Terrorun 3 ayağı və yaxud bir daha Gəncədə baş verən hadisələrin ideoloji, mənəvi və siyasi tərəfləri haqqında - TƏHLİL » Absheron.info.az
Son Xəbərlər
14:57  22 iyul Milli mətbuat və Jurnalistika günüdür  14:37  Abşeron rayonunda sahibkarlarla görüş keçirildi  11:39  Rayon rəhbəri vətəndaşların fərdi qaydada növbəti qəbulunu keçirdi  11:36  Abşeronda polis işçilərinin peşə bayramı qeyd edilib  09:04  Abşeronlu gənclər həqiqi hərbi xidmətə yollanıblar  14:35  Hacı Əliyev II Avropa Oyunlarına qələbə ilə başladı - ermənini 6:0 məğlub etdi  14:21  Prezident İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub  15:51  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya BMT-nin xüsusi mükafatı təqdim edilib  14:40  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub  14:27  Milli Kitabxanada Gənc yazar Sevindik Nəsiboğlunun kitablarının təqdimatı olub  13:24  ABŞERON RAYONUNDA SƏHIYYƏ IŞÇILƏRININ PEŞƏ BAYRAMI QEYD OLUNDU  14:33  Abşeron rayonunda təcrübə keçən könüllərə sertifikatlar təqdim edilib  08:51  Bu gün məktəblərdə "Son zəng" çalınır  14:56  Prezident 4 sərəncam, 3 fərman imzaladı  17:29  Prezident İlham Əliyev əsaslı şəkildə təmir və bərpa olunan “Yanardağ” qoruğunun açılışında iştirak edib  15:11  Abşeronda “Lider qadınlarının şəbəkəsi” yaradılıb  15:06  İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata keçirilməsi qaydaları təsdiq edilib  15:30  Ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya qayıdışı Azərbaycanı məhv olmaqdan xilas etdi  10:40  Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib  19:56  1 iyunun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür! 
21-07-2019, 14:57
22 iyul Milli mətbuat və Jurnalistika günüdür
18-07-2019, 14:37
Abşeron rayonunda sahibkarlarla görüş keçirildi
8-07-2019, 11:39
Rayon rəhbəri vətəndaşların fərdi qaydada növbəti qəbulunu keçirdi
8-07-2019, 11:36
Abşeronda polis işçilərinin peşə bayramı qeyd edilib
2-07-2019, 09:04
Abşeronlu gənclər həqiqi hərbi xidmətə yollanıblar
26-06-2019, 14:35
Hacı Əliyev II Avropa Oyunlarına qələbə ilə başladı - ermənini 6:0 məğlub etdi
26-06-2019, 14:21
Prezident İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
24-06-2019, 15:51
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya BMT-nin xüsusi mükafatı təqdim edilib
20-06-2019, 14:40
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub
20-06-2019, 14:27
Milli Kitabxanada Gənc yazar Sevindik Nəsiboğlunun kitablarının təqdimatı olub
20-06-2019, 13:24
ABŞERON RAYONUNDA SƏHIYYƏ IŞÇILƏRININ PEŞƏ BAYRAMI QEYD OLUNDU
18-06-2019, 14:33
Abşeron rayonunda təcrübə keçən könüllərə sertifikatlar təqdim edilib
14-06-2019, 08:51
Bu gün məktəblərdə "Son zəng" çalınır
13-06-2019, 14:56
Prezident 4 sərəncam, 3 fərman imzaladı
12-06-2019, 17:29
Prezident İlham Əliyev əsaslı şəkildə təmir və bərpa olunan “Yanardağ” qoruğunun açılışında iştirak edib
11-06-2019, 15:11
Abşeronda “Lider qadınlarının şəbəkəsi” yaradılıb
11-06-2019, 15:06
İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata keçirilməsi qaydaları təsdiq edilib
10-06-2019, 15:30
Ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya qayıdışı Azərbaycanı məhv olmaqdan xilas etdi
6-06-2019, 10:40
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
31-05-2019, 19:56
1 iyunun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür!
7-05-2019, 20:08
Abşeron rayon Xırdalan şəhər 5 saylı tam orta məktəbində ingilis dili yarışmasının qalibləri təltif olundu.
7-05-2019, 13:58
Bu gün Abşeron rayon Xırdalan şəhər 5 saylı tam orta məktəbdə 9 May Qələbə bayramı və 10 May Ulu Öndərin Doğum günü qeyd olundu.
24-04-2019, 18:38
Abşeronda 23 aprel Ümumdünya Kitab Günü qeyd edildi
23-04-2019, 19:15
İcra başçısı vətəndaşları fərdi şəkildə qəbul etdi
4-04-2019, 17:37
Abşeron Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Masazır kənd 5 nömrəli tam orta məktəbdə "Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı aylığı"nın yekununa həsr olunmuş tədbir keçirilib.
28-03-2019, 17:59
Abşeronda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibətilə tədbir keçirilib
20-03-2019, 06:56
Azərbaycanda Novruz bayramı qeyd edilir
Tarix:12 iy 17:17 Bölmə:gundem, cemiyyet

Terrorun 3 ayağı və yaxud bir daha Gəncədə baş verən hadisələrin ideoloji, mənəvi və siyasi tərəfləri haqqında - TƏHLİL

Terrorun 3 ayağı və yaxud bir daha Gəncədə baş verən hadisələrin ideoloji, mənəvi və siyasi tərəfləri haqqında - TƏHLİL

İyulun 10-da Gəncə Şəhər İcra Hakimiyyəti qarşısında baş verən təxribat hadisəsi bir neçə gün əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı törədilən terror aktının heç də təsadüfi olmadığını göstərdi. Bəziləri sosial şəbəkələrdə iyulun 3-dəki hadisənin guya məişət zəminində baş verməsi ilə bağlı ictimai rəy formalaşdırmağa çalışsalar da, bu cəhdləri baş tutmadı. Bəs Gəncədə bu hadisələrin baş verməsinə səbəb nədir? Nə üçün din pərdəsi altında dövlət məmuruna qarşı terror hadisəsi törədilir? Bu suallara cavab tapmaqla biz terrorizmin qlobal mahiyyətini bir daha açıb ortaya qoya bilərik.



Hazırkı mərhələdə terrorun daha effektiv nəticə verməsi üçün informasiya resurslarından da geniş istifadə olunur. Heç şübhəsiz, Gəncədə baş verən terror hadisəsi hər şeydən öncə Azərbaycan dövlətinin etibarsızlaşdırılmasına hesablanmışdı.



Bu terrorun arxasında Azərbaycanın müstəqil siyasətini qəbul etməyən qüvvələr durur.


Bu terrorun arxasında Azərbaycanın müstəqil siyasətini qəbul etməyən qüvvələr durur. Təkcə son dövrlərdə baş verən bir neçə faktı sadalamaq və bunlar arasında məntiqi əlaqə qurmaqla biz müəyyən həqiqətlərə işıq tutmuş ola bilərik. Belə ki, güclü orduya, iqtisadiyyata, hərbi və siyasi gücə malik olan Azərbaycanda xalq-iqtidar birliyi var ki, bu da ölkəmizdəki sabitliyin və inkişafın əsasını təşkil edir.



Son zamanlarda Azərbaycanın həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar, böyük iqtisadi gücə malik olan meqalayihələr, beynəlxalq aləmdə ölkəmizin artan nüfuzu işğalçı Ermənistanın və onun havadarlarının ürəyində xof yaradıb. O cümlədən elə dünən Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında müqavilənin paraflanması ölkəmizin beynəlxalq gücünü bir qədər də artırıb. Paraflanan sənəddə bir daha Azərbaycanın Avropa institutlarına inteqrasiyasının göstərilməsi və ərazi bütövlüyümüzün dəstəklənməsinin bəyan edilməsi yuxarıda söylədiklərimizə əyani sübutdur.



Bununla yanaşı, bu il Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyi münasibətilə təntənəli parad keçirildi, o cümlədən Azərbaycan polisinin yaranmasının 100 illiyi qeyd edildi. Azərbaycan bir növ öz hərbi-siyasi gücünü nümayiş etdirməklə dosta və düşmənə lazımi ismarıclar göndərdi. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik təntənəsini yaşadığımız bir vaxtda iyirminci əsrin sonunda əldə etdiyimiz ikinci müstəqilliyimiz illərində baş verən mühüm siyasi-iqtisadi hadisələrə və onların baş verdiyi zaman ölkəmizə qarşı törədilən təxribatlara nəzər salmaqla bunları ümumiləşdirərək təhlil aparmağa çalışsaq, bütün mühüm siyasi və iqtisadi layihələr ərəfəsində xarici qüvvələrin bənzər davranışlar sərgilədiyini görəcəyik.



1990-cı illərin əvvəllərində "Əsrin müqaviləsi"nin imzalanması ərəfəsində yenə hədəf Gəncə seçilmişdi. Bundan sonra Azərbaycanın cənubunda etnik separatçılıq baş qaldırmış və nəhayət, 1995-ci ilin mart hadisələrində dövlət çevrilişinə cəhd edilmişdi.


Tarixə qısa ekskursiya edərək sadəcə bir neçə fakta nəzər salsaq, görəcəyik ki, 1990-cı illərin əvvəllərində "Əsrin müqaviləsi"nin imzalanması ərəfəsində yenə hədəf Gəncə seçilmişdi. Bundan sonra Azərbaycanın cənubunda etnik separatçılıq baş qaldırmış və nəhayət, 1995-ci ilin mart hadisələrində dövlət çevrilişinə cəhd edilmişdi. Yenə də məqsəd gələcəkdə Azərbaycanın həyata keçirəcəyi böyük iqtisadi layihələri əngəlləmək idi. Belə bir sual ortaya çıxır. Bəs nə üçün məkan olaraq məhz Gəncə ikinci dəfə hədəf seçilir?



Gəncə Azərbaycanın Qərbə açılan qapısıdır. Bütün Orta Asiya və Mərkəzi Asiyadan, o cümlədən Azərbaycandan Qərbə gedən yolun çox mühüm dəhlizi kimi çıxış edir.


Biz bilirik ki, Gəncə Azərbaycanın mənəvi paytaxtı, qərb paytaxtı, Azərbaycan Xalq Cümhuriyyətinin ilkin paytaxtı olmaqla yanaşı, Azərbaycan mənəviyyatının və milli şüurunun formalaşdığı mərkəzlərdən də biridir. Eyni zamanda, Gəncə Azərbaycanın Qərbə açılan qapısıdır. Bütün Orta Asiya və Mərkəzi Asiyadan, o cümlədən Azərbaycandan Qərbə gedən yolun çox mühüm dəhlizi kimi çıxış edir. Azərbaycanın bütün meqalayihələri, o cümlədən böyük İpək Yolundan başlamış, böyük qaz layihələrinə, Cənub Qaz Dəhlizinə, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinə, Bakı-Tbilisi-Ceyhan neft kəmərinə qədər bütün kommunikasiyaların keçdiyi ərazidir. Həm də Azərbaycanla əməkdaşlıq edərək Orta Asiyadan Qərb marşrutuna çıxmaq istəyən dövlətlər üçün mühüm nəqliyyat dəhlizidir. Bu nəqliyyat dəhlizini daha cazibədar etmək üçün Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunu da inşa edib. Dolayısıyla Gəncə özlüyündə mühüm geostrateji nəqliyyat-kommunikasiya mərkəzinə çevrilib. Ona görə də Azərbaycana zərbə vurmaq istəyən antiazərbaycançı mərkəzlər üçün Gəncənin hədəf kimi seçilməsi heç də təsadüfi deyil. Belə mərkəzlər isə həm Qərbdə, həm Şimalda, həm də Cənubda mövcuddur. Nəzərə almaq lazımdır ki, işğalçı Ermənistan da həmişə bizi Gəncə ilə təhdid edir və son hadisələr də bir daha onu göstərdi ki, bu məsələdə onun xeyli sayda həmfikirləri də var. Yəni Azərbaycanın qərb dəhlizində təhlükənin olması bütövlükdə Azərbaycanın və onun müttəfiqlərinin təhlükəsizliyinin pozulması, ölkəmizin həyata keçirdiyi qlobal iqtisadi layihələrin önünün kəsilməsi deməkdir. Bu, Azərbaycanın düşmənləri tərəfindən çoxdan müəyyənləşdirilmiş məqsəddir. Yada salaq ki, birinci Qarabağ savaşında ermənilər bunu tez-tez dilə gətirirdilər. İkinci mühüm məsələ isə ondan ibarətdir ki, Azərbaycan heç vaxt indiki qədər Dağlıq Qarabağ problemini həll etməyə yaxın olmayıb. Bu məsələyə Ermənistanda baş verən son hadisələr kontekstindən nəzər salsaq, görərik ki, müqavimətini və müdafiə gücünü itirən Ermənistan dövlətçiliyi bu gün tükənmək üzrədir. Belə vəziyyətdə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi bir qədər də asanlaşır. Ona görə də məhz bu hadisənin arxasında mütləq erməni faktoru və onun havadarları faktorunu da axtarmaq lazımdır.



Bu gün Azərbaycanda vəhdət namazı qılınır, bütün dini konfessiyalar birgə yaşayırlar. Belə olan halda, radikalizmi pərdə edərək onun arxasında gizlənib "Allahu-Əkbər" sədaları ilə terror törətmək əslində Azərbaycanı suriyalaşdırmaq məqsədindən başqa bir şey deyil.


Terrorun ikinci ayağı fiziki terrordan sonra mənəvi terrordur. Biz bilirik ki, Azərbaycan cəmiyyətində həmrəyliyi təmin edən əsaslardan biri bizim milli-dini mənəviyyatımız və dini identifikasiyamızdır. Azərbaycanda multikultural cəmiyyət və tolerant mühit var. Ancaq çox təəssüf ki, milli gücümüzün mənəvi komponentləri olan bu faktorları düşmənlərimiz milli gücümüzün əleyhinə yönləndirməyə çalışırlar. Bu gün Azərbaycanda vəhdət namazı qılınır, bütün dini konfessiyalar birgə yaşayırlar. Belə olan halda, radikalizmi pərdə edərək onun arxasında gizlənib "Allahu-Əkbər" sədaları ilə terror törətmək əslində Azərbaycanı suriyalaşdırmaq məqsədindən başqa bir şey deyil. Bu eyni zamanda, Azərbaycanın həqiqi dindarlarının və möminlərinin hədəfə alınmasıdır. Çünki heç bir dindar dinin terror vasitəsi olmasını istəməz. Bu da əslində islamofob mərkəzlərə xidmət edən bir hadisədir. Harada terror faktı varsa, o mütləq bir şəkildə İslam dini ilə əlaqələndirilir ki, İslam dini terrorist din kimi qəbul edilsin.



Terrorun üçüncü ayağı olaraq müəyyənləşdirdiyimiz hadisə informasiya terroru hadisəsidir. Gəncədə baş verən hadisələrdən dərhal sonra sosial şəbəkələrdə informasiya terroru milli informasiya resurslarımıza hücuma keçdi, terroru törədənlərdən bir qəhrəman obrazı yaratmağa cəhd etdilər. Bunu isə Azərbaycan informasiya məkanına kənardan daxil olan marginal qruplar vasitəsilə etməyə çalışdılar. Nəticədə nə baş verdi? Azərbaycan cəmiyyəti hər üç istiqamətdə aktiv sosial müqavimət göstərməklə isbat etdi ki, savadlı Azərbaycan cəmiyyəti baş verən hadisələrin fərqindədir. Birincisi, informasiya terroruna qarşı Azərbaycanın fəal sosial şəbəkə iştirakçıları və vətənpərvər ictimai fəal fərdləri, ikincisi, mənəvi terrora qarşı ölkəmizdə həqiqi möminlər və dindarlar, üçüncüsü isə fiziki terrora qarşı funksional dövlət aparatı və öz işinin öhdəsindən layiqincə gəlməyi bacaran hüquq-mühafizə orqanları var. Bu əslində Azərbaycanda xalq-hakimiyyət birliyinin nümunəsi idi. Və Azərbaycan xalqının öz prezidentinə olan etimadının göstəricisi idi.



Azərbaycan cəmiyyəti bir daha sübut etdi ki, radikalizm onun sosial sifarişi deyil, ola da bilməz.


Qısa müddətdə hadisələr lokalizə edildi və Azərbaycan cəmiyyəti tərəfindən rədd edildi. Azərbaycan cəmiyyəti bir daha sübut etdi ki, radikalizm onun sosial sifarişi deyil, ola da bilməz. Savadlı və yetkin Azərbaycan cəmiyyətini, obyektiv əsaslarda formalaşmış ictimai şüuru manipulyasiya etmək olmaz. Azərbaycan xalqı ümummilli məsələlərdə həmrəydir və öz iradəsi ilə legitim əsaslarda formalaşdırdığı hakimiyyətin arxasındadır. Bu həmrəylik əslində terroru törədənlərə, onu dəstəkləyən ayrı-ayrı güc mərkəzlərinə Azərbaycan xalqının və hakimiyyətinin birgə verdiyi cavab idi. Qoy, onlar bundan dərs çıxarsınlar. Əlbəttə ki, cinayətkarlar mütləq cəzalandırılmalıdır. Hər bir Azərbaycan vətəndaşı bu hadisə haqqında öz mövqeyini bildirməlidir. Məsələ ilə bağlı Azərbaycan Respublikası prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov öz yazısında çox mühüm aspektlərə toxunaraq bu prosesdə hər bir Azərbaycan vətəndaşının mövqe sərgiləməsini vacib hesab etdi. Tamamilə doğrudur. Cəmiyyətin hər bir fərdinin maraqları o cəmiyyətin ümumi maraqlarını formalaşdırır və biz bunu ümummilli maraq kimi ifadə edirik. Bu gün ümummilli marağımız bizdən qətiyyətli mövqe nümayiş etdirməyi tələb edir və Azərbaycan cəmiyyəti buna hazırdır.



Hadisəni törədənlər mütləq ən sərt şəkildə cəzalandırılmalıdır. Onların havadarları ifşa edilməlidir. Bu, Azərbaycan xalqının sosial sifarişidir. Əminik ki, bu belə də olacaq.
Oxunub: 218
Rayonumuz
Gözəl Xırdalanım fotoların gözündə
25.05 Gözəl Xırdalanım fotoların gözündə
Tədbirlər
Abşeronda polis işçilərinin peşə bayramı qeyd edilib
08.07 Abşeronda polis işçilərinin peşə bayramı qeyd edilib
Köşə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 20 il keçir
14.07 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 20 il keçir
Təbriklər
Müəllimimiz mükafatlandırılıb
01.06 Müəllimimiz mükafatlandırılıb
Müəllimlərimiz
Xırdalan şəhər 5 sayılı tam orta məktəb kollektivi İnternat evini ziyarət etdilər.
17.03 Xırdalan şəhər 5 sayılı tam orta məktəb kollektivi İnternat evini ziyarət etdilər.
Həkimlərimiz
Abşeron rayonunda dispanserizasiya uğurla davam etdirilir
10.03 Abşeron rayonunda dispanserizasiya uğurla davam etdirilir
Mədəniyyət,İncəsənət
Heydər Əliyev Mərkəzində Abşeron rayon mədəniyyət işçilərinin toplantısı keçirildi
20.10 Heydər Əliyev Mərkəzində Abşeron rayon mədəniyyət işçilərinin toplantısı keçirildi
Bələdiyyələrimiz
Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib
20.10 Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib
İdmançılarımız
Abşeron idmançısı 3 qat dünya çempionu oldu
26.08 Abşeron idmançısı 3 qat dünya çempionu oldu
Məktəblərimiz
Xırdalan şəhər 2 saylı məktəbin kollektivi Cocuq Mərcanlıya səfər edib
27.05 Xırdalan şəhər 2 saylı məktəbin kollektivi Cocuq Mərcanlıya səfər edib
Bağçalarımız
Abşeron rayonunda uşaq bağçalarının şəraiti yaxşılaşdırılır
13.09 Abşeron rayonunda uşaq bağçalarının şəraiti yaxşılaşdırılır
Şagirdlərimiz
Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıblar
22.05 Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıblar
Təqvim
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
<
Keçidlər
 Valyuta məzənnəsi

"Absheron.info.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla