Ana dilimiz milli sərvətimizdir » Absheron.info.az
Son Xəbərlər
06:04  Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib  11:54  Bakıda Dünya dini liderlərinin II Sammiti keçirilir Azərbaycan Prezidenti İlham Əliyev Sammitin açılış mərasimində iştirak edib  11:23  Bakıda Dünya dini liderlərinin II Sammiti keçirilir Azərbaycan Prezidenti İlham Əliyev Sammitin açılış mərasimində iştirak edib  07:21  Prezident İlham Əliyev: "Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır"  10:28  Prezident İlham Əliyev: “Dövlət-din münasibətlərinin əsasını Ulu öndər Heydər Əliyev qoyub”  09:02  Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə görüş  11:25  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər  20:31  Bu gün Xırdalan şəhər 5 saylı tam orta məktəbdə "Bayraq Günü" keçirildi.  12:01  Prezident televiziya və radio işçilərini təltif etdi - Sərəncam  19:44  Abşeron rayonunda qanvermə aksiyası keçirilib  17:58  Abşeronda “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq – yaradıcılıq müsabiqəsi keçirilib  11:22  Prezident İlham Əliyev: "Biz gərək gəncləri irəli çəkək, gənclərə yol verək, onlar da yetişsinlər ki, bizim inkişafımız uzunmüddətli olsun"  11:08  Xırdalanda gənc alimlərin məktəblərlə əməkdaşlığı müzakirə olunub  11:15  Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti Raymonds Veyonislə görüşüb  10:14  İradə Gülməmmədova Xırdalan şəhər sakinləriylə görüşdü - Foto  10:08  YAP Abşeron rayon təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda “dəyirmi masa” keçirilib  13:24  Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü qeyd olunur  07:14  Prezident İlham Əliyev: Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır  07:09  Prezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər  07:03  Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib 
Dünən, 06:04
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15-11-2019, 11:54
Bakıda Dünya dini liderlərinin II Sammiti keçirilir Azərbaycan Prezidenti İlham Əliyev Sammitin açılış mərasimində iştirak edib
15-11-2019, 11:23
Bakıda Dünya dini liderlərinin II Sammiti keçirilir Azərbaycan Prezidenti İlham Əliyev Sammitin açılış mərasimində iştirak edib
15-11-2019, 07:21
Prezident İlham Əliyev: "Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır"
14-11-2019, 10:28
Prezident İlham Əliyev: “Dövlət-din münasibətlərinin əsasını Ulu öndər Heydər Əliyev qoyub”
13-11-2019, 09:02
Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə görüş
12-11-2019, 11:25
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
7-11-2019, 20:31
Bu gün Xırdalan şəhər 5 saylı tam orta məktəbdə "Bayraq Günü" keçirildi.
7-11-2019, 12:01
Prezident televiziya və radio işçilərini təltif etdi - Sərəncam
5-11-2019, 19:44
Abşeron rayonunda qanvermə aksiyası keçirilib
4-11-2019, 17:58
Abşeronda “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq – yaradıcılıq müsabiqəsi keçirilib
24-10-2019, 11:22
Prezident İlham Əliyev: "Biz gərək gəncləri irəli çəkək, gənclərə yol verək, onlar da yetişsinlər ki, bizim inkişafımız uzunmüddətli olsun"
24-10-2019, 11:08
Xırdalanda gənc alimlərin məktəblərlə əməkdaşlığı müzakirə olunub
19-10-2019, 11:15
Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti Raymonds Veyonislə görüşüb
19-10-2019, 10:14
İradə Gülməmmədova Xırdalan şəhər sakinləriylə görüşdü - Foto
19-10-2019, 10:08
YAP Abşeron rayon təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda “dəyirmi masa” keçirilib
18-10-2019, 13:24
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü qeyd olunur
17-10-2019, 07:14
Prezident İlham Əliyev: Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır
17-10-2019, 07:09
Prezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
17-10-2019, 07:03
Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib
16-10-2019, 09:27
59 nəfər ASAN könüllüsü Abşeron RİH-də təcrübə keçəcək
16-10-2019, 09:25
Abşeronda seçkilərin keçirilməsi ilə bağlı seminar-müşavirə keçirilib
16-10-2019, 08:57
Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
16-10-2019, 08:20
Rəcəb Tayyib Ərdoğan: Dağlıq Qarabağ probleminin ən qısa müddətdə Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün əlimizdən gələni edəcəyik
16-10-2019, 06:57
Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak edib - FOTO
16-10-2019, 06:51
Prezident İlham Əliyev Nursultan Nazarbayevə "Türk dünyasının Ali Ordeni"ni təqdim edib - FOTO
16-10-2019, 06:46
Azərbaycan Prezidenti: Müqəddəs məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
Tarix:21 fev 16:58 Bölmə:gundem, kose

Ana dilimiz milli sərvətimizdir

Ana dilimiz milli sərvətimizdir

Hər bir millətin varlığının mühüm amillərindən biri olan ana dili heç vaxt yaddan çıxmayan, unudulmayan qürur mənbəyidir. Tarix boyu başı bəlalar çəkmiş Azərbaycan xalqı zaman–zaman əzilsə, repressiyalara məruz qalsa da öz ana dilini `qoruyub saxlaya bildi və tarixin müəyyən dönəmində böyük qürur hissi ilə söylədi:

Yaddan çıxmaz ana dilim
Doğransam da dilim–dilim…


21 fevral — Ana dili günü. Bu gün ana dilimizi sevə–sevə öyrədənlərin günüdür. O öyrədənlərin ki dilimizin gözəlliklərini, incəliklərini, saflığını, müqəddəsliyini şagirdlərinə çatdırır, onlara dilimizi sevdirir.
Öz ənənələri olan Məmməd Rahim adına 7 saylı orta məktəbin təlim–tərbiyə işləri üzrə direktor müavini, Azərbaycan dili və ədəbiyyat müəllimi Elmira İbrahimova dilimizin keçdiyi inkişaf mərhələləri, onun tədrisi üçün yaranmış imkanlar, dilimizin qorunması və zənginləşdirilməsi istiqamətində dövlət səviyyəsində görülmüş işlərdən danışarkən dedi:
—Azərbaycan dili öz varlığını qorumaq üçün ardıcıl mübarizə aparmış, mənsub olduğu xalqla birlikdə inkişaf edərək çoxsahəli dünyəvi elmi dil səviyyəsinə yüksəlmişdir. Bu işdə bədii söz ustalarının, ədəbiyyatımızın korifeylərinin əvəzsiz xidmətləri vardır. Onlar ümumxalq dilinə həmişə fəal münasibət bəsləmiş, onun zənginləşməsi və hərtərəfli inkişafı üçün böyük fədakarlıqlar göstərmişlər.
Azərbaycan dilinin tarixi, onun inkişafı və zənginləşdirilməsi yolları araşdırılarkən belə bir fakt aşkarlanır ki, İ.Həsənoğlu, İ.Nəsimi, M.Füzuli, M.P.Vaqif, M.F.Axundov və digər söz sənəti nümayəndələri məhz doğma Azərbaycan dili zəminində yüksəlmişlər. Onların yaradıcılığı isə Azərbaycan dilinin böyük ifadə imkanlarına gözəl nümunədir.
Azərbaycan dili dünya dilləri içərisində öz gözəlliyi, öz avazı ilə seçilən, uzaq tariximizi bu gün də yaşatmağa kömək edən bir dildir. Dilimiz milli sərvətimizdir. Hər şey ana dilindən başlayır və o, ana südü qədər müqəddəsdir.
Bu gün bizim tədris proqramında dilimizi tam şəkildə ifadə etmək, öyrətmək üçün geniş imkanlar var. Ancaq dili yalnız proqram çərçivəsində tədris etməklə kifayətlənmək olmaz.
Ana dilini tədris edən müəllim əli silahlı əsgər kimi onun keşiyini çəkməli, canıyla, qanıyla Vətənə bağlı bir vətəndaş kimi dilimizi sevdirməyi bacarmalıdır.
Məktəbimizdə müxtəlif tarixi hadisələrin, əlamətdar günlərin, milli bayramların qeyd edilməsi ənənə şəklini alıb. Ana dili günü ilə bağlı isə silsilə tədbirlərimiz olur. Bu il də istisna təşkil etmir. Belə ki, fevral ayının ilk həftəsində şagirdlər arasında müxtəlif nominasiyalar üzrə müsabiqə elan edilib. Onlar “Ana dilim milli qeyrət simvoludur”, “Ana dilimiz xalqımızın ən böyük milli sərvətidir”, “Ana dilimdir, şirindir”, “Ana dilimiz qürur mənbəyimizdir” kimi mövzularda sorğu, “Dəyirmi masa”, rəsm, referat, mahnı və inşa yazı yarışmalarında özlərini sınayacaqlar. Fevralın 21–də isə məktəbdə keçirilən digər bir tədbirdə müsabiqənin nəticələrinə yekun vurularaq qaliblərə mükafatlar təqdim ediləcəkdir. Burada məqsəd şagirdlərin doğma ana dilini nə dərəcədə bildiklərini üzə çıxarmaq, eyni zamanda dilimizin tədrisi səviyyəsini müəyyənləşdirməkdir.
Biz bu fikirləri təkcə bir gün uşaqlara aşılamamalıyıq, müəllim hər dəfə sinfə daxil olduğu ilk andan son anadək buna xidmət etməlidir. Bu gün I–V siniflərdə kurikulumun tətbiqi müəllimlər qarşısında ana dilimizin yüksək səviyyədə tədrisi ilə də bağlı geniş imkanlar açır. Onlar bu imkanlardan yararlanmağa çalışmalıdırlar, çünki uşaqda Vətənə, xalqa, onun tarixinə, dilinə sevgi lap kiçik yaşlarından başlayır.
Tarixin müəyyən dövrlərində dilimiz də düşmən qüvvələrin təzyiqinə, təcavüzünə məruz qalıb, lakin xalqımız milli birliyi, milli qüruru sayəsində dilini qorumağa müvəffəq olub. Bu işdə görkəmli sərkərdələrin, dövlət xadimlərinin xidmətləri az olmayıb. Məsələn, Şah İsmayıl Xətai dövlətinin parçalanmaması, vahid bir dövlət kimi birləşməsi, Azərbaycan dilinin isə dövlət dili elan olunması uğrunda mübarizə aparmış və buna nail olmuşdu. Müasir dövrümüzdə ulu öndərimiz Heydər Əliyev bu ənənəni daha böyük əzmkarlıqla davam etdirmişdir. Onun xalqına olan sonsuz məhəbbəti ana dilimizi yüksəklərə qaldırdı. Ulu öndər hər sahənin bilicisi idi, onun ana dilinə münasibəti hər kəs üçün örnəkdir. O danışanda dilin səlisliyi, ahəngdarlığı, ifadəliliyi, obrazlılığı, fikrin çoxşaxəliliyi, üz mimikasından tutmuş, əl–qol jestlərinə qədər hər bir şeyin doğru–dürüstlüyü insanı heyran qoyurdu. Heydər Əliyev həm də dilimizin təəssübkeşi, qayğıkeşi idi. Məhz onun verdiyi fərman və sərəncamlarla dilimiz ən böyük qiymətini ala bilmişdir. Onun ana dilinə qayğısı sistemli xarakter daşıyırdı və o, Azərbaycan dilinin qorunub saxlanması, onun zənginləşdirilməsi istiqamətində böyük işlər gördü.
Bu ənənələri ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirir. 2004–cü ildə latın əlifbasında kitabların nəşri ilə bağlı sərəncam imzalandı və bu sahədə işlər davam etdirilməkdədir. Prezidentin özünün ana dilində etdiyi səviyyəli çıxışlar isə dili bilməyən rəhbər işçilərə şəxsi nümunədir.
Onun son dövrlərdə imzaladığı “Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu”, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman dövlət başçısının ana dilimizə qayğısının təzahürüdür.
Xalqın hər bir nümayəndəsi öz dilinin təmizliyi uğrunda mübarizə aparmağa, dili yad ünsürlərdən qorumağa borcludur. Biz başqa dillərə ehtiramla yanaşmaqla bərabər ana dilimizə xüsusi diqqət yetirməli, onu yaşatmalıyıq. Dilimiz varsa, biz də varıq…
Oxunub: 706
Rayonumuz
59 nəfər ASAN könüllüsü Abşeron RİH-də təcrübə keçəcək
16.10 59 nəfər ASAN könüllüsü Abşeron RİH-də təcrübə keçəcək
Tədbirlər
Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə görüş
13.11 Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə görüş
Köşə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 20 il keçir
14.07 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 20 il keçir
Təbriklər
Müəllimimiz mükafatlandırılıb
01.06 Müəllimimiz mükafatlandırılıb
Müəllimlərimiz
Xırdalan şəhər 5 sayılı tam orta məktəb kollektivi İnternat evini ziyarət etdilər.
17.03 Xırdalan şəhər 5 sayılı tam orta məktəb kollektivi İnternat evini ziyarət etdilər.
Həkimlərimiz
Abşeron rayonunda qanvermə aksiyası keçirilib
05.11 Abşeron rayonunda qanvermə aksiyası keçirilib
Mədəniyyət,İncəsənət
Heydər Əliyev Mərkəzində Abşeron rayon mədəniyyət işçilərinin toplantısı keçirildi
20.10 Heydər Əliyev Mərkəzində Abşeron rayon mədəniyyət işçilərinin toplantısı keçirildi
Bələdiyyələrimiz
Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib
20.10 Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib
İdmançılarımız
Abşeron idmançısı 3 qat dünya çempionu oldu
26.08 Abşeron idmançısı 3 qat dünya çempionu oldu
Məktəblərimiz
Xırdalan şəhər 2 saylı məktəbin kollektivi Cocuq Mərcanlıya səfər edib
27.05 Xırdalan şəhər 2 saylı məktəbin kollektivi Cocuq Mərcanlıya səfər edib
Bağçalarımız
Abşeron rayonunda uşaq bağçalarının şəraiti yaxşılaşdırılır
13.09 Abşeron rayonunda uşaq bağçalarının şəraiti yaxşılaşdırılır
Şagirdlərimiz
Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıblar
22.05 Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıblar
Təqvim
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
<
Keçidlər
 Valyuta məzənnəsi

"Absheron.info.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla