Prezident İlham Əliyev “Şimal-2” elektrik stansiyasının istismara verilməsi mərasimində iştirak edib » Absheron.info.az
Son Xəbərlər
15:04  Abşeron rayon İcra Hakimiyyəti başçısı BMU-da keçirilən Bilik günündə iştirak edib  19:46  Bu gün Xırdalan şəhər 5 saylı tam orta məktəbində "Bilik Günü" qeyd olundu.  13:57  Prezident İlham Əliyev “Şimal-2” elektrik stansiyasının istismara verilməsi mərasimində iştirak edib  15:20  Nazirlikdən tədris ilinin başlama tarixi ilə bağlı AÇIQLAMA  13:04  Abşeronda“Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib  09:18  Abşeronda 6 ayın hesabat yığıncağı keçirilib  07:13  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Bizim həyət” layihəsi çərçivəsində Bakıda abadlaşdırılan növbəti həyətin açılışında iştirak edib  11:54  Xırdalan şəhərinin müfəssəl planı ictimaiyyətin müzakirəsinə təqdim olunub  07:00  1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günüdür  06:58  Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib  10:01  Bakı və Abşeron çimərliklərində dəhşət - 6 nəfər boğlub  14:57  22 iyul Milli mətbuat və Jurnalistika günüdür  14:37  Abşeron rayonunda sahibkarlarla görüş keçirildi  11:39  Rayon rəhbəri vətəndaşların fərdi qaydada növbəti qəbulunu keçirdi  11:36  Abşeronda polis işçilərinin peşə bayramı qeyd edilib  09:04  Abşeronlu gənclər həqiqi hərbi xidmətə yollanıblar  14:35  Hacı Əliyev II Avropa Oyunlarına qələbə ilə başladı - ermənini 6:0 məğlub etdi  14:21  Prezident İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub  15:51  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya BMT-nin xüsusi mükafatı təqdim edilib  14:40  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub 
Dünən, 15:04
Abşeron rayon İcra Hakimiyyəti başçısı BMU-da keçirilən Bilik günündə iştirak edib
16-09-2019, 19:46
Bu gün Xırdalan şəhər 5 saylı tam orta məktəbində "Bilik Günü" qeyd olundu.
5-09-2019, 13:57
Prezident İlham Əliyev “Şimal-2” elektrik stansiyasının istismara verilməsi mərasimində iştirak edib
3-09-2019, 15:20
Nazirlikdən tədris ilinin başlama tarixi ilə bağlı AÇIQLAMA
28-08-2019, 13:04
Abşeronda“Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib
16-08-2019, 09:18
Abşeronda 6 ayın hesabat yığıncağı keçirilib
7-08-2019, 07:13
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Bizim həyət” layihəsi çərçivəsində Bakıda abadlaşdırılan növbəti həyətin açılışında iştirak edib
5-08-2019, 11:54
Xırdalan şəhərinin müfəssəl planı ictimaiyyətin müzakirəsinə təqdim olunub
1-08-2019, 07:00
1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günüdür
1-08-2019, 06:58
Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib
29-07-2019, 10:01
Bakı və Abşeron çimərliklərində dəhşət - 6 nəfər boğlub
21-07-2019, 14:57
22 iyul Milli mətbuat və Jurnalistika günüdür
18-07-2019, 14:37
Abşeron rayonunda sahibkarlarla görüş keçirildi
8-07-2019, 11:39
Rayon rəhbəri vətəndaşların fərdi qaydada növbəti qəbulunu keçirdi
8-07-2019, 11:36
Abşeronda polis işçilərinin peşə bayramı qeyd edilib
2-07-2019, 09:04
Abşeronlu gənclər həqiqi hərbi xidmətə yollanıblar
26-06-2019, 14:35
Hacı Əliyev II Avropa Oyunlarına qələbə ilə başladı - ermənini 6:0 məğlub etdi
26-06-2019, 14:21
Prezident İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
24-06-2019, 15:51
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya BMT-nin xüsusi mükafatı təqdim edilib
20-06-2019, 14:40
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub
20-06-2019, 14:27
Milli Kitabxanada Gənc yazar Sevindik Nəsiboğlunun kitablarının təqdimatı olub
20-06-2019, 13:24
ABŞERON RAYONUNDA SƏHIYYƏ IŞÇILƏRININ PEŞƏ BAYRAMI QEYD OLUNDU
18-06-2019, 14:33
Abşeron rayonunda təcrübə keçən könüllərə sertifikatlar təqdim edilib
14-06-2019, 08:51
Bu gün məktəblərdə "Son zəng" çalınır
13-06-2019, 14:56
Prezident 4 sərəncam, 3 fərman imzaladı
12-06-2019, 17:29
Prezident İlham Əliyev əsaslı şəkildə təmir və bərpa olunan “Yanardağ” qoruğunun açılışında iştirak edib
11-06-2019, 15:11
Abşeronda “Lider qadınlarının şəbəkəsi” yaradılıb
Tarix:05 sen 13:57 Bölmə:gundem, hadise

Prezident İlham Əliyev “Şimal-2” elektrik stansiyasının istismara verilməsi mərasimində iştirak edib

Prezident İlham Əliyev “Şimal-2” elektrik stansiyasının istismara verilməsi mərasimində iştirak edib
Prezident İlham Əliyev “Şimal-2” elektrik stansiyasının istismara verilməsi mərasimində iştirak edib
Prezident İlham Əliyev “Şimal-2” elektrik stansiyasının istismara verilməsi mərasimində iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “Şimal-2” elektrik stansiyasının istismara verilməsi mərasimində iştirak edib.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev, Yaponiyanın Xarici İşlər nazirinin parlamentar müavini Kenji Yamada, Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori dövlət başçısına burada görülən işlər barədə məlumat veriblər.

Qeyd edək ki, 1950-ci illərdə iki mərhələdə istifadəyə verilən “Şimal” Elektrik Stansiyasının 1988-ci ildə birinci, 1998-ci ildə ikinci növbəsi tam köhnəldiyindən istismardan çıxarılmışdı. 1998-ci ildə ulu öndər Heydər Əliyev Yaponiyaya səfəri zamanı 400 meqavatlıq “Şimal-1” Elektrik Stansiyasının tikintisi üçün ölkəmizə investisiya cəlb olunmasına nail olub. Beləliklə 2000-ci ildə əsası qoyulan 400 meqavatlıq “Şimal-1” stansiyası 2002-ci ildə istismara verilib. 2011-ci ildə isə Prezident İlham Əliyevin iştirakı ilə ərazisi 104,9 hektar, gücü 400 meqavatlıq “Şimal-2” Elektrik Stansiyasının təməli qoyulub. Ötən ilin payızından başlayaraq “Şimal-2” Elektrik Stansiyasının tikinti və quraşdırma prosesləri sürətləndirilərək 2019-cu ildə işlər tamamlanıb.

Ümumi qoyuluş gücü 800 MVt olan “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının vahid mərkəzdən idarə edilməsi, istismar prosesində əməliyyatların operativliyinin təmin olunması və ekstremal qəza vəziyyətlərində işdə pozuntuların operativ aradan qaldırılması nəzərə alınaraq ərazidə Mərkəzi İdarəetmə Binası inşa edilib.

Binada elektrik stansiyasının tarixini əks etdirən eksponatların sərgiləndiyi muzey də fəaliyyət göstərir. Burada iclas və konfrans zalları da yaradılıb. Yeni istifadəyə verilən idarəetmə binasında vahid dispetçer idarəetmə mərkəzi və stansiyanın mikro SCADA sistemi yaradılıb. Stansiyanın enerjisistemin ümumi idarəetmə sisteminə inteqrasiyası üçün serverlər quraşdırılıb və optik kabel xətti çəkilib. Yeni binada stansiyaya aid olan bütün kommunikasiya əlaqələrinin vahid sxemə uyğun birləşdirilməsi təmin edilib. “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının birlikdə il ərzində gözlənilən istehsalı 5,7 milyard kilovat-saatdır.

Stansiyada Yaponiyanın “Mitsubishi” şirkətinin istehsalı olan 138 MVt gücündə buxar, 267 MVt gücündə qaz turbinləri, 560 MVA gücündə elektrik generatoru və onların köməkçi sistemləri quraşdırılıb. Enerji blokunda istehsal olunan elektrik enerjisi 480 MVA gücündə olan blok transformatordan qapalı tipli yarımstansiya vasitəsilə elektrik veriliş xətlərinə ötürülür. Müxtəlif gərginlik sinfinə malik olan paylayıcı qurğular arasında əlaqəni təmin etmək üçün 2 avtotransformator quraşdırılıb. Burada istehsal olunan elektrik enerjisinin ötürülməsi məqsədilə Abşeron regionunda 220 kV-luq dairəvi sxem qurulub, “Şimal” Elektrik Stansiyasının “Sumqayıt ES” və “Abşeron YS” ilə əlaqələndirilməsi üçün 65 kilometr uzunluğunda 220 kV-luq dörd hava elektrik verilişi xətti istismara verilib. Qəza rejimlərində stansiyanın vacib sistemlərinin elektrik enerjisi ilə qidalandırılması üçün qəza dizel generatoru quraşdırılaraq xüsusi sərfiyyat sxeminə qoşulub və avtomatik ehtiyatdan qoşulması təmin edilib.

Prezident İlham Əliyev “Şimal-2” Elektrik Stansiyasını işə salıb.

Hazırda ən yüksək faydalı iş əmsalına malik olan “Şimal-1” və “Şimal-2” elektrik stansiyaları birlikdə respublika üzrə elektrik enerjisi istehsalının 20 faizini, Bakı və Abşeron yarımadası üzrə 40-50 faizini təşkil edəcək. “Şimal” Elektrik Stansiyası enerjisistemin texniki-iqtisadi göstəricilərinin yaxşılaşdırılmasına əsaslı təsir etməklə yanaşı, il ərzində 77 milyon kubmetr təbii qazın qənaətinə və regionlardan Bakı şəhərinə verilən enerjinin miqdarının 20 faiz azalması nəticəsində elektrik enerjisinin uzaq məsafədən ötürülməsindən yaranan 199 milyon kVts elektrik enerjisi itkisinə qənaət olunmasına imkan yaradacaq. Bundan başqa, “Şimal” Elektrik Stansiyası 57,4 faiz faydalı iş əmsalına malikdir ki, bu da Cənubi Qafqaz regionunda ən yüksək faydalı iş əmsalı deməkdir. Elektrik stansiyası il ərzində 3,2 milyard kVts elektrik enerji istehsal edəcək və hər bir kVts elektrik enerjisinin buraxılışına 214,3 qram şərti yanacaq sərf ediləcək ki, bu da enerjisistemin ümumi göstəricisindən 65 qram azdır.

Stansiyanı yüksək təzyiqli yanacaqla təmin etmək məqsədilə yeraltı qaz kəməri, qaz tənzimləyici və təmizləyici qovşaq, qazqızdırıcı qurğular və kompressor stansiyası tikilib. Stansiyanın buxar turbinlərinin kondensatorları və avadanlıqları Xəzər dənizindən götürülən su vasitəsilə soyudulur. Bu məqsədlə Xəzər dənizindən 140 metr uzunluğunda soyuducu su kanalı, hovuz, su xətti və ümumi məhsuldarlığı saatda 52 min kvadratmetr olan sahil nasos stansiyası, o cümlədən buxar turbininin kondensatorundan çıxan soyuducu suyun Xəzər dənizinə qaytarılması üçün boru xətti inşa olunub. Stansiyanın texniki və içməli suya olan tələbatının təmin edilməsi və su ehtiyatının yaradılması məqsədilə ərazidə duzsuzlaşdırma qurğusu və digər zəruri infrastruktur yaradılıb. Stansiyanın yanğın təhlükəsizliyinin təmin edilməsi üçün ərazidə yanğınsöndürmə sistemi də müasir səviyyədə qurulub.

Ətraf mühitin mühafizəsi məqsədilə stansiyada əksosmos qurğusu, xüsusi ekoloji monitorinq sistemi, sənaye tullantılarının və çirkab sularının təmizlənməsi qurğuları inşa olunub. Stansiyanın avadanlıqlarının normal istismarı və reqlament üzrə texniki xidmətin aparılması məqsədilə stansiyada ekspress və kimya, elektrotexniki və sınaq-diaqnostika laboratoriyaları, müxtəlif müasir dəzgahlarla komplektləşdirilmiş mexaniki təmir emalatxanası və qapalı mərkəzi anbar binası tikilib, təhlükəsizliyin təmin edilməsi məqsədilə zəruri işlər görülüb, videomüşahidə sistemi yaradılıb. Ərazidə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb, yaşıllıqlar salınıb, müxtəlif ağac və gül kolları əkilib.

Dövlət başçısı stansiyanın kollektivi ilə xatirə şəkli çəkdirib.

Stansiyanın kollektivinə uğurlar arzulayan Prezident İlham Əliyev deyib ki, stansiyanın açılışı çox əlamətdar hadisədir: "Azərbaycanda elektrik enerjisinə olan tələbat artır və əlbəttə ki, istehsal gücləri bu tələbata uyğun olmalıdır. Ona görə bu stansiyanın çox böyük əhəmiyyəti var. Yaponiya şirkətlərinə də təşəkkürümü bildirirəm, burada çox fəal işləyiblər, bu stansiyanı yüksək keyfiyyətlə qurublar. Stansiyanın qurulması Yaponiya-Azərbaycan əməkdaşlığının təzahürüdür və Xarici İşlər Nazirinin müavini də xüsusilə bu məqsədlə Azərbaycana səfər edib. Əminəm ki, bizim ikitərəfli əlaqələrimiz gələcəkdə də uğurla inkişaf edəcək, çünki hələ bir çox layihələr icra olunmalıdır. Bu stansiyanın fəaliyyətə başlaması elektrik enerjisi sahəsində çox əlamətdar hadisədir. Mən şadam ki, biz bu gün bu stansiyanın açılışını edirik. Azərbaycanda bundan sonra da sənaye istehsalının və iqtisadiyyatın artımı elektrik enerjisi mənbələri ilə təmin edilməlidir. Sizi bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram".
Oxunub: 66
Rayonumuz
Gözəl Xırdalanım fotoların gözündə
25.05 Gözəl Xırdalanım fotoların gözündə
Tədbirlər
Abşeron rayon İcra Hakimiyyəti başçısı BMU-da keçirilən Bilik günündə iştirak edib
17.09 Abşeron rayon İcra Hakimiyyəti başçısı BMU-da keçirilən Bilik günündə iştirak edib
Köşə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 20 il keçir
14.07 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 20 il keçir
Təbriklər
Müəllimimiz mükafatlandırılıb
01.06 Müəllimimiz mükafatlandırılıb
Müəllimlərimiz
Xırdalan şəhər 5 sayılı tam orta məktəb kollektivi İnternat evini ziyarət etdilər.
17.03 Xırdalan şəhər 5 sayılı tam orta məktəb kollektivi İnternat evini ziyarət etdilər.
Həkimlərimiz
Abşeron rayonunda dispanserizasiya uğurla davam etdirilir
10.03 Abşeron rayonunda dispanserizasiya uğurla davam etdirilir
Mədəniyyət,İncəsənət
Heydər Əliyev Mərkəzində Abşeron rayon mədəniyyət işçilərinin toplantısı keçirildi
20.10 Heydər Əliyev Mərkəzində Abşeron rayon mədəniyyət işçilərinin toplantısı keçirildi
Bələdiyyələrimiz
Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib
20.10 Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib
İdmançılarımız
Abşeron idmançısı 3 qat dünya çempionu oldu
26.08 Abşeron idmançısı 3 qat dünya çempionu oldu
Məktəblərimiz
Xırdalan şəhər 2 saylı məktəbin kollektivi Cocuq Mərcanlıya səfər edib
27.05 Xırdalan şəhər 2 saylı məktəbin kollektivi Cocuq Mərcanlıya səfər edib
Bağçalarımız
Abşeron rayonunda uşaq bağçalarının şəraiti yaxşılaşdırılır
13.09 Abşeron rayonunda uşaq bağçalarının şəraiti yaxşılaşdırılır
Şagirdlərimiz
Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıblar
22.05 Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıblar
Təqvim
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
<
Keçidlər
 Valyuta məzənnəsi

"Absheron.info.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla