Prezident İlham Əliyev “Azerspace 2” peykinin orbitə buraxılması münasibətilə xalqımızı təbrik edib » Absheron.info.az
Son Xəbərlər
08:51  Bu gün məktəblərdə "Son zəng" çalınır  14:56  Prezident 4 sərəncam, 3 fərman imzaladı  17:29  Prezident İlham Əliyev əsaslı şəkildə təmir və bərpa olunan “Yanardağ” qoruğunun açılışında iştirak edib  15:11  Abşeronda “Lider qadınlarının şəbəkəsi” yaradılıb  15:06  İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata keçirilməsi qaydaları təsdiq edilib  15:30  Ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya qayıdışı Azərbaycanı məhv olmaqdan xilas etdi  10:40  Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib  19:56  1 iyunun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür!  20:08  Abşeron rayon Xırdalan şəhər 5 saylı tam orta məktəbində ingilis dili yarışmasının qalibləri təltif olundu.  13:58  Bu gün Abşeron rayon Xırdalan şəhər 5 saylı tam orta məktəbdə 9 May Qələbə bayramı və 10 May Ulu Öndərin Doğum günü qeyd olundu.  18:38  Abşeronda 23 aprel Ümumdünya Kitab Günü qeyd edildi  19:15  İcra başçısı vətəndaşları fərdi şəkildə qəbul etdi  17:37  Abşeron Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Masazır kənd 5 nömrəli tam orta məktəbdə "Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı aylığı"nın yekununa həsr olunmuş tədbir keçirilib.  17:59  Abşeronda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibətilə tədbir keçirilib  06:56  Azərbaycanda Novruz bayramı qeyd edilir  19:54  Abşeronda Novruz bayramı qeyd olundu  10:00  Bu gün Abşeron rayon Xırdalan şəhər 5 saylı məktəbdə "Novruz bayramı" qeyd olundu.  14:55  Xırdalan şəhər 3 saylı tam orta məktəbində "Yel çərşənbəsi" qeyd olundu.  20:49  Bu gün Fatmayı kənd tam orta məktəbində "Şahmatçılar" təltif olundular  18:19  Xırdalan şəhər 5 sayılı tam orta məktəbdə "8 Mart Qadınlar bayramı" qeyd olundu. 
14-06-2019, 08:51
Bu gün məktəblərdə "Son zəng" çalınır
13-06-2019, 14:56
Prezident 4 sərəncam, 3 fərman imzaladı
12-06-2019, 17:29
Prezident İlham Əliyev əsaslı şəkildə təmir və bərpa olunan “Yanardağ” qoruğunun açılışında iştirak edib
11-06-2019, 15:11
Abşeronda “Lider qadınlarının şəbəkəsi” yaradılıb
11-06-2019, 15:06
İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata keçirilməsi qaydaları təsdiq edilib
10-06-2019, 15:30
Ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya qayıdışı Azərbaycanı məhv olmaqdan xilas etdi
6-06-2019, 10:40
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
31-05-2019, 19:56
1 iyunun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür!
7-05-2019, 20:08
Abşeron rayon Xırdalan şəhər 5 saylı tam orta məktəbində ingilis dili yarışmasının qalibləri təltif olundu.
7-05-2019, 13:58
Bu gün Abşeron rayon Xırdalan şəhər 5 saylı tam orta məktəbdə 9 May Qələbə bayramı və 10 May Ulu Öndərin Doğum günü qeyd olundu.
24-04-2019, 18:38
Abşeronda 23 aprel Ümumdünya Kitab Günü qeyd edildi
23-04-2019, 19:15
İcra başçısı vətəndaşları fərdi şəkildə qəbul etdi
4-04-2019, 17:37
Abşeron Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Masazır kənd 5 nömrəli tam orta məktəbdə "Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı aylığı"nın yekununa həsr olunmuş tədbir keçirilib.
28-03-2019, 17:59
Abşeronda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibətilə tədbir keçirilib
20-03-2019, 06:56
Azərbaycanda Novruz bayramı qeyd edilir
19-03-2019, 19:54
Abşeronda Novruz bayramı qeyd olundu
15-03-2019, 10:00
Bu gün Abşeron rayon Xırdalan şəhər 5 saylı məktəbdə "Novruz bayramı" qeyd olundu.
12-03-2019, 14:55
Xırdalan şəhər 3 saylı tam orta məktəbində "Yel çərşənbəsi" qeyd olundu.
11-03-2019, 20:49
Bu gün Fatmayı kənd tam orta məktəbində "Şahmatçılar" təltif olundular
7-03-2019, 18:19
Xırdalan şəhər 5 sayılı tam orta məktəbdə "8 Mart Qadınlar bayramı" qeyd olundu.
28-02-2019, 20:29
Abşeronda hesabat iclası keçirildi
26-02-2019, 18:02
Bu gün Xırdalan şəhər 5 saylı tam orta məktəbdə "Xocalı faciəsi dünya mətbuatında" adlı açıq dərs keçirildi.
26-02-2019, 12:39
Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilir Azərbaycan Prezidenti İlham Əliyev yürüşdə iştirak edib
26-02-2019, 10:26
Bu gün Xırdalan şəhər 5 saylı tam orta məktəbdə "Xocalı uşaqların gözü ilə" adlı tədbir keçirildi.
25-02-2019, 20:33
Bu Gün Fatmayı kənd tam orta məktəbində "Xocalı dərdim mənim" adlı tədbir keçirildi.
25-02-2019, 19:39
Xocalı soyqırımı qurbanlarının xatirəsi Abşeron rayonunda yad edildi
22-02-2019, 19:59
Bu gün Xırdalan şəhər 5 saylı tam orta məktəbdə Xocalı faciəsi anıldı.
Tarix:26 sen 16:30 Bölmə:gundem, hadise

Prezident İlham Əliyev “Azerspace 2” peykinin orbitə buraxılması münasibətilə xalqımızı təbrik edib

Prezident İlham Əliyev “Azerspace 2” peykinin orbitə buraxılması münasibətilə xalqımızı təbrik edib
Prezident İlham Əliyev “Azerspace 2” peykinin orbitə buraxılması münasibətilə xalqımızı təbrik edib

Azərbaycanın “Azerspace-2” peyki sentyabrın 26-da Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu münasibətlə xalqımızı təbrik edib.

Dövlətimizin başçısı deyib:

-Əziz həmvətənlər.

Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün “Azerspace 2” peykimiz orbitə çıxarıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm. Bu, ölkəmizin növbəti qələbəsidir, dövlətimizin növbəti uğurudur.

Son beş il ərzində Azərbaycan orbitə 3 peyk çıxara bilmişdir. Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvüdür və dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirir. Peyklərin orbitə çıxarılması dövlətimizin gücünü göstərir, bizim siyasətimizi göstərir. Bizim artıq 3 peykimiz var: “Azerspace 1” telekommunikasiya peyki, “Azersky” müşahidə peyki və “Azerspace 2”.

Bildiyiniz kimi, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilir. Mənim Sərəncamımla 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmişdir. Eyni zamanda, gələn ay biz müstəqilliyimizin bərpasının 27-ci ildönümünü qeyd edəcəyik. Biz “Azerspace 2” peykimizin orbitə çıxarılmasını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, Azərbaycanın dövlət müstəqilliyinə həsr edirik.

Bu peyklərin çox böyük əhəmiyyəti var. İlk növbədə, Azərbaycan informasiya təhlükəsizliyi baxımından daha da önəmli addım atır. Bu gün peyklərimiz vasitəsilə Azərbaycan telekanalları dünyaya öz verilişlərini təqdim edə bilirlər. Bu gün Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan götürübdür. Eyni zamanda, kadr hazırlığı üçün Azərbaycanın kosmik sənayesinin inkişafı önəmli rol oynayır. Peykləri idarə edən kadrlar azərbaycanlı mütəxəssislərdir və onların böyük əksəriyyəti gənclərdir.

Kosmik sənayenin inkişafı bu sahədə beynəlxalq əməkdaşlığımızı da dərinləşdirir. Biz dünyanın bu sahədə böyük təcrübəyə malik olan aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edirik.

Peyklərin, eyni zamanda, kommersiya tərəfi var. Bu gün Azərbaycan öz məhsulunu ixrac edir və peyklərin fəaliyyəti nəticəsində ölkəmizə valyuta gəlir. Azərbaycanın kosmik sənayedə əldə etdiyi uğurlar, eyni zamanda, qeyri-neft sektorumuzu inkişaf etdirir, qeyri-neft sənayemizi irəliyə aparır. Təsadüfi deyil ki, bu ilin səkkiz ayının göstəricilərinə görə, Azərbaycanda qeyri-neft sənayesi təxminən 11 faiz artmışdır. Eyni zamanda, “Azersky” müşahidə peyki vasitəsilə biz nəinki ölkəmizin, dünyanın istənilən nöqtəsində baş verən bütün hadisələri daim müntəzəm olaraq izləyə bilirik, nəzarət edə bilirik. Azərbaycanın müdafiə və hərbi potensialının gücləndirilməsi işində “Azersky” peykinin xüsusi rolu vardır. Bu peykin fəaliyyəti nəticəsində biz bu sahədə də xaricdən asılılığı tamamilə aradan qaldırdıq və bir çox ölkələr üçün peyk xidməti göstəririk.

İnfrastruktur layihələrimizin icrası və mövcud infrastrukturun qorunması üçün peyklərin böyük əhəmiyyəti var. Kənd təsərrüfatının inkişafı, ekoloji vəziyyətə nəzarət, torpaqlardan səmərəli şəkildə istifadə edilməsi – bütün bu işlərdə “Azersky” müşahidə peykinin xüsusi rolu var.

Bir sözlə, əziz vətəndaşlar, əziz dostlar, bu gün ölkəmizin həyatında növbəti əlamətdar bir gündür. Azərbaycan qısa müddət ərzində dünyanın kosmik klubunun dəyərli üzvünə çevrilibdir. Azərbaycan qarşıya qoyduğu bütün vəzifələri uğurla icra edir. Bizim yolumuz inkişaf yoludur, tərəqqi yoludur və bu gün Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir. “Azerspace 2” telekommunikasiya peykinin orbitə çıxarılması bizim növbəti tarixi qələbəmizdir. Bundan sonra da Azərbaycan yalnız uğurlar, qələbələr yolu ilə gedəcək.

Bir daha sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, hər birinizə cansağlığı, xoşbəxtlik arzulayıram. Sağ olun.
Oxunub: 181
Rayonumuz
Gözəl Xırdalanım fotoların gözündə
25.05 Gözəl Xırdalanım fotoların gözündə
Tədbirlər
Abşeron rayon Xırdalan şəhər 5 saylı tam orta məktəbində ingilis dili yarışmasının qalibləri təltif olundu.
07.05 Abşeron rayon Xırdalan şəhər 5 saylı tam orta məktəbində ingilis dili yarışmasının qalibləri təltif olundu.
Köşə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 20 il keçir
14.07 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 20 il keçir
Təbriklər
Müəllimimiz mükafatlandırılıb
01.06 Müəllimimiz mükafatlandırılıb
Müəllimlərimiz
Xırdalan şəhər 5 sayılı tam orta məktəb kollektivi İnternat evini ziyarət etdilər.
17.03 Xırdalan şəhər 5 sayılı tam orta məktəb kollektivi İnternat evini ziyarət etdilər.
Həkimlərimiz
Abşeron rayonunda dispanserizasiya uğurla davam etdirilir
10.03 Abşeron rayonunda dispanserizasiya uğurla davam etdirilir
Mədəniyyət,İncəsənət
Heydər Əliyev Mərkəzində Abşeron rayon mədəniyyət işçilərinin toplantısı keçirildi
20.10 Heydər Əliyev Mərkəzində Abşeron rayon mədəniyyət işçilərinin toplantısı keçirildi
Bələdiyyələrimiz
Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib
20.10 Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib
İdmançılarımız
Abşeron idmançısı 3 qat dünya çempionu oldu
26.08 Abşeron idmançısı 3 qat dünya çempionu oldu
Məktəblərimiz
Xırdalan şəhər 2 saylı məktəbin kollektivi Cocuq Mərcanlıya səfər edib
27.05 Xırdalan şəhər 2 saylı məktəbin kollektivi Cocuq Mərcanlıya səfər edib
Bağçalarımız
Abşeron rayonunda uşaq bağçalarının şəraiti yaxşılaşdırılır
13.09 Abşeron rayonunda uşaq bağçalarının şəraiti yaxşılaşdırılır
Şagirdlərimiz
Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıblar
22.05 Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıblar
Təqvim
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
<
Keçidlər
 Valyuta məzənnəsi

"Absheron.info.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla