Orucluğun mənəvi faydaları » Absheron.info.az
Son Xəbərlər
14:57  22 iyul Milli mətbuat və Jurnalistika günüdür  14:37  Abşeron rayonunda sahibkarlarla görüş keçirildi  11:39  Rayon rəhbəri vətəndaşların fərdi qaydada növbəti qəbulunu keçirdi  11:36  Abşeronda polis işçilərinin peşə bayramı qeyd edilib  09:04  Abşeronlu gənclər həqiqi hərbi xidmətə yollanıblar  14:35  Hacı Əliyev II Avropa Oyunlarına qələbə ilə başladı - ermənini 6:0 məğlub etdi  14:21  Prezident İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub  15:51  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya BMT-nin xüsusi mükafatı təqdim edilib  14:40  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub  14:27  Milli Kitabxanada Gənc yazar Sevindik Nəsiboğlunun kitablarının təqdimatı olub  13:24  ABŞERON RAYONUNDA SƏHIYYƏ IŞÇILƏRININ PEŞƏ BAYRAMI QEYD OLUNDU  14:33  Abşeron rayonunda təcrübə keçən könüllərə sertifikatlar təqdim edilib  08:51  Bu gün məktəblərdə "Son zəng" çalınır  14:56  Prezident 4 sərəncam, 3 fərman imzaladı  17:29  Prezident İlham Əliyev əsaslı şəkildə təmir və bərpa olunan “Yanardağ” qoruğunun açılışında iştirak edib  15:11  Abşeronda “Lider qadınlarının şəbəkəsi” yaradılıb  15:06  İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata keçirilməsi qaydaları təsdiq edilib  15:30  Ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya qayıdışı Azərbaycanı məhv olmaqdan xilas etdi  10:40  Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib  19:56  1 iyunun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür! 
21-07-2019, 14:57
22 iyul Milli mətbuat və Jurnalistika günüdür
18-07-2019, 14:37
Abşeron rayonunda sahibkarlarla görüş keçirildi
8-07-2019, 11:39
Rayon rəhbəri vətəndaşların fərdi qaydada növbəti qəbulunu keçirdi
8-07-2019, 11:36
Abşeronda polis işçilərinin peşə bayramı qeyd edilib
2-07-2019, 09:04
Abşeronlu gənclər həqiqi hərbi xidmətə yollanıblar
26-06-2019, 14:35
Hacı Əliyev II Avropa Oyunlarına qələbə ilə başladı - ermənini 6:0 məğlub etdi
26-06-2019, 14:21
Prezident İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
24-06-2019, 15:51
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya BMT-nin xüsusi mükafatı təqdim edilib
20-06-2019, 14:40
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub
20-06-2019, 14:27
Milli Kitabxanada Gənc yazar Sevindik Nəsiboğlunun kitablarının təqdimatı olub
20-06-2019, 13:24
ABŞERON RAYONUNDA SƏHIYYƏ IŞÇILƏRININ PEŞƏ BAYRAMI QEYD OLUNDU
18-06-2019, 14:33
Abşeron rayonunda təcrübə keçən könüllərə sertifikatlar təqdim edilib
14-06-2019, 08:51
Bu gün məktəblərdə "Son zəng" çalınır
13-06-2019, 14:56
Prezident 4 sərəncam, 3 fərman imzaladı
12-06-2019, 17:29
Prezident İlham Əliyev əsaslı şəkildə təmir və bərpa olunan “Yanardağ” qoruğunun açılışında iştirak edib
11-06-2019, 15:11
Abşeronda “Lider qadınlarının şəbəkəsi” yaradılıb
11-06-2019, 15:06
İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata keçirilməsi qaydaları təsdiq edilib
10-06-2019, 15:30
Ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya qayıdışı Azərbaycanı məhv olmaqdan xilas etdi
6-06-2019, 10:40
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
31-05-2019, 19:56
1 iyunun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür!
7-05-2019, 20:08
Abşeron rayon Xırdalan şəhər 5 saylı tam orta məktəbində ingilis dili yarışmasının qalibləri təltif olundu.
7-05-2019, 13:58
Bu gün Abşeron rayon Xırdalan şəhər 5 saylı tam orta məktəbdə 9 May Qələbə bayramı və 10 May Ulu Öndərin Doğum günü qeyd olundu.
24-04-2019, 18:38
Abşeronda 23 aprel Ümumdünya Kitab Günü qeyd edildi
23-04-2019, 19:15
İcra başçısı vətəndaşları fərdi şəkildə qəbul etdi
4-04-2019, 17:37
Abşeron Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Masazır kənd 5 nömrəli tam orta məktəbdə "Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı aylığı"nın yekununa həsr olunmuş tədbir keçirilib.
28-03-2019, 17:59
Abşeronda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibətilə tədbir keçirilib
20-03-2019, 06:56
Azərbaycanda Novruz bayramı qeyd edilir
Tarix:23 may 19:00 Bölmə:gundem, cemiyyet

Orucluğun mənəvi faydaları

Orucluğun mənəvi faydaları

Həzrət Məhəmməd Peyğəmbər (s) Ramazan ayına "Allahın ayı" və "Allahın ziyafəti" adlarını vermişdi. Həqiqətən, Ramazan ayında bəndə öz Allahının tövbə və rəhmət qonaqlığında olar. Bu ziyafətdən daha yaraşıqlısı, belə qonaqdan daha sevimlisi olarmı? Bir halda ki, ziyafətin sahibi - təmənnasız nemətlər verən Allahdır. Qonaqlığa dəvət edən elçi - əziz peyğəmbərimiz Həzrət Məhəmməddir (s). Süfrədəki nemətlər isə dua, ibadət və tövbədir.

Möminlər Ramazan ayında ibadəti, duanı, Quran tilavətini artırarlar. Çünki bu ayda edilən tövbələr qəbul olar, dualar yerinə yetər, xeyir əməllər üçün ikiqat savab yazılar. Sevimli peyğəmbərimiz buyurmuşdur: "Əsl məhrum şəxs odur ki, Ramazan ayında günahlardan təmizlənmə fürsətini əldən vermiş olsun".

Orucun mənəvi faydalarından söz açarkən bunu qeyd etməliyik ki, o, insanın bədənini dünya nemətlərindən, ruhunu isə dünya qayğılarından azad edir. Əlbəttə, bu halda insan irfan yolunu daha sürətlə keçər. Çünki onun diqqəti mənəvi mövzulara, Allaha yönələr. Oruc tutan şəxs Allah barədə daha çox düşünər və Yaradanı daha yaxından tanıyar.

Kamiləşmək arzusunda olan insan hər bir işi görməzdən əvvəl o işin öhdəsindən gəlmək üçün özündə mənəvi qüvvə yaratmalıdır. Bu qüvvə isə son nəticədə iradə möhkəmliyi ilə bağlıdır. İradəni möhkəmlətmək üçün bir sıra məşqlərdən istifadə edirlər. Bu mənada oruc da bir aylıq xüsusi proqramdır. Oruc tutan şəxs tam bir ay ərzində dözümlülüyə, ciddi nizam-intizama öyrəşir və get-gedə bu keyfiyyət onda vərdişə çevrilir.

Əgər insan Ramazan ayında öz istəkləri və tələbləri üzərində ciddi nəzarət qura bilsə, acdığı vaxt yeməkdən, susaduğu vaxt içməkdən özünü saxlasa, heç olmazsa, bircə ay yalan, qeybət və söyüş söyməsə, gələcəkdə də öz iradəsi sayəsində bu işlərdən çəkinməyi bacarar. Oruc tutmağa öyrəşmiş adam nə vaxtsa ac-susuz qalmağa məcbur olsa, çox çətinlik hiss etməz. Deməli, oruc hər zaman insanın köməyinə gələ bilər.

Oruc tutan şəxsin diqqəti özündə cəmləşər, qeyri-ixtiyari olaraq hərəkət etməz; çünki bu halda orucu batil ola bilər. Hər yerdə və hər zaman öz bədən üzvlərini və ruhunu idarə edər. Göründüyü kimi, bu xüsusiyyətlər hər bir insanın mənəvi təkamülü üçün vacib şərtlərdir. Deməli, orucluq son mənada kamil insan yetişdirmək məqsədi daşıyır.

Əxlaq alimləri haqlı olaraq qeyd etmişlər ki, oruc - cismlə ruhun müştərək ibadətləri cərgəsində ən əhəmiyyətli yerlərdən birini tutur. Peyğəmbərimiz buyurmuşdur ki, Ramazan orucu cəhənnəm alovu qarşısında bir sipərdir. Əlbəttə, ilahi əzabdan o adam amanda qalar ki, yalnız ac qalmaqla deyil, bütün vücudunu haramdan qorumaqla orucluq qaydalarına ciddi əməl etmiş olsun. Yoxsa, Həzrət Fatimənin (ə) buyurduğu kimi, "dilini, qulağını, gözünü və qalan bədən üzvlərini haramdan çəkindirməyən şəxsin orucundan nə fayda?".

Əxlaq və irfan alimləri oruc tutan adamları üç dəstəyə ayırmışlar. Birinci dəstəyə aid olanlar orucun yalnız zahiri ehkamına əməl edir və yalnız orucu batil edən əməllərdən çəkinirlər. Bu, adi ibadət əhlidir.

Bunlardan fərqli olaraq, ikinci dəstəyə mənsub mömin şəxslər bütün bədən üzvlərini pis işlərdən çəkindirirlər. Onlar dilləri ilə pis söz danışmır, qulaqları ilə haram söhbət eşitmir, gözləri ilə çirkinliyə baxmır, əlləri ilə günah iş görmür, ayaqları ilə imansızlıq və pislik yolunu getmirlər. Bədənlərini tamamilə günahdan təmizləmiş belə şəxslər bəndələrin seçilmişləridir. Əziz peyğəmbərimiz belə şəxslərin barəsində buyurmuşdur: "Oruc tutan şəxs yuxuda olsa belə, Allaha ibadət etmiş kimi sayılar; bu şərtlə ki, müsəlman qardaşının arxasınca qeybət etməsin".

Orucluğun mənəvi faydaları

Nəhayət, bundan da üstün olan elə şəxslər var ki, nəinki bədənlərini, hətta qəlblərini də oruca tabe etmişlər. Onlar nəinki yeyib-içmir, günah etmirlər, hətta bu barədə düşünməyi belə özlərinə rəva bilmirlər. Belə şəxslər öz qəlblərini Allahdan savayı hər şeydən təmizləmişlər. Bunlar bəndələrin seçilmişləri içindən seçilmişlərdir. Bunlar həqiqət mərhələsinə yetişmiş övliya ariflərdir.

Həzrət Əli (ə) bu üç dəstənin ibadətini bir-birindən fərqləndirərək, onlara belə qiymət verir: "Dil orucu qarın orucundan, qəlb orucu isə dil orucundan üstündür". Mömin şəxsin tutduğu oruc Allah yanında elə əzizdir ki, onu layiqincə qiymətləndirəcəyini vəd etmişdir: "Oruc mənim üçün tutulur, onun mükafatını özüm verəcəyəm".

Gəlin, Ramazan ayında elə oruc tutaq ki, öz bəndəsindən layiqli ibadət gözləyən Allahın hüzurunda xəcalətli qalmayaq. Elə oruc tutaq ki, mükafatını Allahdan tələb etməyə haqqımız olsun.
Oxunub: 396
Rayonumuz
Gözəl Xırdalanım fotoların gözündə
25.05 Gözəl Xırdalanım fotoların gözündə
Tədbirlər
Abşeronda polis işçilərinin peşə bayramı qeyd edilib
08.07 Abşeronda polis işçilərinin peşə bayramı qeyd edilib
Köşə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 20 il keçir
14.07 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 20 il keçir
Təbriklər
Müəllimimiz mükafatlandırılıb
01.06 Müəllimimiz mükafatlandırılıb
Müəllimlərimiz
Xırdalan şəhər 5 sayılı tam orta məktəb kollektivi İnternat evini ziyarət etdilər.
17.03 Xırdalan şəhər 5 sayılı tam orta məktəb kollektivi İnternat evini ziyarət etdilər.
Həkimlərimiz
Abşeron rayonunda dispanserizasiya uğurla davam etdirilir
10.03 Abşeron rayonunda dispanserizasiya uğurla davam etdirilir
Mədəniyyət,İncəsənət
Heydər Əliyev Mərkəzində Abşeron rayon mədəniyyət işçilərinin toplantısı keçirildi
20.10 Heydər Əliyev Mərkəzində Abşeron rayon mədəniyyət işçilərinin toplantısı keçirildi
Bələdiyyələrimiz
Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib
20.10 Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib
İdmançılarımız
Abşeron idmançısı 3 qat dünya çempionu oldu
26.08 Abşeron idmançısı 3 qat dünya çempionu oldu
Məktəblərimiz
Xırdalan şəhər 2 saylı məktəbin kollektivi Cocuq Mərcanlıya səfər edib
27.05 Xırdalan şəhər 2 saylı məktəbin kollektivi Cocuq Mərcanlıya səfər edib
Bağçalarımız
Abşeron rayonunda uşaq bağçalarının şəraiti yaxşılaşdırılır
13.09 Abşeron rayonunda uşaq bağçalarının şəraiti yaxşılaşdırılır
Şagirdlərimiz
Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıblar
22.05 Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıblar
Təqvim
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
<
Keçidlər
 Valyuta məzənnəsi

"Absheron.info.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla