Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib » Absheron.info.az
Son Xəbərlər
17:37  Abşeron Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Masazır kənd 5 nömrəli tam orta məktəbdə "Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı aylığı"nın yekununa həsr olunmuş tədbir keçirilib.  17:59  Abşeronda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibətilə tədbir keçirilib  06:56  Azərbaycanda Novruz bayramı qeyd edilir  19:54  Abşeronda Novruz bayramı qeyd olundu  10:00  Bu gün Abşeron rayon Xırdalan şəhər 5 saylı məktəbdə "Novruz bayramı" qeyd olundu.  14:55  Xırdalan şəhər 3 saylı tam orta məktəbində "Yel çərşənbəsi" qeyd olundu.  20:49  Bu gün Fatmayı kənd tam orta məktəbində "Şahmatçılar" təltif olundular  18:19  Xırdalan şəhər 5 sayılı tam orta məktəbdə "8 Mart Qadınlar bayramı" qeyd olundu.  20:29  Abşeronda hesabat iclası keçirildi  18:02  Bu gün Xırdalan şəhər 5 saylı tam orta məktəbdə "Xocalı faciəsi dünya mətbuatında" adlı açıq dərs keçirildi.  12:39  Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilir Azərbaycan Prezidenti İlham Əliyev yürüşdə iştirak edib  10:26  Bu gün Xırdalan şəhər 5 saylı tam orta məktəbdə "Xocalı uşaqların gözü ilə" adlı tədbir keçirildi.  20:33  Bu Gün Fatmayı kənd tam orta məktəbində "Xocalı dərdim mənim" adlı tədbir keçirildi.  19:39  Xocalı soyqırımı qurbanlarının xatirəsi Abşeron rayonunda yad edildi  19:59  Bu gün Xırdalan şəhər 5 saylı tam orta məktəbdə Xocalı faciəsi anıldı.  19:36  Bu Gün Fatmayı kənd tam orta məktəbində "Ana dili" günü tədbiri keçirildi.  16:38  Abşeronda Ana dili günü ilə bağlı tədbir təşkil edilib  05:33  21 fevral - Beynəlxalq Ana Dili Günüdür  13:23  Qızıl medala layiq görülmüş məzuna medalı təqdim edilib  14:32  13 fevral – Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması günüdür 
4-04-2019, 17:37
Abşeron Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Masazır kənd 5 nömrəli tam orta məktəbdə "Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı aylığı"nın yekununa həsr olunmuş tədbir keçirilib.
28-03-2019, 17:59
Abşeronda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibətilə tədbir keçirilib
20-03-2019, 06:56
Azərbaycanda Novruz bayramı qeyd edilir
19-03-2019, 19:54
Abşeronda Novruz bayramı qeyd olundu
15-03-2019, 10:00
Bu gün Abşeron rayon Xırdalan şəhər 5 saylı məktəbdə "Novruz bayramı" qeyd olundu.
12-03-2019, 14:55
Xırdalan şəhər 3 saylı tam orta məktəbində "Yel çərşənbəsi" qeyd olundu.
11-03-2019, 20:49
Bu gün Fatmayı kənd tam orta məktəbində "Şahmatçılar" təltif olundular
7-03-2019, 18:19
Xırdalan şəhər 5 sayılı tam orta məktəbdə "8 Mart Qadınlar bayramı" qeyd olundu.
28-02-2019, 20:29
Abşeronda hesabat iclası keçirildi
26-02-2019, 18:02
Bu gün Xırdalan şəhər 5 saylı tam orta məktəbdə "Xocalı faciəsi dünya mətbuatında" adlı açıq dərs keçirildi.
26-02-2019, 12:39
Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilir Azərbaycan Prezidenti İlham Əliyev yürüşdə iştirak edib
26-02-2019, 10:26
Bu gün Xırdalan şəhər 5 saylı tam orta məktəbdə "Xocalı uşaqların gözü ilə" adlı tədbir keçirildi.
25-02-2019, 20:33
Bu Gün Fatmayı kənd tam orta məktəbində "Xocalı dərdim mənim" adlı tədbir keçirildi.
25-02-2019, 19:39
Xocalı soyqırımı qurbanlarının xatirəsi Abşeron rayonunda yad edildi
22-02-2019, 19:59
Bu gün Xırdalan şəhər 5 saylı tam orta məktəbdə Xocalı faciəsi anıldı.
22-02-2019, 19:36
Bu Gün Fatmayı kənd tam orta məktəbində "Ana dili" günü tədbiri keçirildi.
21-02-2019, 16:38
Abşeronda Ana dili günü ilə bağlı tədbir təşkil edilib
21-02-2019, 05:33
21 fevral - Beynəlxalq Ana Dili Günüdür
19-02-2019, 13:23
Qızıl medala layiq görülmüş məzuna medalı təqdim edilib
13-02-2019, 14:32
13 fevral – Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması günüdür
7-02-2019, 18:37
“Xarici dil aylığı”na yekun vurulub.
7-02-2019, 08:32
Prezident İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıda olub
22-01-2019, 17:02
Abşeron rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
20-01-2019, 08:43
Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib
19-01-2019, 21:06
Azərbaycanda 20 Yanvar faciəsinin 29-cu ildönümü qeyd olunur
19-01-2019, 11:41
Azərbaycan Qarabağ müharibəsi Əlilləri Veteranları və Şəhid ailələri ictimai birliyi Abşeron filialı Xırdalan və Əfqan şəhidlər məzarlığını ziyarət etdilər
16-01-2019, 17:36
Azərbaycandan keçəcək siklonla bağlı AMEA-dan şərh
Tarix:18 sen 14:52 Bölmə:gundem, hadise

Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib

 Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində çox mühüm layihələr icra olunub və bu proses davamlı xarakter alıb. Xüsusilə sənayenin müxtəlif sahələrinin inkişafına böyük diqqət göstərilir. Bu da təsadüfi deyil. Çünki sənaye iqtisadiyyatın aparıcı sahələrindəndir. Uğurla həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq ölkədə yüzlərlə müasir sənaye müəssisəsi yaradılıb. Bütün bunların nəticəsində daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi isə genişlənib. İndi ölkədə innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin, həmçinin qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin məşğulluğunu artırmaq məqsədilə nəhəng sənaye parkları və məhəllələri yaradılır. Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişafı, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması baxımından bu cür sənaye parklarının və məhəllələrinin müstəsna əhəmiyyəti var. Bundan başqa, bu obyektlər sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi və məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması baxımından da müstəsna rol oynayır. Bu məqsədlə dövlətimizin başçısının müvafiq sərəncamları ilə Neftçala, Masallı, Sabirabad və Hacıqabulda sənaye məhəllələrinin yaradılması qərara alınıb. Artıq Neftçala Sənaye Məhəlləsi sahibkarların istifadəsinə verilib. Masallı Sənaye Məhəlləsinin təşkili işləri başa çatdırılıb. Hacıqabul Sənaye Məhəlləsinin bu ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur. Sabirabad Sənaye Məhəlləsinin tikintisi üçün hazırlıq işləri aparılır. Beləliklə, bütün bunlar bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin tərkib hissələrindən olan sənayeləşmənin sürətləndirilməsi prioritet sahə elan olunub və bu istiqamətdə irimiqyaslı layihələrin icrası davam etdirilir. Müasir sənaye məhəllələrinin yaradılması həm də ölkəmizin iqtisadi potensialını nümayiş etdirir, iqtisadi gücümüzü artırır.
Iqtisadiyyat naziri Şahin Mustafayev Masallı Sənaye Məhəlləsində görülən işlər, həmçinin ölkədə yaradılan və yaradılmaqda olan sənaye məhəllələri barədə dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq Azərbaycanda ilk sənaye məhəlləsi dövlətimizin başçısının iştirakı ilə 2017-ci ildə Neftçalada açılıb. Həmin Sənaye Məhəlləsində avtomobil, balıq yemi, plastik məmulatlar, suvarma sistemləri, polietilen suvarma boruları, kağız stəkanlar və hazır içkilər istehsalı, modul tipli məktəb binalarının quraşdırılması, balıq emalı və konservləşdirilməsi ilə məşğul olan 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Hacıqabul Sənaye Məhəlləsinin bu ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur. Tikinti işlərinə 200 nəfər cəlb edilib. Sabirabad Sənaye Məhəlləsi isə 20 hektar ərazidə yaradılır. Artıq burada tikinti işlərinə başlanılıb. İnşaat işlərinə 200 nəfər cəlb olunub. Masallı Sənaye Məhəlləsi Prezident İlham Əliyevin 2016-cı il iyunun 13-də imzaladığı Sərəncamla yaradılıb. Ümumi sahəsi 10 hektar olan məhəllədə tikinti işlərinə 2017-ci ilin iyulunda başlanıb. Sənaye Məhəlləsində dövlət vəsaiti hesabına lazımi infrastruktur, o cümlədən 2,5 MVt gücündə elektrik enerjisi təchizatı, gücü saatda 25 kubmetr olan sutəmizləyici qurğu qurulub, su və kanalizasiya sistemi, təbii qaz təchizatı, rabitə və nəqliyyat infrastrukturu yaradılıb, yüksək standartlara cavab verən 3 istehsal modulu, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilib, genişmiqyaslı abadlıq işləri aparılıb. İlk mərhələdə mebel, dam örtükləri və aksesuarları, dəmir məmulatları, döşək, taxta emalı və məmulatları istehsalı, taxta evlərin hazırlanması ilə məşğul olan sahibkarlıq subyektləri tərəfindən 5 milyon 230 min manat dəyərində 10 layihə təqdim edilib. Artıq reallaşdırılan bu layihələr çərçivəsində 200 yeni iş yeri yaradılıb.

Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısı Masallı Sənaye Məhəlləsində istehsal korpusları və burada fəaliyyət göstərən müəssisələrlə tanış oldu. Məlumat verildi ki, Sənaye Məhəlləsində müxtəlif mebel və onların hissələrinin istehsalı üzrə 5 müəssisə qurulub və sahibkarlar tərəfindən bu layihələrin icrasına ümumilikdə 3,5 milyon manatdan çox investisiya yatırılıb, 142 yeni iş yeri yaradılıb.

Dövlətimizin başçısı Sənaye Məhəlləsində fəaliyyət göstərən “Perla” Məhdud Məsuliyyətli Cəmiyyətinin müəssisəsi ilə tanış oldu. Bu istehsalat sahəsinin yaradılmasında müasir avadanlıqlardan istifadə edilib. Burada döşək və metal yay hissələri istehsal ediləcək. Müəssisənin investisiya dəyəri 1,2 milyon manatdır. “Perla” brendi ilə satışa çıxarılacaq müəssisənin məhsulları yüksək keyfiyyəti ilə seçilir. İstehsal sahəsində 30 daimi iş yeri açılıb. Müəssisənin nəzərdə tutulan illik dövriyyəsinin həcmi 3 milyon manatdır.

Sənaye Məhəlləsində fiziki şəxs Süleyman Qurbanov tərəfindən istehsal sahəsi yaradılıb. Burada “Mikayıloğlu” brendi ilə uşaq və mətbəx mebelləri istehsal ediləcək. Müəssisə 2018-ci ilin avqustunda istismara verilib. İnvestisiya məbləği 100 min manat olan müəssisədə 7 nəfər çalışacaq. Müəssisədə ayda 100 uşaq və mətbəx mebeli istehsal olunacaq. Burada nəzərdə tutulan illik dövriyyənin həcmi 180 min manatdır.

“Birlik-3A” MMC isə Sənaye Məhəlləsində taxta evlər istehsalı üzrə ixtisaslaşıb. İnvestisiya məbləği 500 min manat olan müəssisədə 15 iş yeri açılıb. Burada ay ərzində müasir tipli 3 taxta ev hazırlanacaq. Müəssisənin illik məhsul dövriyyəsinin həcmi 2 milyon manat təşkil edəcək.

“Kainat-2016” MMC-nin taxta emalı və məmulatları istehsalı müəssisəsinin investisiya dəyəri 500 min manatdır. Müəssisəyə əlavə dövlət dəstəyi göstərilərək İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib. Burada 15 nəfər daimi işlə təmin olunub. Müəssisə bu ilin avqustunda istismara verilib. İstehsal gücü ayda 300 kubmetrdir. Nəzərdə tutulan illik dövriyyənin həcmi isə 600 min manatdır.

Sənaye Məhəlləsinin ilk qadın iştirakçısı olan Qənirə Zeynalovanın istehsal sahəsinə 80 min manat investisiya yatırılıb. Müəssisədə müxtəlif növ yumşaq mebellərın istehsalı təşkil edilib. Bu istehsal sahəsi 2018-ci ilin avqustunda istismara verilib. Burada 6 nəfər iş yeri ilə təmin olunub. Müəssisənin istehsal gücü ayda 30 dəst müxtəlif növ yumşaq mebeldir. Burada nəzərdə tutulan illik dövriyyənin həcmi 200 min manatdır.

Fərdi sahibkar Rahib Zərbiyev tərəfindən Sənaye Məhəlləsində 250 min manat investisiya yatırılmaqla dəmir məmulatları, işıq dirəkləri, park oturacaqları və digər məhsulların istehsalı müəssisəsi yaradılıb. Artıq bu ilin aprelindən məhsul istehsalına başlayan müəssisədə 20 iş yeri açılıb. Müəssisənin nəzərdə tutulan illik dövriyyəsinin həcmi 300 min manatdır.

Sonra Prezident İlham Əliyev Sənaye Məhəlləsində “Azərxalça” ASC tərəfindən yaradılmış Xalçaçılıq üzrə Təlim-Tədris Mərkəzi ilə tanış oldu. Mərkəzin fəaliyyət sahəsi xalçaçılıq üzrə tədris-hazırlıq kurslarının təşkilidir. Bildirilib ki, Mərkəzdə 50-dən 150-dək yerli sakin xalçaçılıq sənətinə yiyələnəcək. Onlar kursu bitirdikdən sonra müvafiq işlə təmin ediləcəklər. Burada 10 ədəd toxucu dəzgahı quraşdırılıb.

Sənaye Məhəlləsində mebel, dam örtükləri və aksesuarlar istehsal edən müəssisələr də fəaliyyət göstərəcək.

Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin inzibati binasında yaradılan şəraitlə də tanış oldu. Burada toplantı və təlimlərin keçirilməsi üçün hərtərəfli şərait yaradılıb. Binada iclas otağı, müasir ofis sahələri, “Start-up”lar üçün ofislər, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və Sənaye Məhəlləsinin idarəedici təşkilatının istifadəsi üçün nəzərdə tutulan digər sahələr var. İnzibati binada, eyni zamanda, sahibkarlara sığorta, bank və mühasibatlıq, hüquq məsləhətləri xidmətləri göstəriləcək. Sahibkarlara dəstək məqsədilə Sənaye Məhəlləsinin bütün ərazisi pulsuz internetlə təmin olunub. Digər sənaye məhəllələrinə olduğu kimi, Masallı Sənaye Məhəlləsinə də sahibkarlar tərəfindən böyük maraq göstərilir.

Prezident İlham Əliyev Sənaye Məhəlləsinin inzibati binasında yaradılmış İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “Kiçik və Orta Biznesin Dostu” (KOB) Mərkəzi ilə də tanış oldu. Dövlətimizin başçısına məlumat verildi ki, gələcəkdə ölkənin digər şəhər və rayonlarında da sahibkarlara dəstək məqsədilə yaradılacaq “Kiçik və Orta Biznesin Dostu” mərkəzlərinin fəaliyyəti yeni kiçik və orta biznes sahələrinin yaranmasına, kiçik və orta sahibkarlığın inkişafı vasitəsilə regionun potensialının reallaşdırılmasına yönələcək. Bu məqsədlə potensial investisiya layihələri müəyyən ediləcək və onların KOB-lar vasitəsilə həyata keçirilməsi təşviq olunacaq. “KOB Dostları”nın fəaliyyətinin digər önəmli istiqaməti KOB-lara onların dayanıqlı inkişaf tələblərinə uyğun çoxsahəli dəstəyin göstərilməsidir. Belə ki, bu istiqamətdə fəaliyyət həm mövcud dövlət dəstək mexanizmlərindən istifadə imkanlarının genişləndirilməsinə və onlara KOB-ların maneəsiz və rahat çıxışının təmin edilməsinə, həm də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin göstərəcəyi çoxsaylı dəstək mexanizmlərinin tətbiqinə yönələcəkdir. “KOB Dostları” kiçik və orta biznesin hüquqlarının müdafiəsi istiqamətində də fəaliyyət göstərəcək. Eyni zamanda, sahibkarlarla sıx əlaqələr qurulacaq və “KOB Dostları” onların inkişaf ehtiyaclarını sorğular vasitəsilə öyrənəcək. Bu isə həmin tələblərə operativ reaksiyanı təmin etməyə imkan verəcək.

Sonra Prezident İlham Əliyev Məhəlləyə investisiya yatıran yerli sahibkarlarla görüşdü.
Oxunub: 191
Rayonumuz
Gözəl Xırdalanım fotoların gözündə
25.05 Gözəl Xırdalanım fotoların gözündə
Tədbirlər
Abşeron Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Masazır kənd 5 nömrəli tam orta məktəbdə
04.04 Abşeron Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Masazır kənd 5 nömrəli tam orta məktəbdə "Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı aylığı"nın yekununa həsr olunmuş tədbir keçirilib.
Köşə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 20 il keçir
14.07 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 20 il keçir
Təbriklər
Müəllimimiz mükafatlandırılıb
01.06 Müəllimimiz mükafatlandırılıb
Müəllimlərimiz
Xırdalan şəhər 5 sayılı tam orta məktəb kollektivi İnternat evini ziyarət etdilər.
17.03 Xırdalan şəhər 5 sayılı tam orta məktəb kollektivi İnternat evini ziyarət etdilər.
Həkimlərimiz
Abşeron rayonunda dispanserizasiya uğurla davam etdirilir
10.03 Abşeron rayonunda dispanserizasiya uğurla davam etdirilir
Mədəniyyət,İncəsənət
Heydər Əliyev Mərkəzində Abşeron rayon mədəniyyət işçilərinin toplantısı keçirildi
20.10 Heydər Əliyev Mərkəzində Abşeron rayon mədəniyyət işçilərinin toplantısı keçirildi
Bələdiyyələrimiz
Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib
20.10 Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib
İdmançılarımız
Abşeron idmançısı 3 qat dünya çempionu oldu
26.08 Abşeron idmançısı 3 qat dünya çempionu oldu
Məktəblərimiz
Xırdalan şəhər 2 saylı məktəbin kollektivi Cocuq Mərcanlıya səfər edib
27.05 Xırdalan şəhər 2 saylı məktəbin kollektivi Cocuq Mərcanlıya səfər edib
Bağçalarımız
Abşeron rayonunda uşaq bağçalarının şəraiti yaxşılaşdırılır
13.09 Abşeron rayonunda uşaq bağçalarının şəraiti yaxşılaşdırılır
Şagirdlərimiz
Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıblar
22.05 Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıblar
Təqvim
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
<
Keçidlər
 Valyuta məzənnəsi

"Absheron.info.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla