Prezident İlham Əliyev 1 fərman, 12 sərəncam imzaladı » Absheron.info.az
Son Xəbərlər
15:51  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya BMT-nin xüsusi mükafatı təqdim edilib  14:40  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub  14:27  Milli Kitabxanada Gənc yazar Sevindik Nəsiboğlunun kitablarının təqdimatı olub  13:24  ABŞERON RAYONUNDA SƏHIYYƏ IŞÇILƏRININ PEŞƏ BAYRAMI QEYD OLUNDU  14:33  Abşeron rayonunda təcrübə keçən könüllərə sertifikatlar təqdim edilib  08:51  Bu gün məktəblərdə "Son zəng" çalınır  14:56  Prezident 4 sərəncam, 3 fərman imzaladı  17:29  Prezident İlham Əliyev əsaslı şəkildə təmir və bərpa olunan “Yanardağ” qoruğunun açılışında iştirak edib  15:11  Abşeronda “Lider qadınlarının şəbəkəsi” yaradılıb  15:06  İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata keçirilməsi qaydaları təsdiq edilib  15:30  Ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya qayıdışı Azərbaycanı məhv olmaqdan xilas etdi  10:40  Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib  19:56  1 iyunun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür!  20:08  Abşeron rayon Xırdalan şəhər 5 saylı tam orta məktəbində ingilis dili yarışmasının qalibləri təltif olundu.  13:58  Bu gün Abşeron rayon Xırdalan şəhər 5 saylı tam orta məktəbdə 9 May Qələbə bayramı və 10 May Ulu Öndərin Doğum günü qeyd olundu.  18:38  Abşeronda 23 aprel Ümumdünya Kitab Günü qeyd edildi  19:15  İcra başçısı vətəndaşları fərdi şəkildə qəbul etdi  17:37  Abşeron Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Masazır kənd 5 nömrəli tam orta məktəbdə "Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı aylığı"nın yekununa həsr olunmuş tədbir keçirilib.  17:59  Abşeronda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibətilə tədbir keçirilib  06:56  Azərbaycanda Novruz bayramı qeyd edilir 
Bu gün, 15:51
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya BMT-nin xüsusi mükafatı təqdim edilib
20-06-2019, 14:40
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub
20-06-2019, 14:27
Milli Kitabxanada Gənc yazar Sevindik Nəsiboğlunun kitablarının təqdimatı olub
20-06-2019, 13:24
ABŞERON RAYONUNDA SƏHIYYƏ IŞÇILƏRININ PEŞƏ BAYRAMI QEYD OLUNDU
18-06-2019, 14:33
Abşeron rayonunda təcrübə keçən könüllərə sertifikatlar təqdim edilib
14-06-2019, 08:51
Bu gün məktəblərdə "Son zəng" çalınır
13-06-2019, 14:56
Prezident 4 sərəncam, 3 fərman imzaladı
12-06-2019, 17:29
Prezident İlham Əliyev əsaslı şəkildə təmir və bərpa olunan “Yanardağ” qoruğunun açılışında iştirak edib
11-06-2019, 15:11
Abşeronda “Lider qadınlarının şəbəkəsi” yaradılıb
11-06-2019, 15:06
İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata keçirilməsi qaydaları təsdiq edilib
10-06-2019, 15:30
Ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya qayıdışı Azərbaycanı məhv olmaqdan xilas etdi
6-06-2019, 10:40
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
31-05-2019, 19:56
1 iyunun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür!
7-05-2019, 20:08
Abşeron rayon Xırdalan şəhər 5 saylı tam orta məktəbində ingilis dili yarışmasının qalibləri təltif olundu.
7-05-2019, 13:58
Bu gün Abşeron rayon Xırdalan şəhər 5 saylı tam orta məktəbdə 9 May Qələbə bayramı və 10 May Ulu Öndərin Doğum günü qeyd olundu.
24-04-2019, 18:38
Abşeronda 23 aprel Ümumdünya Kitab Günü qeyd edildi
23-04-2019, 19:15
İcra başçısı vətəndaşları fərdi şəkildə qəbul etdi
4-04-2019, 17:37
Abşeron Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Masazır kənd 5 nömrəli tam orta məktəbdə "Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı aylığı"nın yekununa həsr olunmuş tədbir keçirilib.
28-03-2019, 17:59
Abşeronda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibətilə tədbir keçirilib
20-03-2019, 06:56
Azərbaycanda Novruz bayramı qeyd edilir
19-03-2019, 19:54
Abşeronda Novruz bayramı qeyd olundu
15-03-2019, 10:00
Bu gün Abşeron rayon Xırdalan şəhər 5 saylı məktəbdə "Novruz bayramı" qeyd olundu.
12-03-2019, 14:55
Xırdalan şəhər 3 saylı tam orta məktəbində "Yel çərşənbəsi" qeyd olundu.
11-03-2019, 20:49
Bu gün Fatmayı kənd tam orta məktəbində "Şahmatçılar" təltif olundular
7-03-2019, 18:19
Xırdalan şəhər 5 sayılı tam orta məktəbdə "8 Mart Qadınlar bayramı" qeyd olundu.
28-02-2019, 20:29
Abşeronda hesabat iclası keçirildi
26-02-2019, 18:02
Bu gün Xırdalan şəhər 5 saylı tam orta məktəbdə "Xocalı faciəsi dünya mətbuatında" adlı açıq dərs keçirildi.
Tarix:31 okt 05:00 Bölmə:gundem, hadise

Prezident İlham Əliyev 1 fərman, 12 sərəncam imzaladı

Prezident İlham Əliyev 1 fərman, 12 sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 216 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iuyl tarixli 463 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 626; 2017, № 2, maddə 170) ilə təsdiq edilmiş “Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”nin 5.2-ci bəndində “və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının” sözləri “, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının və Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin” sözləri ilə əvəz edilsin.
***
Azərbaycan Prezidenti İlham Əliyev “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə əlaqələndirici orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, aidiyyəti dövlət orqanları və qurumları ilə birlikdə Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2019–2025-ci illər üçün Tədbirlər Planının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Məşğulluq Strategiyasının həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
5. Məşğulluq Strategiyasının həyata keçirilməsi ilə bağlı tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3547 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3547 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2462) “Sevinc Həsənova” sözləri “Şirzad Abdullayev” sözləri ilə, “Emin Hüseynov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini” sözləri “İlqar Fətizadə – Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini” sözləri ilə əvəz edilsin.
***
Prezident İlham Əliyev A.R.Əliyevin Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilsin”.
***
Prezident İlham Əliyev V.Z.Nəsirlinin Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Vüsal Zakir oğlu Nəsirli Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilsin”.
***
Prezident İlham Əliyev N.N.Məmmədovun Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Natiq Nəsir oğlu Məmmədov Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilsin”.
***
Prezident İlham Əliyev Q.N.Novruzovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Qulu Novruz oğlu Novruzov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi təyin edilsin”.
***
Prezident İlham Əliyev İ.A.Ələkbərovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
İsmayıl Ağa Qulu oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi vəzifəsindən azad edilsin”.
***
Prezident İlham Əliyev “Azərbaycan” İstilik Elektrik Stansiyasının infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təchiz olunmasında və ölkənin elektrik enerjisi sistemində xüsusi yer tutan “Azərbaycan” İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə bağlı aparılmış araşdırmalar nəticəsində stansiyanın fəaliyyətində aşkar edilmiş nöqsanların aradan qaldırılması və infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan” İstilik Elektrik Stansiyasında və yarımstansiyalarında əsaslı təmir-quraşdırma işlərinin görülməsi və zəruri avadanlıqların tədarük edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 48,0 (qırx səkkiz) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.
***
Prezident İlham Əliyev oktyabrın 30-da kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 5 nəfər 3-cü dərəcəli “Əmək” ordeni, 7 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə”, 24 nəfər “Tərəqqi” medalı ilə təltif olunub.
***
Prezident İlham Əliyev Argentina Respublikasının Buenos–Ayres şəhərində keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Buenos–Ayres şəhərində keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında əldə olunmuş yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması məqsədilə qərara alıram:
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün Milli Olimpiya Komitəsinin mükafatlarının məbləği aşağıdakı qaydada müəyyən edilsin:
- Birinci yeri tutan hər bir idmançıya 25 min manat, onun məşqçisinə isə 12 min 500 manat
- İkinci yeri tutan hər bir idmançıya 15 min manat, onun məşqçisinə isə 7 min 500 manat
- Üçüncü yeri tutan hər bir idmançıya 10 min manat, onun məşqçisinə isə 5 min manat
- Komandanın baş məşqçisinə idman növü üzrə ən yüksək nailiyyət göstərmiş idmançıya görə şəxsi məşqçisinin aldığı məbləğ qədər (bir dəfə)”.
***
Prezident İlham Əliyev “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1245-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1245-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.
***
Prezident İlham Əliyev “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 iyun tarixli 1471 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:
“Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 iyun tarixli 1471 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1087; 2018, № 4, maddə 700) 2.5-ci bəndinə “həmin Qanunun” sözlərindən sonra “4.0.3-cü,” sözləri əlavə edilsin”.
Oxunub: 239
Rayonumuz
Gözəl Xırdalanım fotoların gözündə
25.05 Gözəl Xırdalanım fotoların gözündə
Tədbirlər
ABŞERON RAYONUNDA SƏHIYYƏ IŞÇILƏRININ PEŞƏ BAYRAMI QEYD OLUNDU
20.06 ABŞERON RAYONUNDA SƏHIYYƏ IŞÇILƏRININ PEŞƏ BAYRAMI QEYD OLUNDU
Köşə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 20 il keçir
14.07 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 20 il keçir
Təbriklər
Müəllimimiz mükafatlandırılıb
01.06 Müəllimimiz mükafatlandırılıb
Müəllimlərimiz
Xırdalan şəhər 5 sayılı tam orta məktəb kollektivi İnternat evini ziyarət etdilər.
17.03 Xırdalan şəhər 5 sayılı tam orta məktəb kollektivi İnternat evini ziyarət etdilər.
Həkimlərimiz
Abşeron rayonunda dispanserizasiya uğurla davam etdirilir
10.03 Abşeron rayonunda dispanserizasiya uğurla davam etdirilir
Mədəniyyət,İncəsənət
Heydər Əliyev Mərkəzində Abşeron rayon mədəniyyət işçilərinin toplantısı keçirildi
20.10 Heydər Əliyev Mərkəzində Abşeron rayon mədəniyyət işçilərinin toplantısı keçirildi
Bələdiyyələrimiz
Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib
20.10 Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib
İdmançılarımız
Abşeron idmançısı 3 qat dünya çempionu oldu
26.08 Abşeron idmançısı 3 qat dünya çempionu oldu
Məktəblərimiz
Xırdalan şəhər 2 saylı məktəbin kollektivi Cocuq Mərcanlıya səfər edib
27.05 Xırdalan şəhər 2 saylı məktəbin kollektivi Cocuq Mərcanlıya səfər edib
Bağçalarımız
Abşeron rayonunda uşaq bağçalarının şəraiti yaxşılaşdırılır
13.09 Abşeron rayonunda uşaq bağçalarının şəraiti yaxşılaşdırılır
Şagirdlərimiz
Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıblar
22.05 Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıblar
Təqvim
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
<
Keçidlər
 Valyuta məzənnəsi

"Absheron.info.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla