnternat evini ziyarət etdilər.
Həkimlərimiz
Abşeron rayonunda qanvermə aksiyası keçirilib
05.11 Abşeron rayonunda qanvermə aksiyası keçirilib
Mədəniyyət,İncəsənət
Heydər Əliyev Mərkəzində Abşeron rayon mədəniyyət işçilərinin toplantısı keçirildi
20.10 Heydər Əliyev Mərkəzində Abşeron rayon mədəniyyət işçilərinin toplantısı keçirildi
Bələdiyyələrimiz
Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib
20.10 Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib
İdmançılarımız
Abşeron idmançısı 3 qat dünya çempionu oldu
26.08 Abşeron idmançısı 3 qat dünya çempionu oldu
Məktəblərimiz
Xırdalan şəhər 2 saylı məktəbin kollektivi Cocuq Mərcanlıya səfər edib
27.05 Xırdalan şəhər 2 saylı məktəbin kollektivi Cocuq Mərcanlıya səfər edib
Bağçalarımız
Abşeron rayonunda uşaq bağçalarının şəraiti yaxşılaşdırılır
13.09 Abşeron rayonunda uşaq bağçalarının şəraiti yaxşılaşdırılır
Şagirdlərimiz
Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıblar
22.05 Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıblar
Təqvim
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
<
Keçidlər
 Valyuta məzənnəsi

"Absheron.info.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla