Dədə Şəmşirin 125 illik yubileyi qeyd edildi » Absheron.info.az
Son Xəbərlər
11:25  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər  20:31  Bu gün Xırdalan şəhər 5 saylı tam orta məktəbdə "Bayraq Günü" keçirildi.  12:01  Prezident televiziya və radio işçilərini təltif etdi - Sərəncam  19:44  Abşeron rayonunda qanvermə aksiyası keçirilib  17:58  Abşeronda “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq – yaradıcılıq müsabiqəsi keçirilib  11:22  Prezident İlham Əliyev: "Biz gərək gəncləri irəli çəkək, gənclərə yol verək, onlar da yetişsinlər ki, bizim inkişafımız uzunmüddətli olsun"  11:08  Xırdalanda gənc alimlərin məktəblərlə əməkdaşlığı müzakirə olunub  11:15  Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti Raymonds Veyonislə görüşüb  10:14  İradə Gülməmmədova Xırdalan şəhər sakinləriylə görüşdü - Foto  10:08  YAP Abşeron rayon təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda “dəyirmi masa” keçirilib  13:24  Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü qeyd olunur  07:14  Prezident İlham Əliyev: Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır  07:09  Prezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər  07:03  Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib  09:27  59 nəfər ASAN könüllüsü Abşeron RİH-də təcrübə keçəcək  09:25  Abşeronda seçkilərin keçirilməsi ilə bağlı seminar-müşavirə keçirilib  08:57  Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  08:20  Rəcəb Tayyib Ərdoğan: Dağlıq Qarabağ probleminin ən qısa müddətdə Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün əlimizdən gələni edəcəyik  06:57  Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak edib - FOTO  06:51  Prezident İlham Əliyev Nursultan Nazarbayevə "Türk dünyasının Ali Ordeni"ni təqdim edib - FOTO 
Dünən, 11:25
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
7-11-2019, 20:31
Bu gün Xırdalan şəhər 5 saylı tam orta məktəbdə "Bayraq Günü" keçirildi.
7-11-2019, 12:01
Prezident televiziya və radio işçilərini təltif etdi - Sərəncam
5-11-2019, 19:44
Abşeron rayonunda qanvermə aksiyası keçirilib
4-11-2019, 17:58
Abşeronda “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq – yaradıcılıq müsabiqəsi keçirilib
24-10-2019, 11:22
Prezident İlham Əliyev: "Biz gərək gəncləri irəli çəkək, gənclərə yol verək, onlar da yetişsinlər ki, bizim inkişafımız uzunmüddətli olsun"
24-10-2019, 11:08
Xırdalanda gənc alimlərin məktəblərlə əməkdaşlığı müzakirə olunub
19-10-2019, 11:15
Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti Raymonds Veyonislə görüşüb
19-10-2019, 10:14
İradə Gülməmmədova Xırdalan şəhər sakinləriylə görüşdü - Foto
19-10-2019, 10:08
YAP Abşeron rayon təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda “dəyirmi masa” keçirilib
18-10-2019, 13:24
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü qeyd olunur
17-10-2019, 07:14
Prezident İlham Əliyev: Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır
17-10-2019, 07:09
Prezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
17-10-2019, 07:03
Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib
16-10-2019, 09:27
59 nəfər ASAN könüllüsü Abşeron RİH-də təcrübə keçəcək
16-10-2019, 09:25
Abşeronda seçkilərin keçirilməsi ilə bağlı seminar-müşavirə keçirilib
16-10-2019, 08:57
Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
16-10-2019, 08:20
Rəcəb Tayyib Ərdoğan: Dağlıq Qarabağ probleminin ən qısa müddətdə Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün əlimizdən gələni edəcəyik
16-10-2019, 06:57
Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak edib - FOTO
16-10-2019, 06:51
Prezident İlham Əliyev Nursultan Nazarbayevə "Türk dünyasının Ali Ordeni"ni təqdim edib - FOTO
16-10-2019, 06:46
Azərbaycan Prezidenti: Müqəddəs məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
16-10-2019, 06:40
Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib
15-10-2019, 11:21
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib
15-10-2019, 08:53
Prezident İlham Əliyev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak edir
15-10-2019, 08:05
Azərbaycanın inkişafında yeni mərhələnin başlandığı gün
15-10-2019, 07:51
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türk Şurasının VII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları ilə birgə şam ediblər - FOTO
15-10-2019, 07:24
Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş Naziri Viktor Orban ilə görüşüb - FOTO
Tarix:15 mar 18:27 Bölmə:gundem, medeniyyet

Dədə Şəmşirin 125 illik yubileyi qeyd edildi

Dədə Şəmşirin 125 illik yubileyi qeyd edildi

Bu gün Əməkdar incəsənət xadimi, şərəf ordenli ustad sənətkar Dədə Şəmşirin 125 illik yubileyinə həsr edilən Saz-Söz bayramı adlı tədbir keçirildi.
Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında XX əsr Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndələrindən biri, Əməkdar İncəsənət Xadimi Aşıq Şəmşirin 125 illik yubileyinə həsr edilmiş “Saz-söz bayramı” adlı tədbirdə iştirak edib.
Dədə Şəmşirin 125 illik yubileyi qeyd edildi

Martın 15-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı, “Aşıq Şəmşir” Mədəniyyət Ocağının təşəbbüsü ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında XX əsr Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndələrindən biri, Əməkdar İncəsənət Xadimi Aşıq Şəmşirin 125 illik yubileyinə həsr edilmiş “Saz-söz bayramı” adlı tədbir keçirilib.

Foyedə aşığın həyat və yaradıcılığına həsr edilmiş sərgi nümayiş olunub. Tamaşaçılar görkəmli aşığın kitabları, aşığa həsr edilmiş elmi-nəzəri ədəbiyyat nümunələrinə və onun ömrünün müxtəlif anlarını əks etdirən fotolara maraqla baxıblar.
Dədə Şəmşirin 125 illik yubileyi qeyd edildi

Tədbir Aşıq Şəmşirə həsr olunmuş filmin nümayişi ilə başlayıb.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar İncəsənət Xadimi, professor Məhərrəm Qasımlı Aşıq Şəmşirin yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, ustad aşıq 1893-cü ildə Kəlbəcər rayonunun Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Ağdabanlı Qurban Aşıq Ələsgərin müasiri və dostu olub. Sənətkar ailəsində doğulan Şəmşir çox keçmədən el yığıncaqlarında tanınmağa başlayıb.
Dədə Şəmşirin 125 illik yubileyi qeyd edildi
Dədə Şəmşirin 125 illik yubileyi qeyd edildi

Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən vacib cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaradıb. Onun 40-dan artıq şagirdi olub. Aşıq Qardaşxanın, Qəmkeş Allahverdinin, Aşıq Xalıqverdinin və bu gün çoxlarının yaxşı tanıdığı onlarla saz-söz sənətkarlarının yetkinləşməsində, kamilləşməsində Aşıq Şəmşir məktəbi əvəzsiz rol oynayıb. Bu məktəb təkcə aşıq sənətinə deyil, ümumən saz-söz sənətinə təsir göstərməklə Bəhmən Vətənoğlu, Sücaət kimi şairlərin yetişməsinə münbit zəmin yaradıb.
Dədə Şəmşirin 125 illik yubileyi qeyd edildi

Şəmşirin qeyri-adi səsi və çalğısı saz-söz sərrafı olan Kəlbəcər ellərində yüksək dəyərləndirilib, ustad sənətkarın orijinal ifaçılığı və şairliyi müqayisəedilməzdir. Nadir istedad və fitrət sahibinin lent yazıları bu günümüzədək gəlib çatıb.

Məhərrəm Qasımlı Miskin Abdal nəslinin davamçısı olan Dədə Şəmşirin bütün Azərbaycana daha yaxından tanıdılmasında böyük Səməd Vurğunun əvəzsiz rolu olduğunu diqqətə çatdırıb. İstisu yaylaqlarında istirahət edən görkəmli şair günlərin birində özünəməxsus səsi, sözü və çalğısı olan bir ozanla - Aşıq Şəmşirlə tanış olduğunu və ona məşhur qoşmasını həsr etdiyini xatırladıb. Bildirib ki, ilk dəfə musiqişünas Əminə Eldarova Aşıq Şəmşirin ifasında 75 aşıq havasını lentə köçürüb. Bu lent yazılarından bəziləri Azərbaycan Dövlət Radiosunun qızıl fondunda saxlanılır.
Dədə Şəmşirin 125 illik yubileyi qeyd edildi

Aşıq Şəmşirin “Şeirlər” adlı ilk kitabı 1959-cu ildə “Akademiya” nəşriyyatı tərəfindən buraxılıb. Sonralar müəyyən fasilələrlə “Qoşmalar”, “Seçilmiş əsərləri”, “Dağ havası”, “Öyüdlər” və sair kitabları işıq üzü görüb.
Dədə Şəmşirin 125 illik yubileyi qeyd edildi

Aşıq Şəmşirin həyat və yaradıcılığına həsr olunmuş “Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir”, “Saxla izimi, dünya”, “Dədə Şəmşir yaddaşlarda” kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb.
Dədə Şəmşirin 125 illik yubileyi qeyd edildi

Sazı-sözü ilə ürəklərdə əbədi məskən salan Aşıq Şəmşir 1980-ci ildə, 87 yaşında dünyasını dəyişib. Mənfur erməni cəlladları Kəlbəcərin işğalı zamanı aşığın məzarını vəhşicəsinə dağıdıb, yerlə-yeksan ediblər. Lakin aşığın ruhu onun şeirlərində yaşayır.
Dədə Şəmşirin 125 illik yubileyi qeyd edildi

Aşığın oğlu Qəmbər Şəmşiroğlu tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Dədə Şəmşirin 125 illik yubileyi qeyd edildi
Oxunub: 652
Rayonumuz
59 nəfər ASAN könüllüsü Abşeron RİH-də təcrübə keçəcək
16.10 59 nəfər ASAN könüllüsü Abşeron RİH-də təcrübə keçəcək
Tədbirlər
Bu gün Xırdalan şəhər 5 saylı tam orta məktəbdə
07.11 Bu gün Xırdalan şəhər 5 saylı tam orta məktəbdə "Bayraq Günü" keçirildi.
Köşə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 20 il keçir
14.07 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 20 il keçir
Təbriklər
Müəllimimiz mükafatlandırılıb
01.06 Müəllimimiz mükafatlandırılıb
Müəllimlərimiz
Xırdalan şəhər 5 sayılı tam orta məktəb kollektivi İnternat evini ziyarət etdilər.
17.03 Xırdalan şəhər 5 sayılı tam orta məktəb kollektivi İnternat evini ziyarət etdilər.
Həkimlərimiz
Abşeron rayonunda qanvermə aksiyası keçirilib
05.11 Abşeron rayonunda qanvermə aksiyası keçirilib
Mədəniyyət,İncəsənət
Heydər Əliyev Mərkəzində Abşeron rayon mədəniyyət işçilərinin toplantısı keçirildi
20.10 Heydər Əliyev Mərkəzində Abşeron rayon mədəniyyət işçilərinin toplantısı keçirildi
Bələdiyyələrimiz
Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib
20.10 Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib
İdmançılarımız
Abşeron idmançısı 3 qat dünya çempionu oldu
26.08 Abşeron idmançısı 3 qat dünya çempionu oldu
Məktəblərimiz
Xırdalan şəhər 2 saylı məktəbin kollektivi Cocuq Mərcanlıya səfər edib
27.05 Xırdalan şəhər 2 saylı məktəbin kollektivi Cocuq Mərcanlıya səfər edib
Bağçalarımız
Abşeron rayonunda uşaq bağçalarının şəraiti yaxşılaşdırılır
13.09 Abşeron rayonunda uşaq bağçalarının şəraiti yaxşılaşdırılır
Şagirdlərimiz
Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıblar
22.05 Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıblar
Təqvim
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
<
Keçidlər
 Valyuta məzənnəsi

"Absheron.info.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla