Yalama qəsəbəsindəki Heydər Əliyev adına parkda yaradılan şəraitlə tanışlıq » Absheron.info.az
Son Xəbərlər
09:18  Abşeronda 6 ayın hesabat yığıncağı keçirilib  07:13  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Bizim həyət” layihəsi çərçivəsində Bakıda abadlaşdırılan növbəti həyətin açılışında iştirak edib  11:54  Xırdalan şəhərinin müfəssəl planı ictimaiyyətin müzakirəsinə təqdim olunub  07:00  1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günüdür  06:58  Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib  10:01  Bakı və Abşeron çimərliklərində dəhşət - 6 nəfər boğlub  14:57  22 iyul Milli mətbuat və Jurnalistika günüdür  14:37  Abşeron rayonunda sahibkarlarla görüş keçirildi  11:39  Rayon rəhbəri vətəndaşların fərdi qaydada növbəti qəbulunu keçirdi  11:36  Abşeronda polis işçilərinin peşə bayramı qeyd edilib  09:04  Abşeronlu gənclər həqiqi hərbi xidmətə yollanıblar  14:35  Hacı Əliyev II Avropa Oyunlarına qələbə ilə başladı - ermənini 6:0 məğlub etdi  14:21  Prezident İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub  15:51  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya BMT-nin xüsusi mükafatı təqdim edilib  14:40  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub  14:27  Milli Kitabxanada Gənc yazar Sevindik Nəsiboğlunun kitablarının təqdimatı olub  13:24  ABŞERON RAYONUNDA SƏHIYYƏ IŞÇILƏRININ PEŞƏ BAYRAMI QEYD OLUNDU  14:33  Abşeron rayonunda təcrübə keçən könüllərə sertifikatlar təqdim edilib  08:51  Bu gün məktəblərdə "Son zəng" çalınır  14:56  Prezident 4 sərəncam, 3 fərman imzaladı 
16-08-2019, 09:18
Abşeronda 6 ayın hesabat yığıncağı keçirilib
7-08-2019, 07:13
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Bizim həyət” layihəsi çərçivəsində Bakıda abadlaşdırılan növbəti həyətin açılışında iştirak edib
5-08-2019, 11:54
Xırdalan şəhərinin müfəssəl planı ictimaiyyətin müzakirəsinə təqdim olunub
1-08-2019, 07:00
1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günüdür
1-08-2019, 06:58
Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib
29-07-2019, 10:01
Bakı və Abşeron çimərliklərində dəhşət - 6 nəfər boğlub
21-07-2019, 14:57
22 iyul Milli mətbuat və Jurnalistika günüdür
18-07-2019, 14:37
Abşeron rayonunda sahibkarlarla görüş keçirildi
8-07-2019, 11:39
Rayon rəhbəri vətəndaşların fərdi qaydada növbəti qəbulunu keçirdi
8-07-2019, 11:36
Abşeronda polis işçilərinin peşə bayramı qeyd edilib
2-07-2019, 09:04
Abşeronlu gənclər həqiqi hərbi xidmətə yollanıblar
26-06-2019, 14:35
Hacı Əliyev II Avropa Oyunlarına qələbə ilə başladı - ermənini 6:0 məğlub etdi
26-06-2019, 14:21
Prezident İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
24-06-2019, 15:51
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya BMT-nin xüsusi mükafatı təqdim edilib
20-06-2019, 14:40
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub
20-06-2019, 14:27
Milli Kitabxanada Gənc yazar Sevindik Nəsiboğlunun kitablarının təqdimatı olub
20-06-2019, 13:24
ABŞERON RAYONUNDA SƏHIYYƏ IŞÇILƏRININ PEŞƏ BAYRAMI QEYD OLUNDU
18-06-2019, 14:33
Abşeron rayonunda təcrübə keçən könüllərə sertifikatlar təqdim edilib
14-06-2019, 08:51
Bu gün məktəblərdə "Son zəng" çalınır
13-06-2019, 14:56
Prezident 4 sərəncam, 3 fərman imzaladı
12-06-2019, 17:29
Prezident İlham Əliyev əsaslı şəkildə təmir və bərpa olunan “Yanardağ” qoruğunun açılışında iştirak edib
11-06-2019, 15:11
Abşeronda “Lider qadınlarının şəbəkəsi” yaradılıb
11-06-2019, 15:06
İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata keçirilməsi qaydaları təsdiq edilib
10-06-2019, 15:30
Ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya qayıdışı Azərbaycanı məhv olmaqdan xilas etdi
6-06-2019, 10:40
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
31-05-2019, 19:56
1 iyunun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür!
7-05-2019, 20:08
Abşeron rayon Xırdalan şəhər 5 saylı tam orta məktəbində ingilis dili yarışmasının qalibləri təltif olundu.
Tarix:09 sen 13:56 Bölmə:gundem, hadise

Yalama qəsəbəsindəki Heydər Əliyev adına parkda yaradılan şəraitlə tanışlıq

Yalama qəsəbəsindəki Heydər Əliyev adına parkda yaradılan şəraitlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaz rayonuna səfəri çərçivəsində Yalama qəsəbəsindəki Heydər Əliyev adına parkda yaradılan şəraitlə tanış olub.

Məlumat verildi ki, parkın ümumi sahəsi bir hektardır. Parkın ərazisində Heydər Əliyev Mərkəzinin Yalama qəsəbə filialı da fəaliyyət göstərir. Ümumi sahəsi 120 kvadratmetr olan mərkəzin binasının qarşısında Ümummilli Liderin büstü ucaldılıb. Prezident İlham Əliyev büstün önünə gül dəstəsi qoydu.

Sonra dövlətimizin başçısı burada ləzgi icmasının nümayəndələri ilə söhbət etdi.

Sakinlər: Xoş gəlib, səfa gətirmisiniz, cənab Prezident. Qədəmləriniz mübarək olsun!

Prezident İlham Əliyev: Sağ olun. Necəsiniz, işləriniz necədir?

Sakin: Bizim şimal bölgəmizə, respublikamızın şimal qapısı olan Yalama qəsəbəsinə xoş gəlmisiniz! Allah Sizin köməyiniz olsun! Sizin siyasətinizin nəticəsi və bəhrəsidir ki, suyumuz beton kanallarla, qazımız təzə polietilen borularla gəlir, işığımız kabelləşib, fasiləsiz təmin olunmuşuq. Allah Sizə yar olsun!

Bu gün gəldiyiniz bu gözəl, yaraşıqlı yol Sizin siyasətinizin uğurudur. Bütün standartlara uyğun bu yola görə camaatımızın adından Sizə minnətdarlığımızı bildiririk, “Çox sağ olun” deyirik. Gələcək işlərinizdə də Sizə uğurlu fəaliyyətlər arzu edirik. Allah köməyiniz olsun! Allah Sizi qorusun!

Prezident İlham Əliyev: Çox sağ olun. Mən də çox şadam ki, bu bölgədə - Xaçmaz rayonunda, ümumiyyətlə, şimal bölgəsində işlər yaxşı gedir, abadlıq-quruculuq işləri aparılır. Bütün infrastruktur layihələri həll olunub. Sizin də qeyd etdiyiniz kimi, yeni yol salınıb. Bu gün bu yolun rəsmi açılışını qeyd etdik. Qazlaşdırma davam edir. Bir çox yaşayış məntəqələri artıq qazlaşdırılıb. Xaçmaz rayonunda qazlaşdırma 71 faizdir. Əlavə tədbirlər görüləcək ki, qazlaşdırılmayan kəndlərə də qaz çəkək. Elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Dayanıqlı enerji təminatı var. İş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görülür. Bu gün Yalama Aqroparkının açılışı olacaq. Orada da yüzlərlə iş yeri yaradılır. Bu bölgənin turizm potensialının inkişafı üçün lazımi addımlar atılır və atılacaq. İnfrastruktur layihələrinin icrası burada əsas məsələdir.

Çox şadam ki, burada insanlar rahat yaşayırlar, öz işləri ilə məşğuldurlar, kənd təsərrüfatı, turizm inkişaf edir. Yeni iş yerləri yaradılır, abadlıq işləri aparılır. Yalama qəsəbəsi, dediyiniz kimi, bizim şimal qapımızdır. Sərhədə ən yaxın olan qəsəbədir. Çox şadam ki, Azərbaycanın mərkəzindən uzaq məsafədə yerləşən bölgələrdə də işlər yaxşı gedir, dövlətimiz güclənir, insanlar daha da yaxşı yaşayırlar.

Sakinlər: Sizin sayənizdə, cənab Prezident. Çox sağ olun. Bunların hamısı Sizin zəhmətinizin bəhrəsidir. Allah Sizi qorusun!

Sakin: Möhtərəm cənab Prezident, Siz Yalama qəsəbəsinə xoş gəlmisiniz. Bu, yalamalılar üçün böyük bayramdır. Sizin siyasətinizi bütün yalamalılar dəstəkləyirlər. Bizim dayandığımız bu bir hektar torpaq sahəsi 2008-ci ilə qədər həqiqətən bataqlıq ərazi idi. Xalqın müraciəti ilə biz burada Ulu Öndərin adına layiq gözəl Heydər Əliyev Parkı yaratdıq, Heydər Əliyev Muzeyi tikildi. Heydər Əliyev Parkı ilə bərabər, Ulu Öndərin adını daşıyan küçə də abadlaşdı. Çox sağ olun, Sizə minnətdarıq.

Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Bir halda ki, əsas infrastruktur layihələri artıq başa çatır, növbəti mərhələdə daha çox yerli istehsal, kənd təsərrüfatı, turizm inkişaf etməlidir. Turizmin inkişafı üçün əlavə imkanlar var. Siz bilirsiniz ki, bu il ölkəmizə daha çox xarici qonaq gəlmişdir. Əlbəttə ki, bu zona turizm üçün çox gözəl zonadır. Burada həm dəniz, həm meşələr var, yaxın bölgələrdə xizək kurortu da yaradılıb. Yəni, bu zona Azərbaycanın turizm mərkəzlərindən biridir, bəlkə də birincisidir. Gələcəkdə insanları işlə təmin etmək üçün, əlbəttə, həm dövlət, həm özəl sektor tərəfindən əlavə investisiyalar qoyulmalıdır ki, işlər daha da sürətlə getsin və inkişaf dayanıqlı olsun.

Sakin: Möhtərəm cənab Prezident, bir daha xoş gəlmisiniz. Mən Yalama məktəbində müəllimə işləyirəm. Bizim məktəbimizdə təmir işləri gedir. Yeni dərs ilində biz əsaslı təmir olunmuş məktəbdə çalışacağıq. Yalama çox abadlaşıb, inkişaf edib. İnanırıq ki, bu inkişaf davamlı olacaq. Cənab Prezident, çox sağ olun. Biz Sizə çox təşəkkür edirik, Sizə minnətdarıq.

Prezident İlham Əliyev: Yalamada bir məktəb var?

Sakin: Bəli, tam orta məktəbdir, 800 şagird yerlikdir.

Prezident İlham Əliyev: Burada yaşayan əhalinin sayı 5020 nəfərdir. Bu, çox yaxşıdır. İndi yol təmir olunub, gediş-gəliş rahat olacaq.

Sakinlər: Biz Xudatdan buraya bir saata gələ bilmirdik. İndi 15 dəqiqəyə gəlirik. Çox gözəl yollar salınıb. Çox sağ olun. Bütün camaatımız adından Sizə minnətdarıq. Bizə yaratdığınız bu şəraitə görə Sizə təşəkkür edirik. Allah köməyiniz olsun!

Prezident İlham Əliyev: Yol əsasdır. Çünki yol abad olanda həm gediş-gəliş asanlaşır, eyni zamanda, bütün digər məsələlər öz həllini tapır. Misal üçün, biz 3-4 il bundan əvvəl Xaçmazda mərkəzi rayon xəstəxanasını təmirdən sonra istifadəyə verdik. İndi insanlar rayon mərkəzinə çox qısa müddətdə çata bilərlər.

Sakinlər: Çox sağ olun. Bu yol qarşıdan gələn Qurban bayramı münasibətilə Sizin bizə hədiyyəniz oldu. Ailənizlə birlikdə Sizi təbrik edirik. Çox sağ olun. Allah köməyiniz olsun! Sizə uğurlar arzulayırıq.

Prezident İlham Əliyev: Mən də qarşıdan gələn bayram münasibətilə Sizi təbrik edirəm, sizə uğurlar arzulayıram. Çox sağ olun.

X X X

Sonda xatirə şəkli çəkdirildi.
Oxunub: 309
Rayonumuz
Gözəl Xırdalanım fotoların gözündə
25.05 Gözəl Xırdalanım fotoların gözündə
Tədbirlər
Xırdalan şəhərinin müfəssəl planı ictimaiyyətin müzakirəsinə təqdim olunub
05.08 Xırdalan şəhərinin müfəssəl planı ictimaiyyətin müzakirəsinə təqdim olunub
Köşə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 20 il keçir
14.07 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 20 il keçir
Təbriklər
Müəllimimiz mükafatlandırılıb
01.06 Müəllimimiz mükafatlandırılıb
Müəllimlərimiz
Xırdalan şəhər 5 sayılı tam orta məktəb kollektivi İnternat evini ziyarət etdilər.
17.03 Xırdalan şəhər 5 sayılı tam orta məktəb kollektivi İnternat evini ziyarət etdilər.
Həkimlərimiz
Abşeron rayonunda dispanserizasiya uğurla davam etdirilir
10.03 Abşeron rayonunda dispanserizasiya uğurla davam etdirilir
Mədəniyyət,İncəsənət
Heydər Əliyev Mərkəzində Abşeron rayon mədəniyyət işçilərinin toplantısı keçirildi
20.10 Heydər Əliyev Mərkəzində Abşeron rayon mədəniyyət işçilərinin toplantısı keçirildi
Bələdiyyələrimiz
Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib
20.10 Xırdalan şəhərində bələdiyyələrin ümumrespublika toplantısı keçirilib
İdmançılarımız
Abşeron idmançısı 3 qat dünya çempionu oldu
26.08 Abşeron idmançısı 3 qat dünya çempionu oldu
Məktəblərimiz
Xırdalan şəhər 2 saylı məktəbin kollektivi Cocuq Mərcanlıya səfər edib
27.05 Xırdalan şəhər 2 saylı məktəbin kollektivi Cocuq Mərcanlıya səfər edib
Bağçalarımız
Abşeron rayonunda uşaq bağçalarının şəraiti yaxşılaşdırılır
13.09 Abşeron rayonunda uşaq bağçalarının şəraiti yaxşılaşdırılır
Şagirdlərimiz
Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıblar
22.05 Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıblar
Təqvim
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
<
Keçidlər
 Valyuta məzənnəsi

"Absheron.info.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla