Sülh bizim gələcəyimizdir » Absheron.info.az
Son Xəbərlər
14:19  Nazir Abşeronda vətəndaşlarla görüşdü  14:02  Təhsil nazirinin müavini Abşeronda gənc müəllimlərlə görüşüb  12:09  Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində iştirak edib  11:53  ABŞERONDA ÜMUMMILLI LIDER HEYDƏR ƏLIYEVIN ANIM GÜNÜ QEYD EDILDI  07:16  Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib  10:14  Azərbaycanın dinamik inkişaf strategiyasının əsasını qoymuş görkəmli dövlət xadimi  09:12  Azərbaycan Prezidenti İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib  08:50  Bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb  08:01  Bu tarixdən bütün pensiyalar 13-14 faiz artırılacaq  16:28  Xırdalan 5 nömrəli tam orta məktəbdə "Heydər Əliyev" anıldı.  09:44  Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın İqtisadi İnkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  12:04  Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar namizədlərin irəli sürülməsi prosesi başlayıb  09:42  Nərimanov rayonunda 2500-dək ağac əkilib - Foto  09:09  Yeni parlament seçkilərinin vaxtı bilindi - Sərəncam  07:44  Azərbaycan Prezidenti İlham Əliyev “Bakutel-2019” sərgisi ilə tanış olub  08:47  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Bakutel-2019" sərgisi ilə tanış olublar  17:15  Xırdalanda Nəbi Xəzrinin anadan olmasının 95 illiyi qeyd edildi  07:52  Səfər Mehdiyev Xırdalan şəhərində vətəndaşları qəbul etdi  10:36  Xırdalan 5 saylı tam orta məktəbdə "Qarabağın tarixi" adlı tədbir keçirildi.  09:51  Azərbaycanda 650 min ağac əkiləcəyi GÜN açıqlandı 
Bu gün, 14:19
Nazir Abşeronda vətəndaşlarla görüşdü
Bu gün, 14:02
Təhsil nazirinin müavini Abşeronda gənc müəllimlərlə görüşüb
Bu gün, 12:09
Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində iştirak edib
Bu gün, 11:53
ABŞERONDA ÜMUMMILLI LIDER HEYDƏR ƏLIYEVIN ANIM GÜNÜ QEYD EDILDI
Bu gün, 07:16
Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
11-12-2019, 10:14
Azərbaycanın dinamik inkişaf strategiyasının əsasını qoymuş görkəmli dövlət xadimi
11-12-2019, 09:12
Azərbaycan Prezidenti İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib
11-12-2019, 08:50
Bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb
11-12-2019, 08:01
Bu tarixdən bütün pensiyalar 13-14 faiz artırılacaq
10-12-2019, 16:28
Xırdalan 5 nömrəli tam orta məktəbdə "Heydər Əliyev" anıldı.
9-12-2019, 09:44
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın İqtisadi İnkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
7-12-2019, 12:04
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar namizədlərin irəli sürülməsi prosesi başlayıb
6-12-2019, 09:42
Nərimanov rayonunda 2500-dək ağac əkilib - Foto
6-12-2019, 09:09
Yeni parlament seçkilərinin vaxtı bilindi - Sərəncam
5-12-2019, 07:44
Azərbaycan Prezidenti İlham Əliyev “Bakutel-2019” sərgisi ilə tanış olub
4-12-2019, 08:47
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Bakutel-2019" sərgisi ilə tanış olublar
2-12-2019, 17:15
Xırdalanda Nəbi Xəzrinin anadan olmasının 95 illiyi qeyd edildi
1-12-2019, 07:52
Səfər Mehdiyev Xırdalan şəhərində vətəndaşları qəbul etdi
29-11-2019, 10:36
Xırdalan 5 saylı tam orta məktəbdə "Qarabağın tarixi" adlı tədbir keçirildi.
29-11-2019, 09:51
Azərbaycanda 650 min ağac əkiləcəyi GÜN açıqlandı
29-11-2019, 09:21
Azərbaycan nümayəndə heyəti Bişkekdə Türk Şurasının Gənclər və İdman nazirlərinin dördüncü iclasında iştirak edir
29-11-2019, 07:57
Ramin Quluzadə səfirlərlə görüşdü
29-11-2019, 06:46
Parlament niyə buraxılmalı idi? - Əsas səbəblər
29-11-2019, 06:27
Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildi
28-11-2019, 11:38
Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında birinci addım Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin, ərazilərinin deokkupasiyasının başlanılmasıdır
28-11-2019, 09:40
Bələdiyyə seçkilərində iştirak edəcək namizədlər və siyasi partiyaların yekun SAYI məlum oldu
28-11-2019, 09:26
“Rossiya-24” telekanalının “Hakimiyyət formulu” verilişinin növbəti qonağı Şeyxülislam Allahşükür Paşazadə olub
Tarix:25 sen 08:53 Bölmə:gundem, kose

Sülh bizim gələcəyimizdir

Sülh bizim gələcəyimizdir

“Beynəlxalq sülh günü” ölkəmizdə keçirilən sülh aylığı çərçivəsində "Sülh bizim gələcəyimizdir"
Beynəlxalq Sülh günü BMT tərəfindən 1981-ci ildə təsis edilmişdir. Belə ki, Beynəlxalq Sülh günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh Zəngi”nin çalınması ilə başlamışdır. 2007-ci ildə BMT-nin Baş katibi Pan Gi Mun həmin “Sülh Zəngi”ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmağa və bir dəqiqəlik sükuta çağırmış və bildirmişdir: “Sülh bizim missiyamızdır; gündəlik axtarışlarımızın mövzusudur”. Yaponiya Parlamentinin hədiyyəsi olan bu zəngin üzərində “Yaşasın Mütləq Dünya Sülhü” sözləri yazılmışdır.

2001-ci ildə Birləşmiş Kralıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib.

İnsan hüquqları, sülh və dözümlülük mədəniyyətinin təbliği, əhalinin hüquqi cəhətdən maarifləndirilməsi, onların hüquqi düşüncə və mədəniyyətinin günün tələbləri səviyyəsində inkişaf etdirilməsi demokratik-hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması prosesinə təkan verən ən mühüm amillərdəndir.

Ombudsmanın təşəbbüsü ilə 21 avqust - 21 sentyabr tarixlərində elan olunan, ənənəvi xarakter daşıyan “Sülh aylığı” da əhalinin müxtəlif qrupları arasında hüquq mədəniyyətinin, hüquq düşüncəsinin inkişaf etdirilməsi məqsədini daşımaqla universal dəyərlərin, insan hüquqlarının təbliğinə xidmət edir.

Ümumdünya insan hüquqları bəyannaməsi (ÜİHB) hər insanın eyni hüquqlara sahib olması fikrinə əsaslanan ilk beynəlxalq sənədlərdən biri olmuşdur. Belə ki, BMT kimi ÜİHB də insan hüquqlarını irəli çəkərək dünyəvi sülhə nail olmaq məqsədilə yazılmışdı. İlk olaraq, ÜİHB 58 coğrafi, mədəni və siyasi cəhətdən fərqli bölgəni ümumbəşəri bir sənədin yaradılması nəticəsində bir araya gətirmişdi. ÜİHB-nin məcburi olmamasına baxmayaraq, o, müxtəlif beynəlxalq müqavilələrdə öz əksini tapan beynəlxalq insan hüquqları standartları yaratmışdır. ÜİHB 1947-ci ilin yanvarı ilə 1948 -ci ilin dekabrı arasında hazırlanmışdır.

Beynəlxalq Sülh Günü təsis edildiyi vaxtdan hər il BMT-nin Baş katibi dünya xalqlarına müraciət edir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin qəbul edilməsinin 60-cı ildönümü münasibətilə BMT-nin Baş katibi Pan Gi Munun müraciətində qeyd edildiyi kimi, hələ də dünyada bir çox insanların hüquqları xüsusilə silahlı münaqişələr zamanı və atəşkəs dövründə pozulmaqda davam edir: "Məhz buna görə də biz çalışmalıyıq ki, bəyannamədə qeyd olunan hüquqlar günümüzün reallığına çevrilsin".

BMT-nin əsas vəzifələri sırasında universal sülhün möhkəmləndirilməsi üçün zəruri tədbirlər görmək, beynəlxalq sülhü və təhlükəsizliyi qoruyub saxlamaq, bu məqsədlə sülhə təhlükənin qarşısını almaq üçün, təcavüz aktlarını və digər sülhün pozulması hallarını aradan qaldırmaq üçün səmərəli tədbirlər görmək, sülhün pozulmasına gətirib çıxara bilən münaqişələrin dinc vasitələrlə ədalətli şəkildə və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq nizamlanması mühüm yer tutur.

BMT-nin Baş Assambleyasının 39/11 saylı 12 noyabr 1984-cü il tarixli qətnaməsi ilə qəbul edilən və bu il 30 illiyi qeyd olunan “Xalqların sülh hüququna dair” Bəyannaməsində də xalqların

sülh hüququna xüsusi status verilərək, bu hüquq heç bir ayrı-seçkiliyə yol verilmədən insanların müqəddəs hüququ kimi bəyan edilmişdir. Bu isə sülh hüququnun təmin edilməsinin zəruri olduğunu bir daha təsdiq edir.

1995-ci il UNESCO-nun Dözümlülük haqqında Prinsiplər Bəyannaməsində deyildiyi kimi, tolerantlıq, sülh, ədalət, qarşılıqlı anlaşma və ehtiram üçün əsas təməl rolunu oynayan dözümlülük “sülhü mümkün edərək müharibə mədəniyyətinin sülh mədəniyyəti ilə əvəz olunmasını təbliğ edir”. Adı çəkilən Bəyannamələr hər bir dövlətin üzərinə sülhün təmin edilməsi və qorunması öhdəliyini qoyur.

Sülh bəşəriyyətin ehtiyac duyduğu ən qiymətli vasitə olmaqla yanaşı, həm də BMT- nin ali vəzifəsidir. Adıçəkilən bəyannamədə deyilir: "O, danışıqlarımızın aparıcı qüvvəsidir. O, həm də sülhməramlı fəaliyyət və preventiv diplomatiyadan tutmuş insan haqları və inkişafın genişləndirilməsinə qədər dünyanın hər yerində gördüyümüz bütün işləri birləşdirən bir məfhumdur".

Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, insan hüquqlarına dair bir sıra universal və regional beynəlxalq hüquqi aktlarda öz əksini tapmış, insan hüquqlarının tərkib hissəsi kimi, kollektiv hüquqlardan olan sülh hüququ geniş anlam ifadə etməklə yanaşı bütün xalqlar və cəmiyyətimiz üçün firavan, əmin-amanlıq, müharibəsiz, zorakılıqlarsız mədəniyyəti ehtiva edir.

Sülh dialoqu, mədəniyyətlərarası, dinlərarası dialoqu, sülh mədəniyyəti sülh və təhlükəsizliyə qorxu yaradan amilləri aradan qaldırmaqda və ən əsası, münaqişələrin həll edilməsində və sülh prosesinə dəstək verilməsində mühüm əhəmiyyət kəsb edir. Sülhyaratma proseslərində vətəndaş cəmiyyətinin, qadınların, gənclərin, uşaqların iştirakına dəstək verilməli, dünyada sülhü qoruyub saxlamaq, xalqların rifahını yüksəltmək istiqamətində bütün səylər birləşdirilməlidir.

Beynəlxalq arenada münaqişələrin həll olunması üçün ölkəmiz öz töhfəsini verməklə, sülhməramlı qüvvələrini müharibə ocaqlarında atəşkəsin, əmin-amanlığın təmin olunması üçün səfərbər etmiş, sülhə nail olmaq üçün güclü ordu formalaşdırmışdır.

Eyni zamanda haqq və ədalət hissini itirməyən dünya ictimaiyyəti, hökumətlər Azərbaycanın haqlı mövqeyini dəstəkləyir, xalqımıza qarşı törədilmiş faciələr, soyqırımı aktları dövlətlər, onların parlamentləri tərəfindən tanınır.

Azərbaycan dövləti haqq və ədalət, tolerantlıq prinsiplərinə söykənərək ölkəmizdə insan hüquqlarının təmin olunması istiqamətində davamlı olaraq strateji sənədlər qəbul edir və uğurla həyata keçirir.

Ölkəmizdə təsdiq olunmuş və uğurla həyata keçirilməkdə olan Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planında sülh və dözümlülük mədəniyyətinin təbliğinə də mühüm əhəmiyyət verilməsi, o cümlədən bu istiqamətdə davamlı tədbirlərin həyata keçirilməsi dövlətimizin sülh siyasətini bir daha təsdiq edir.

Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının 39-cu bəndində, habelə 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP-nin) isə 4.10-cu bəndində də “Əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli-

mənəvi dəyərlərinin təbliği məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi” aidiyyəti qurumlar üçün bir vəzifə kimi təsbit olunmuşdur.

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar, sülhsevər xarici siyasət kursunun əsas leytmotivini dünyada ərazi bütövlüyü prinsiplərinə sadiqlik, siyasi müstəqilliyə qarşı güc tətbiq etmənin yolverilməzliyi, terrorçuluğun bütün təzahürlərinə qarşı barışmazlıq, dinlərarası dialoqun, multikulturalizmin inkişafı sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, ölkəmizin ərazisində xarici ölkələrin hərbi qüvvələrinin digər ölkələrin təhlükəsizliyinə təhdid vasitəsi kimi istifadə edilməsinin qeyri - mümkünlüyü, insan hüquq və azadlıqlarına hörmət kimi sülhsevər prinsiplər təşkil edir, həmçinin sülhün dünyada bərqərar olmasına, münaqişənin beynəlxalq hüququn prinsipləri çərçivəsində həllinə çalışır və dünya dövlətlərini, beynəlxalq təşkilatları bu həqiqətlərə hüquqi qiymət verməyə, sülhə aparan yolda birliyə və qarşılıqlı əməkdaşlığa dəvət edərək ölkəmizdə insan hüquqlarının davamlı inkişafı və təmin olunması istiqamətində müvafiq qanunvericilik aktları qəbul olunur, zəruri tədbirlər həyata keçirilir.

Ölkəmiz günü-gündən inkişaf edir, beynəlxalq aləmdə nüfuzu artır. Həyata keçirilən tədbirlər və islahatlar, idarəetmənin təkmilləşməsi insanların öz hüquqlarının həyata keçirməsi üçün böyük imkanlar yaradır. Bu səbəbdən də ölkəmizə beynəlxalq aləmin marağı daha da artır və ölkəmizdə bir sıra beynəlxalq tədbirlər uğurla həyata keçirilir.

Azərbaycan müstəqillik eldə etdikdən sonra BMT “Uşaq haqları” Konvensiyası, “Uşaqların həyatlarının təminatı, müdafiəsi və inkişafı” haqqında Beynəlxalq deklarasiyası və buna uyğun bir sıra beynəlxalq sənədlərə qoşulub.

BMT-nin Baş Katibi Ban Ki Mun bildirmişdir: “Biz, Birləşmiş Millətlər Təşkilatı olaraq, hər kəs üçün ləyaqət, təhlükəsizlik və imkanlar kimi ortaq arzularımızın reallaşması üçün çalışacağıq”.

Sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər çür zorakılığın dayandırılması arzusu bütün tarix boyu bəşəriyyəti düşündürən məsələ olmuşdur. Sülh mədəniyyətinin bütün dövlətlər və xalqlar arasında münaqişələrin həllinə başlıca amil olacağına, eləcə də gələcək nəsillərin təhlükəsiz və müharibəsiz dünyada yaşamasına şərait yaradacağına inanırıq.

Günay Süleymanova, Abşeron rayon prokurorluğunun müstəntiqi, III dərəcəli hüquqşünas
Oxunub: 1420
Rayonumuz
59 nəfər ASAN könüllüsü Abşeron RİH-də təcrübə keçəcək
16.10 59 nəfər ASAN könüllüsü Abşeron RİH-də təcrübə keçəcək
Tədbirlər
Xırdalan 5 nömrəli tam orta məktəbdə
10.12 Xırdalan 5 nömrəli tam orta məktəbdə "Heydər Əliyev" anıldı.
Köşə
Sülh bizim gələcəyimizdir
25.09 Sülh bizim gələcəyimizdir
Təbriklər
Müəllimimiz mükafatlandırılıb
01.06 Müəllimimiz mükafatlandırılıb
Müəllimlərimiz
Xırdalan şəhər 5 sayılı tam orta məktəb kollektivi İnternat evini ziyarət etdilər.
17.03 Xırdalan şəhər 5 sayılı tam orta məktəb kollektivi İnternat evini ziyarət etdilər.
Həkimlərimiz
Abşeron rayonunda qanvermə aksiyası keçirilib
05.11 Abşeron rayonunda qanvermə aksiyası keçirilib
Mədəniyyət,İncəsənət
Heydər Əliyev Mərkəzində Abşeron rayon mədəniyyət işçilərinin toplantısı keçirildi
20.10 Heydər Əliyev Mərkəzində Abşeron rayon mədəniyyət işçilərinin toplantısı keçirildi
Bələdiyyələrimiz
Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib
20.10 Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib
İdmançılarımız
Abşeron idmançısı 3 qat dünya çempionu oldu
26.08 Abşeron idmançısı 3 qat dünya çempionu oldu
Məktəblərimiz
Xırdalan şəhər 2 saylı məktəbin kollektivi Cocuq Mərcanlıya səfər edib
27.05 Xırdalan şəhər 2 saylı məktəbin kollektivi Cocuq Mərcanlıya səfər edib
Bağçalarımız
Abşeron rayonunda uşaq bağçalarının şəraiti yaxşılaşdırılır
13.09 Abşeron rayonunda uşaq bağçalarının şəraiti yaxşılaşdırılır
Şagirdlərimiz
Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıblar
22.05 Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıblar
Təqvim
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
<
Keçidlər
 Valyuta məzənnəsi

"Absheron.info.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla