İlham Əliyev Mingəçevir Su Elektrik Stansiyasının əsaslı yenidənqurmadan sonra istismara verilməsi mərasimində iştirak edib » Absheron.info.az
Son Xəbərlər
13:24  Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü qeyd olunur  07:14  Prezident İlham Əliyev: Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır  07:09  Prezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər  07:03  Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib  09:27  59 nəfər ASAN könüllüsü Abşeron RİH-də təcrübə keçəcək  09:25  Abşeronda seçkilərin keçirilməsi ilə bağlı seminar-müşavirə keçirilib  08:57  Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  08:20  Rəcəb Tayyib Ərdoğan: Dağlıq Qarabağ probleminin ən qısa müddətdə Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün əlimizdən gələni edəcəyik  06:57  Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak edib - FOTO  06:51  Prezident İlham Əliyev Nursultan Nazarbayevə "Türk dünyasının Ali Ordeni"ni təqdim edib - FOTO  06:46  Azərbaycan Prezidenti: Müqəddəs məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz  06:40  Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib  11:21  Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib  08:53  Prezident İlham Əliyev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak edir  08:05  Azərbaycanın inkişafında yeni mərhələnin başlandığı gün  07:51  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türk Şurasının VII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları ilə birgə şam ediblər - FOTO  07:24  Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş Naziri Viktor Orban ilə görüşüb - FOTO  07:17  Prezident İlham Əliyev Qazaxıstanın birinci Prezidenti-elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayevlə görüşüb - FOTO  12:50  Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Azərbaycana səfərə gəlib - FOTO  12:32  Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin görüşü olub 
Bu gün, 13:24
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü qeyd olunur
Dünən, 07:14
Prezident İlham Əliyev: Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır
Dünən, 07:09
Prezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
Dünən, 07:03
Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib
16-10-2019, 09:27
59 nəfər ASAN könüllüsü Abşeron RİH-də təcrübə keçəcək
16-10-2019, 09:25
Abşeronda seçkilərin keçirilməsi ilə bağlı seminar-müşavirə keçirilib
16-10-2019, 08:57
Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
16-10-2019, 08:20
Rəcəb Tayyib Ərdoğan: Dağlıq Qarabağ probleminin ən qısa müddətdə Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün əlimizdən gələni edəcəyik
16-10-2019, 06:57
Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak edib - FOTO
16-10-2019, 06:51
Prezident İlham Əliyev Nursultan Nazarbayevə "Türk dünyasının Ali Ordeni"ni təqdim edib - FOTO
16-10-2019, 06:46
Azərbaycan Prezidenti: Müqəddəs məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
16-10-2019, 06:40
Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib
15-10-2019, 11:21
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib
15-10-2019, 08:53
Prezident İlham Əliyev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak edir
15-10-2019, 08:05
Azərbaycanın inkişafında yeni mərhələnin başlandığı gün
15-10-2019, 07:51
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türk Şurasının VII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları ilə birgə şam ediblər - FOTO
15-10-2019, 07:24
Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş Naziri Viktor Orban ilə görüşüb - FOTO
15-10-2019, 07:17
Prezident İlham Əliyev Qazaxıstanın birinci Prezidenti-elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayevlə görüşüb - FOTO
14-10-2019, 12:50
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Azərbaycana səfərə gəlib - FOTO
14-10-2019, 12:32
Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin görüşü olub
14-10-2019, 12:08
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb
14-10-2019, 11:48
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdədir
14-10-2019, 10:08
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfərə gəlib
14-10-2019, 10:02
Azərbaycan və Türkiyə Xarici İşlər nazirlərinin görüşü olub
14-10-2019, 08:55
Ərdoğandan Bakıya səfəröncəsi AÇIQLAMA: "Türkiyə türkdilli ölkələrlə münasibətləri ilə fəxr edir"
14-10-2019, 07:34
Bakıda Türk Şurası ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilir
14-10-2019, 07:07
Prezident İlham Əliyev Qazaxıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Tarix:27 fev 12:36 Bölmə:gundem, hadise

İlham Əliyev Mingəçevir Su Elektrik Stansiyasının əsaslı yenidənqurmadan sonra istismara verilməsi mərasimində iştirak edib

İlham Əliyev Mingəçevir Su Elektrik Stansiyasının əsaslı yenidənqurmadan sonra istismara verilməsi mərasimində iştirak edib

Prezident İlham Əliyev 424 MVt gücündə Mingəçevir Su Elektrik Stansiyasının əsaslı yenidənqurmadan sonra istismara verilməsi mərasimində iştirak edib.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, son illər Azərbaycanda energetika sahəsində çox mühüm layihələr icra olunub. Bu istiqamətdə həyata keçirilən işlər müsbət nəticəsini verməkdədir. Energetika sahəsinin inkişafı ilə bağlı görülən işlər arasında müxtəlif gücə malik yeni elektrik stansiyalarının yaradılması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulmasını göstərmək olar. Bu sahədə aparılan islahatlar nəticəsində elektrik stansiyaları həm texniki, həm də görünüş baxımından müasirləşir, onların gücü artırılır. Son 14 ildə ölkədə 30 yeni elektrik stansiyası tikilərək istismara verilib, mövcud generasiya müəssisələri yenidən qurularaq modernləşdirilib. Elektrik enerjisinin istehsal potensialı ölkədaxili tələbatı tam ödəməklə yanaşı, ixrac imkanı da yaradıb.

Azərbaycanın enerji təminatında Mingəçevir Su Elektrik Stansiyasının xüsusi yeri və çəkisi var. Son dövrlərdə stansiyanın müasir tələblər səviyyəsinə çatdırılması və texniki cəhətdən müasirləşdirilməsi istiqamətində olduqca mühüm işlər görülüb. Mingəçevir Su Elektrik Stansiyası uzun illər Azərbaycan əhalisinin və ölkə iqtisadiyyatının elektrik enerjisinə tələbatının ödənilməsində mühüm rol oynayıb. Hələ 1941-ci ildə bu stansiyanın tikintisi və 1945-ci ildə birinci növbəsinin istismara verilməsi barədə qərar qəbul edilib. Lakin İkinci Dünya müharibəsinin başlanması tikinti işlərinin təxirə salınmasına səbəb olub. Nəhayət, 1945-ci ildə Mingəçevir su qovşağının və onun üzərində elektrik stansiyasının tikintisinə başlamaq mümkün olub. 1951-ci ildə burada ilk aqreqat istifadəyə verilib. Tikinti işləri isə 1955-ci ildə tamamlanıb. Beləliklə, Mingəçevir Su Elektrik Stansiyası 360 meqavat tam gücü ilə işə salınıb. Tənzimlənən su qovşağı illik orta su axını 12,5 milyard kubmetr olduqda ildə 1,4 milyard kilovat-saat elektrik enerjisi istehsal edilməsinə, 1,2 milyon hektar məhsuldar torpağın suvarılmasına və balıqçılığın inkişafına imkan verib. Su qovşağına yuyulma üsulu ilə yaradılan torpaq bənd, Su Elektrik Stansiyasının suqəbuledicisi, suburaxıcıları, baş bina, elektrotexniki qurğular, Yuxarı Qarabağ və Yuxarı Şirvan suvarma kanallarının suqəbulediciləri daxildir. Stansiyanın su anbarı öz tutumuna görə uzunmüddətli istifadə üçün kifayət qədər su ehtiyatına malikdir.

Diqqətə çatdırıldı ki, müstəqillik illərində Mingəçevir Su Elektrik Stansiyasında yenidənqurma işlərinin aparılmasına ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə başlanılıb. Bu prosesin davamı olaraq, 2010-2017-ci illərdə burada əsaslı yenidənqurma işləri həyata keçirilib. Stansiyada maşın zalının aşağı səviyyəsində yerləşən və işçi heyətin təhlükəsizliyi baxımından standartlara uyğun olmayan idarəetmə mərkəzi müasir tələblərə tam cavab verən yeni idarəetmə mərkəzi ilə əvəz edilib.

Mərkəzin binasında ulu öndər Heydər Əliyevin büstü qoyulub. Hidroaqreqatlarda və stansiyanın yarımstansiyalarında quraşdırılmış lokal idarəetmə sistemləri stansiyanın mərkəzi idarəetmə sistemi ilə inteqrasiya olunub və enerji sistemi mərkəzi idarəetmə sistemi ilə birbaşa əlaqələndirilib.

Dövlətimizin başçısı Mingəçevir Su Elektrik Stansiyasını əsaslı yenidənqurmadan sonra işə saldı.

Bildirildi ki, istismara yararsız iki turbin və generator görülən işlər çərçivəsində gücü 71,5 meqavat olan turbin və generatorla əvəz edilib. 200 meqavat gücündə avtotransformator quraşdırılıb, gərginlikləri 330, 220 və 110 kV olan yarımstansiyalar yerli idarəetmə sistemləri ilə birlikdə yenidən tikilib istismara verilib. Bu yarımstansiyaların dayanıqlı istismarını və onların bir-biri ilə, eyni zamanda, stansiya ilə əlaqələrini təmin etmək üçün 100 kilometrdən artıq güc, nəzarət və ölçü kabelləri çəkilib. Görülən işlər nəticəsində stansiyanın gücü 284 meqavatdan 424 meqavata çatdırılıb. Burada, həmçinin müasir tələblərə cavab verən yeni inzibati bina inşa edilib, aşağı gərginlikli paylayıcı qurğular və sabit cərəyan avadanlıqları tamamilə dəyişdirilib. Suqəbuledici qurğuda 6 dəst sipər və onların hidravlik qaldırıcıları bütün avadanlığı ilə birlikdə yeni avtomatik tənzimlənən hidravlik qaldırıcılarla əvəz olunub. Stansiyada 6 dəst işçi sipər, 4 dəst təmir sipəri və 3 xüsusi qaldırıcı kran əsaslı təmir edilib, 5300 millimetr diametrli 4 disk bağlayıcısı yeniləri ilə əvəzlənib. Stansiyanın maşın zalında əsaslı təmir-bərpa işləri aparılıb.

Mingəçevir Su Elektrik Stansiyası quraşdırılmış hidroaqreqatların manevr imkanlarına, tənzimlənmə diapazonuna və xarakteristikalarına görə tezliyin tənzimlənməsinin standartla müəyyən edilmiş normalar çərçivəsində aparılmasını təmin edən yeganə elektrik stansiyasıdır. Hazırda burada 130 işçi çalışır.

Ərazidə genişmiqyaslı abadlıq işləri həyata keçirilib, 5 mindən çox ağac əkilib, 15 min kvadratmetr sahəyə asfalt döşənib.
Oxunub: 287
Rayonumuz
59 nəfər ASAN könüllüsü Abşeron RİH-də təcrübə keçəcək
16.10 59 nəfər ASAN könüllüsü Abşeron RİH-də təcrübə keçəcək
Tədbirlər
Abşeronda Beynəlxalq Müəllimlər Günü qeyd olundu
05.10 Abşeronda Beynəlxalq Müəllimlər Günü qeyd olundu
Köşə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 20 il keçir
14.07 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 20 il keçir
Təbriklər
Müəllimimiz mükafatlandırılıb
01.06 Müəllimimiz mükafatlandırılıb
Müəllimlərimiz
Xırdalan şəhər 5 sayılı tam orta məktəb kollektivi İnternat evini ziyarət etdilər.
17.03 Xırdalan şəhər 5 sayılı tam orta məktəb kollektivi İnternat evini ziyarət etdilər.
Həkimlərimiz
Abşeron rayonunda dispanserizasiya uğurla davam etdirilir
10.03 Abşeron rayonunda dispanserizasiya uğurla davam etdirilir
Mədəniyyət,İncəsənət
Heydər Əliyev Mərkəzində Abşeron rayon mədəniyyət işçilərinin toplantısı keçirildi
20.10 Heydər Əliyev Mərkəzində Abşeron rayon mədəniyyət işçilərinin toplantısı keçirildi
Bələdiyyələrimiz
Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib
20.10 Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib
İdmançılarımız
Abşeron idmançısı 3 qat dünya çempionu oldu
26.08 Abşeron idmançısı 3 qat dünya çempionu oldu
Məktəblərimiz
Xırdalan şəhər 2 saylı məktəbin kollektivi Cocuq Mərcanlıya səfər edib
27.05 Xırdalan şəhər 2 saylı məktəbin kollektivi Cocuq Mərcanlıya səfər edib
Bağçalarımız
Abşeron rayonunda uşaq bağçalarının şəraiti yaxşılaşdırılır
13.09 Abşeron rayonunda uşaq bağçalarının şəraiti yaxşılaşdırılır
Şagirdlərimiz
Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıblar
22.05 Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıblar
Təqvim
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
<
Keçidlər
 Valyuta məzənnəsi

"Absheron.info.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla